Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Allah gözəldir, gözəlliyi də sevir
Allah gözəldir, gözəlliyi də sevir
Göndərən: NoName
Şərhlər: 22
Baxılıb: 2066
Səs ver:
Dünyada elə bir insan tapmaq olmaz ki, gözəlliyi sevməsin. Hər bir insan gözəl bir şey görəndə, yaxud eşidəndə mütləq qəlbində ona sevgi duyur, həmin gözəllik qəlbində həyəcan yaradır. Gözəl mənzərə, gözəl insan, gözəl uşaq və s. Bu gözəllikləri görmək və sevmək təsadüfi deyil, bu gözəllikləri xəlq edən və qəlbimizdə onlara qarşı sevgi yaradan Allah`dır. Allah o gözəllikləri sevir, biz də Rəbbimizin ruhunu daşıdığımız üçün həmişə o gözəllikləri axtarırıq və onları çox sevirik.

Əslində, bütün gözəlliklər aləmlərin Rəbbi Allah`a məxsusdur. Görüb-sevdiyimiz hər gözəllik Rəbbimizin bizə olan sevgisinin təzahürüdür. Allah bizə dünyanı, uşaqları, insanları, çiçəkləri, quşları belə bəzəməklə sevgisini göstərir. Bir düşünək, dünyada rənglər olmasaydı, dünya yalnız bir rəngdə, yaxud ağ-qara olsaydı, necə olardı. Belə dünyada yaşamağa nə qədər tab gətirərdik, necə dözərdik?! Bir dəqiqə xəyalını qurmaq belə insana cansıxıcı gəlir. Halbuki Allah dünyanı necə gözəl rənglərlə bəzəyib, özü də bir-iki rəngdə deyil, cürbəcür rəngdə və rəng çalarlarında. İnsan necə zövq alır bu rəng çeşidlərindən. Göy üzü necə gözəl mavi tonda olur, heç insanın gözünü yormur; çiçəklər necə rəngbərəngdir, qımızı, çəhrayı, sarı... Hələ qoxularını demirəm; rənglərini görmək və onlara baxmaq belə, insana Cənnəti xatırladır. Yaxud da gəlin dadları da düşünək. Acı, şirin, cürbəcür ləziz yeməklər, şirniyyatlar, şirələr və s. İnsan sayıb bitirə bilmir bütün bunları. Allah bizi aciz yaradıb, bir müddət sonra acmağa ehtiyac duyuruq. Rəbbimiz istəsəydi, ancaq bir dadda yemək yaradardı. Heç düşündünüzmü, bir həftə durmadan şirniyyat yesəydiniz, bu, sizdə necə təəssürat yaradardı? Sözsüz ki, bir neçə günə şirniyyatdan diksinərdiniz. Amma Rəbbimiz bizi aciz yaratsa da, acizliyimizi təmin etmək üçün bizi nemətlərlə təmin edir. Bir insan Allah`ın bu qədər neməti qarşısında necə naşükürlük edə bilər? Bütün bu nemətlərə necə təsadüf kimi baxa bilər, Allah`ı necə  unuda bilər?!

Rəbbimiz gözəldir, hər zaman bizim də gözəl yaşamağımızı istəyir. Təmiz şeyləri yeməyimizi, təmiz geyinməyimizi, sevgi dolu olmağımızı, gözəl əxlaq göstərməyimizi, elmli olmağımızı istəyir. Çünki Allah bütün bunları sevir, Cənnəti təsvir edərkən Quranda oranı ən gözəl yer kimi təsvir edir. Sözsüz ki, möminlər də dünyanı Cənnətə çevirmək istəyər, Allah`ın Cənnətdə təsvir etdiyi gözəllikləri bu dünyadan yaşamağımızı istəyərlər. Bu da bizim fitrətimizdir, biz də fitrətimizə uyğun yaşamaqla xoşbəxt ola bilərik. Yoxsa Allah`ın bizə lütf etdiyi bütün bu nemətləri görməzlikdən gəlib insanların razılığını axtarmaq insana heç vaxt xoşbəxtlik və hüzur gətirməz. Bizim fitrətimiz dindir, Allah`ın Quranda bizim üçün bildirdiyi əxlaqı yaşamaqdır. Bu, heç də çətin deyil; bizə düşən səmimi olmaq, bizi yaradan Rəbbimizi sevmək, Onun bizi necə çox sevdiyini anlamaqdır, Rəbbimizi tanımaqdır. Din də sevgidir, Allah da sevgidir. Allah`ın əmrləri də bizim üçün gözəllikdir, Sevgilimiz olan Allah`ın buyurduqlarını sevə-sevə yerinə yetirməkdir.

Ey insan! Səni öz səxavətli Rəbbinə qarşı qoyan nədir? O ki, səni yaradıb kamilləşdirdi və sənə gözəl bir surət verdi. Səni istədiyi şəklə saldı. (İnfitar surəsi, 6-8)

Nərmin Kərimzadə


Şərhlər: 22
Baxılıb: 2066
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
baby baku
Əlbəttə ALLAH gozəldir,NEcə deyərlər dunyani gozellik xilas edecek.
3 iyun 2016 21:32
# 22
ALLAHIM HAQQIMDA XEYİRLİSİ NƏ İSƏ O OLSUN
AMA MÜMKÜNSƏ XEYİRLİM O OLSUN
OOOOOOOO OLSUN
Dosta_inam
Beli Allah gözeldir,bizler üçün her bir nemeti yaradib,en esasi sağlam can bize heyat bexş edib,bizde çalişaq Allahin sevimli bendelerinden olaq,çox gözel xeber idi,maraqla oxudum.
8 iyun 2015 12:09
# 21
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
emis
Beli Allah gozeldir gozelliyide sevir Allaha qurban olum duzdu hami gozelliyi sevire ama bunu yasaya bilmeyenler coxdu Rebbim niye bizim pisliyimizi istesinki Allah da isteyirki biz gozellik icinde yasayaq..
28 mart 2015 22:49
# 20
uliçka
Allah çox gözəldi şükür ki müsəlmanıq Allahımız tanıyırıq...bu qədər gözəl nemət verib bizə sadəcə biz bəndələrindən bir istəyi var NAMAZ qılmaq və çox təəssüf ki, bizdə şeytana uyuruq namaz qılmırıq
14 mart 2015 20:48
# 19
Həyat kino kimidir,ən marağlı anında bitir
vipbetul
Allah boyukdur
11 mart 2015 01:09
# 18
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
aLoNe AnGeL
Tesekkurler
bu gun XOCALI feryadidir Allah olen vetendaslarimizi rehmet elesin Amin!! 29
26 fevral 2015 12:55
# 17
Nə gözəl söyləmiş Hz.Əli-"İnsanları tanıyan yalnızlaşır" ciyy
Nazan
o ALLAHDIRKI her seher seni oyandirmagi unutmur
31 yanvar 2015 19:49
# 16
BIR QADIN OGLANIN GOLGESINDE YAWAYAMAYACAQ QEDER AGILLI LAKIN O GOLGEDE DINLENMEYI BACARACAQ QEDER DUYGULU OLMALIDIR
ece uslu
maraqli xeberdi
31 yanvar 2015 19:27
# 15
Mrs.Pianist
Tesekkur edirem
31 yanvar 2015 18:42
# 14
Acısı çox olan qizların guluşu gozel olur.!
ayan97
Hegigi gozel sozlerdir..

Hegigi gozel sozlerdir..

Hegigi gozel sozlerdir..

Hegigi gozel sozlerdir..

Hegigi gozel sozlerdir..

Hegigi gozel sozlerdir..

Hegigi gozel sozlerdir..
31 yanvar 2015 18:33
# 13
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
rəmsə
Qurban olum Allaha
31 yanvar 2015 17:48
# 12
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
isveç.de
Bəli razıyam yazılanlarnan. Amma bir deyim var dunyanı gözəllik xilas edəcək mən o deyimlə heç razı deyiləm.
31 yanvar 2015 17:41
# 11
Mene sual verilse en boyuk dusmenin kimdir? Deyerem Anamin goz yaslari...

Arxamca danismaga davam et,chunki qarsima chixacaq qeder cesur deyilsen...
EsmaNur
maraqlidir cox sagolun
31 yanvar 2015 16:37
# 10
SEVGI DENIZIM
maraqli idi
31 yanvar 2015 15:11
# 9
Üstümə qışqıran, acıqlanan, küsən, küsdürən, qısqandıran lakin bir damla göz yaşımı görende dünyanı dağıdan birini sevdim cox sukur seni veren Allahima

♥ :)
Bestoş
maraqli idi tewekkurler allah razi olsun
31 yanvar 2015 15:08
# 8
Coxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx xooooooooooooowbexxxxxxxxxxxxxxxxxxtemmmmmmmmmmmmmmmmmmmmmmm
acisko
COX GOZEL YAZILIB COX MARAQLA OXUDUM ALLAH RAZI OLSUN.
31 yanvar 2015 15:03
# 7
Həyatda sahib olduğum dəyərlər, sahib olmadıqlarıma dəyərlər...
Tomris Müslümova
cox maraqli xeberdiye
31 yanvar 2015 13:05
# 6
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
aziz a
HEMD OLSUN REBBIME
31 yanvar 2015 12:58
# 5
Qelbim doludu !!!!
efsane..
Elhemdulillah
31 yanvar 2015 11:36
# 4
Qlamurr
Sözsüz ki,heç nə səbəbsiz yaranmayıb,rəbbim bütün bu gözəlliklər yaratmaqla bir daha biz insanlara qarşı necə mərhəmətli olduğunu göstərir....biz insanlarda Rəbbimin yaratdıqlarına şükür etməli,onun istədiyi kimi düzgün yolla,əxlaqlı,fitrətli şəkildə yaşamımızı davam etdirməliyik.
31 yanvar 2015 11:18
# 3
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
BARBI
Allah gozelliyi sevir bu sadece zahiren gorunen gozellikler deyil bezi gozellikler de var ki onlar qelbdedir mence bu daha onemlidir
31 yanvar 2015 10:43
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Fialka
Allah sevgisi qəlbimizdə yaşadaq belə olan halda insanda Allah sevgisi ilə müsbətə yönəlir hərəkətləri fikirləri yəni düz yolda olur imanı güclü olsa onu heçnə yolundan azdıra bilməz...

Həqiqətən gözəldir...
31 yanvar 2015 10:30
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz