Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Allahın mərhəməti
Allahın mərhəməti
Göndərən: Wiyinka
Şərhlər: 18
Baxılıb: 2088
Səs ver:
Peyğəmbər demişdir: "Allah mərhəməti yüz hissədən ibarət etdi. Doxsan doqquzunu Özündə saxlayıb təkcə bir hissəsini yer üzünə endirdi. Məhz bunun sayəsində yaradılanlar bir-birinə rəhm edir. Hətta, at öz balasını tapdalamasın deyə ayaqlarını yuxarı qaldırır.” (əl-Buxari, 6000). Həmçinin, Peyğəmbər demişdir: "Yerdəkilərə rəhm edin ki, səmada olan da sizə rəhm etsin!"
Ömər ibn Xəttab rəvayət edir ki, (bir dəfə döyüşdə götürülmüş) əsirləri Peyğəmbərin yanına gətirdilər. Əsirlər arasında olan bir qadın döşündən süd sağıb körpələrə içirdirdi. Əsirlər arasında körpə uşaq tapan kimi onu qucağına alıb əmizdirirdi.” Onda Peyğəmbər bizdən soruşdu: "Sizcə bu qadın körpəsini oda atarmı?” Biz dedik: "Əgər bu ixtiyar onun əlində olsa, xeyr, atmaz.” Peyğəmbər dedi: "Allahın Öz qullarına olan mərhəməti bu qadının körpəsinə olan mərhəmətindən qat-qat üstündür.” (əl-Buxari, 5999). Əbu Hureyra deyir ki, bir kişi qucağındakı körpə uşaqla Peyğəmbərin salləllahu aleyhi və səlləm yanına gəldi. O, körpəni bərk-bərk qucaqlamışdı. Peyğəmbər dedi: "Ona rəhm edirsən?” Kişi: "Bəli”- deyə cavab verdi. Allah Elçisi dedi: "Sənin ona rəhm etdiyindən daha çox Allah ona rəhm edir. O, mərhəmətlilərin ən mərhəmətlisidir”. Aişə demişdir: "Bir dəfə bir bədəvi Peyğəmbərin yanına gəlib dedi: "Siz uşaqlarınızı öpürsünüz?! Amma biz onları öpmürük.” Peyğəmbər dedi: "Əgər Allah sənin qəlbindən mərhəmət hissini götürmüşsə, ona mən nə edə bilərəm?” (əl-Buxari, 5998). Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər demişdir: "Bir dəfə bir adam yolla gedərkən bərk susadı və bir quyuya enib su içdi. Sonra quyudan bayıra çıxdıqda bir itin susuzluqdan ləhlədiyini və yaş torpaq yaladığını görüb öz-özünə: "Mən susadığım kimi, bu it də susamışdır”– dedi və quyuya enib ayaqqabısını su ilə doldurdu. Sonra ayaqqabısını dişləri ilə tutub quyudan çıxdı və itə su verdi. Allah da ona bunun əvəzini verdi və onu bağışladı.”
Əshabələr dedilər: "Ey Allahın elçisi, məgər heyvanlara (etdiyimiz yaxşılıqlara) görə də bizə savab yazılır?” O buyurdu: "Hər bir canlıya (gös tərdiyin qayğıya) görə savab vardır.” (əl-Buxari, 2363)


Şərhlər: 18
Baxılıb: 2088
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
efsane..
Allah merhemetli ve bagislayandi Tanrim cumlemizi bagislasin
28 mart 2015 11:53
# 18
vipbetul
qurban olum Rebbime onun merhemeti sevgisi sonsuzdur
11 mart 2015 01:05
# 17
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
ayan97
Merhemetim vaar ve insanara qarsi calisiramki yaxsiliq edim..
1 fevral 2015 23:06
# 16
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
Aysel Tatli
ALLAH SEYTANIMIZI AZDIRSIN
1 fevral 2015 21:41
# 15
aziz a
Allaha min sukur olsunki, Merhemet hissi ureyimde mohkem yer tutub
1 fevral 2015 19:49
# 14
Qelbim doludu !!!!
Bestoş
allah razi olsun
1 fevral 2015 17:37
# 13
Coxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx xooooooooooooowbexxxxxxxxxxxxxxxxxxtemmmmmmmmmmmmmmmmmmmmmmm
ece uslu
indiki insanlarda merhemet hissi yoxdu
1 fevral 2015 17:02
# 12
yusif♥esnad
Aha her bir canliya gorede bize savab vardir allah bizim qəlbimizi nur ile yaxsi emellerle doldursun insallah
1 fevral 2015 15:42
# 11
Allahim gunahlarimizi bagisla

kohne nik gullu18♥♥♥♥
Mrs.Pianist
ALLAH razi olsun.
1 fevral 2015 15:11
# 10
Acısı çox olan qizların guluşu gozel olur.!
rəmsə
Allahın mərhəməti həmişə üstümüzdə olsun inşaallah
1 fevral 2015 14:58
# 9
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
efsane..
Allah bagislayanda Elhemdulillah
1 fevral 2015 14:52
# 8
xeyalperest
Allah bagişlasin bizeleri AMİİİN tewekkur
1 fevral 2015 14:50
# 7
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
qonaqa
Allah merhameti ustumuzsen eksik elemesin
1 fevral 2015 14:27
# 6
Həyatım səni çox sevirəm!
Allah bir ömür boyu bizi xoşbəxt etsin.Sevgilim Həyatım mənim Mən səni bu dünyada hər şeydən çox sevirəm.Daha doğrusu ikinizi çox sevirəm.Я тебя люлблю.
arzum-aysum
İndi insanların qəlbində mərhəmət hissi qalmıyıb. O qədər azginlasib, vehsilesib ki. Allah keçsin günahlarından. Həqiqətən də uca Tanrim merhemetlilerin ən merhemetlisidir
1 fevral 2015 14:19
# 5
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
emis
gozel xeberiydi
1 fevral 2015 13:26
# 4
Madina
Allah merhemetini ustumuzden esirgemesin.
1 fevral 2015 13:16
# 3
Kucuk bir soz yakarsa icini,
Dost bildiklerin anlamazsa seni,
Bos ver dokme icine
Koy alnini secdeye,al eline tesbihi
Vallahi ondan basqasi anlamaz seni.
Fialka
hamsı ibrətamiz cümlələrdi mərhəmətli bağışlayan Allah keçsin günahlarımızdan
1 fevral 2015 12:30
# 2
BARBI
Allah bizim gunahlarimizi bagislasin
1 fevral 2015 11:22
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz