Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kim olduğunu unutma...
Kim olduğunu unutma...
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1170
Səs ver:
alt

Bilal adlı bir kölə var idi. Bir gün bu kölə Sultan Mahmudun köləsi olur. Sultan, köləni gözəl xarakterinə görə çox sevir. Bu kölə Sultanın elə etibarını qazanır ki, bütün sultanlığın xəzinəsi ona etibar edilir. Bu vəziyyəti görən saray sakinləri isə çox narahat olurlar. Paxıllıqları onlara gecə rahat yatmağa imkan vermir. Bir kölənin saray xəzinədarı olmasını həzm edə bilmirlər.

Bu düşüncələr içində saray adamları Sultanın gəzdiyi, keçdiyi hər yerdə kölənin əleyhinə danışmağa başlayır və bununla da onu Sultanın gözündən salmağa çalışırlar. Bir gün Sultanın hüzurunda bir saray sakini digərinə deyir:
"Kölə Bilalın tez-tez xəzinəyə getdiyini bilirsən? Onun qızılları oğurladığına adım kimi əminəm."
Sultan qulaqlarına inanmır, bunu öz gözləri ilə görmək istəyir. Divara kiçik deşik açdırır və baş verənləri seyr etməyə başlayır. Görür ki, kölə səssizcə xəzinəyə gəlir, qapını arxadan bağlayır və sandıqlara doğru gedir.
Sandıqların birini açıb içindən boxça çıxarır. Boxçanı açır və içindən kölə olarkən geydiyi cırıq, köhnə paltarı çıxararaq aynanın qarşısına keçir.
Öz-özünə "əvvəllər bu paltarı geyindiyin günləri xatırlayırsan? Bir heç idin sən!..." - deyir.
Olsa-olsa bir satışa çıxarılan kölə idin. ALLAH sənə Sultanın əli ilə bəlkə də heç layiq olmadığın nemətləri verdi. Heç zaman haradan gəldiyini unutma! Çünki, mal-mülk insanın hafizəsini zəiflədir, unutqanlığa səbəb olur.
"İndi sən də, imkanca səndən aşağı olanlara yuxarıdan aşağı baxma. Daima xatırla Bilal, daima!" -deyib, sandığı bağlayir və səssizcə qapıya yaxınlaşır. Xəzinədən çıxarkən birdən Sultanla üz-üzə gəlir. Sultan gözlərini Bilala zilləyib dayanır, gözlərindən yaşlar axır, danışmaqda çətinlik çəkir.
Sultan Mahmud: "Bu günə qədər qızıllarımın xəzinədarı idin, amma indi...qəlbimin xəzinədarısan. Mənə mənim də qarşısında bir heç olduğum SULTANımın hüzurunda necə davranmalı olduğumu öyrətdin." - deyir.


Şərhlər:
Baxılıb: 1170
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz