Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Dua möminin silahıdır (2. hissə)
Dua möminin silahıdır (2. hissə)
Göndərən: Mrs.Pianist
Şərhlər: 14
Baxılıb: 1004
Səs ver:
Ya Rəbbi! Adları unudulmuş, torpaq altında çürümüş, nəsilləri kəsilmiş, yer üzündə onlara dua edəcək kimsələri qalmamış, dünyadan köçən müsəlmanların günahlarını bağışla, qəbr əzabını onlardan qaldır, qəbirlərini nurla doldur, axirətdə özümüzə istədiyimiz hər xeyri onlara da nəsib et, qorxduğumuz və sığındığımız hər şeydən onları da qoru.

Ya Rahimin! Xəstələrimizə şəfa, müsübətə düçar olanlarımıza səbr və təskinlik, zəiflərimizə güc, kasıblarımıza bol ruzi, cahillərimizə hidayət, qadınlarımıza islam təsəttürü, uşaqlarımıza imanı tərbiyə, borclulara əda, dərdlilər dərman və islamı yaşayıb yaşatmaq üçün iradə və səbr nəsib elə. Görünən-görünməz bəlalardan, gücçatmaz, taqətyetişməz, ağıla, xəyala gəlməz müsibətlərdən cümləmizi mühafizə et.

Ya Rəbbi! Quranı Kərimin nurlu yolundan bizləri ayırma, Onun əhkamını yaşayıb, tətbiq etməyi bizlərə asanlaşdır,Quranı Kərimi bizlərə lütfün və kərəminlə dünyada və qəbirdə yoldaş, qiyamət günündə şəfaətçi, cənnətə aparan bir bəldçi, atəşdən qoruyan bir pərdə və bütün yaxşılıqlara çatdıran bir dəlil və imam et.

Ya Rabbi! Bizləri Quranın hidayətiylə hidayət et. Quranın lütfü ilə dərəcələrimizi yüksəlt. Ey böyük lütf və ehsan sahibi! Quranın tilavətiylə günahlarımızı bağışla, oxuyarkən buraxdığımız səhvləri bağışla tam və mükəmməl oxumuş kimi qəbul elə Bizi Quranın zinətiylə zinətləndir. Quranın şərəfi ilə şərəfləndir.

Ya Rəbbi! İçimizdə illərlə sehrə, caduya mübtəla olmuş qardaş və bacılarımız var. Allahummə sehr və caduyla məşğul olanlara hidayət ver. Hidayətdən boyun qaçırdıqları təqdirdə onları məhvi pərişan elə. Birləşdirdiklərini ayır, ayırdıqlarını birləşdir, uzaqlaşdırdıqlarını yaxınlaşdır. Onların toplumunu darma dağın elə. Onları bir birinə müsallat elə, layiq olduqları cəzanı onlara ver. Ya rabbi onlar səni aciz qoya bilməzlər, öz güc və qüvvətini onlara göstər.

Ya Rəbbi! Sənin tam kəlimələrinlə yaratdıqlarının şərindən sənə sığınırıq. Quruda, suda, səmada olanların, oraya girib çıxanların, gecələri gizlənib gündüz ortaya çıxan, gündüzləri gizlənib gecə ortaya çıxanların şərindən və bütün cin və insanlardan olan şərlilərin şərindən bizləri qoru.

Ya Rəbbi! Hal-hazırda qapına gəldik, boynumuzu bükülü halda sənə yalvarırıq, əllərimizi sənə açmışıq, hüzurunda dayandıq, bütün pis əməlləri bir tərəfə qoyduq, bizləri hüzurundan boş geri çevirmə. Sənin əfvinə mərhəmətinə və lütfünə himayənə qorumana daha çox ehtiyac hiss etdiyimiz bu zamanda bizləri sənsiz buraxma, bizi bizdən al, amma bizi səndən alma.

Ya Rəbbi! Qəbul olunmayacaq dua ilə sənə əl qaldırmaqdan, faydasız elmdən, bir müsəlmana yaraşmayan acizliyindən, tənbəllikdən, xəsislikdən sənə sığınırıq, son nəfəsimizdə bizlərə kəlmeyi-şəhadəti tələffüz etməyi "Əşhədu ən lə iləhə illəllah və əşhədu ənnə Muhammədən abduhu və rasuluhu" kəlimələrini deməyi bizə nəsib elə.

Ya Rəbbi! Amin deyən, könüldən bu duada iştirak edən qardaşlarımızın sıxıntılarını uzaqlaşdır, çətinliklərini asanlaşdır, onları iki dünyada da əziz et, iki dünya səadəti nasib et.

Allahummə! Sən bizim Rəbbimizsən, Səndən başqa ibadətə və itaətə layiq heç kimsə yoxdur. Bizləri sən yaratdın və bizlər sənin qullarınıq, sənə verdiyimiz əhdi və vədi gücümüz çatan qədər yerinə yetirməyə çalışırıq. Sənin bizlərə olan nemətini və günahlarımızı sənin qarşında etiraf edirik. Bizləri bağışla. Günahları bağışlayan ancaq sənsən.

Allahummə sən Kərimsən, bağışlamağı sevənsən, sevdiyin şeyi səndən istəyirik, sevdiyin şeyi bizdən əsirgəmə, bizləri baışla. Günahları bağışlayan ancaq sənsən. Bizi Peyğəmbər s.a.v sünnəsindən bir an olsun belə ayırma. Və ən son duamız isə sənə aləmlərin rəbbi olan Allaha həmd səna etməkdir. O hər şeyə qadirdir.


Şərhlər: 14
Baxılıb: 1004
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Totu
Sitat: rəmsə
Allah xoş niyyətlli olan hər kəsin duasını qəbul etsin,biz də onun içində

Amin
23 aprel 2016 19:24
# 14
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
vipbetul
Amin insallah
11 mart 2015 00:49
# 13
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
adsiz-a
Allah haminin dualarin qəbul eləsin,Amin
7 fevral 2015 15:43
# 12
Qlamurr
Rəbbim ona açılan əli heç vaxt boş qaytarmaz,yetər ki,biz istəyək......
6 fevral 2015 18:20
# 11
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
rəmsə
Allah xoş niyyətlli olan hər kəsin duasını qəbul etsin,biz də onun içində
6 fevral 2015 17:17
# 10
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
efsane..
Amin Allah qebul etsin butun dualarimizi
6 fevral 2015 15:09
# 9
Ayti86
Her gun bu dualari qisa wekilde de olsa edirem. En boyuk duam Allahim meni weytanin ve insanlarin werinden qoru. Allah butun edilen dualari xeyirlisi ile qebul etsin. Amin!
6 fevral 2015 14:30
# 8
~~ `Home is, wherever YOU are my Love `~~
arzum-aysum
Cox gozel dualarıdi. Allahim hər birimizin duasını qəbul etsin. Amin
6 fevral 2015 13:57
# 7
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
guler19
ALLAH'ım! Biz eIimizden geIeni etdik . EIimizden geImeyenIer üçün eIIerimizi sənə açtıq. sen boş çevirme ALLAH'ım !"Kime dua kapısı açılırsa ona rəhmət qapıları açılır. qeza olanda ancak içdən urekden oxunmuş dua komək olur hemin insana ALLAH dualarımızı qəbul etsin aminnnn
6 fevral 2015 13:07
# 6
İnsanlar görmüşəm mələk donunda
Hamısı xoş günün mələyi olub
Kimsəsiz çarəsiz qaldığım anda
Tək Allah duası köməyim olub...

Ariqlamaq üçün oruc tutmaq, idman üçün namaz qilmaq! Deyen insanlar cehennemde zaqar pulsuzdur.
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥MG♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
ayan97
Allah her kesin dualarini qebul etsin insallah..
6 fevral 2015 12:47
# 5
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
Tomris Müslümova
ayy cox gozel xeberdi..
6 fevral 2015 12:42
# 4
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Fialka
Allah ona əl açan ona sığınanların dualarını qəbul etsin Amin
6 fevral 2015 12:28
# 3
aziz a
Allahim bizim dilimizi duali,qelbimizi nurlu eyle Amin.......
6 fevral 2015 12:04
# 2
Qelbim doludu !!!!
BARBI
Rebbim hec kesi aciz qoymasin her kesin duasini qebul etsin
6 fevral 2015 11:01
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz