Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Dua möminin silahıdır (1. hissə)
Dua möminin silahıdır (1. hissə)
Göndərən: Mrs.Pianist
Şərhlər: 11
Baxılıb: 698
Səs ver:
Ya Rəbbi, xəstələrimizə şəfa, dərdlilərimizə dərman ver, riyadan, nifaqdan, bədbəxtçilikdən, hər cür xəstəlikdən, qəzadan, bəladan, tənbəllikdən, acizlikindən, zəlil olmaqdan, zülm görməkdən, azdıran zənginlik və azdıran kasıblıqdan, şeytan və nəfsin şərindən, düşmən qələbəsindən, pis davranışlardan, bidət və zəlalətə düşməkdən, ixlassız əməldən, hər növ günahdan, küfrə girməkdən, rəzil ömürdən, ölərkən gələcək fitnələrdən, dinimizə, dünyamıza zərər verəcək şeylərdən bizləri qoru!

Həqiqi iman, gözəl bir əxlaq, şükr edən bir ürək, zikr edən bir dil, qəza və qədərə razılıq göstərən xeyirli bir ömür, az yemək, az yatmaq, az danışmaq, az gülmək və çox xidmət etməyi, qəbir əzabından və axirət dəhşətindən xilas olmağı, ömür boyu razılığına uyğun yaşamağı, şəhid olaraq ölməyi və son nəfəsdə əhli sünnə etiqadına uyğun bir iman və tövbə etməyi nəsib elə.

Ya Rəbbi, öz sevgini, sevdiklərinin sevgisini, sevginə qovuşduracaq əməllərin sevgisini bizlərə nəsib elə, elmimizi, ixlasımızı, qabiliyyətimizi və bacarığımızı artır, bizləri şeytanın azdıra bilmədiyi: -ancaq ixlaslı qulların istisnadır- dediyi o qullardan olmağı nəsib et, bizləri comərd və səxavətli qullarından elə.
Ana, atamıza, övladlarımıza, qohum və əqrabamıza, bütün din qardaşlarımıza xeyirli ömür, gözəl və sağlam yaşam, hidayət və bu yolda davamiyyət nəsib et .

Ya Rəbbi! Bütün səhv və qüsurlardan bizləri salamat elə, içimizdən axirətə köçənlərin günahlarını bağışla, yerlərini cənnət elə. Peyğəmbərimizin (sallahu aleyhi və səlləm) şəfaətinə nail elə. Bu duanı bu anda oxuyan və dinləyən əziz din qardaşlarımızın ölənlərinə rəhmət, geridə qalanlarına səhhət və afiyət lütf elə.

Ya Rəbbi! Uca dinimizə və əziz vətənimizə göz dikən daxili və xarici düşmənlərimizə fürsət vermə, onları islah et. İslah olacaq halları yoxsa onlara qahharlığını, qüdrətini göstər onları öz qəhrinlə və pərişan elə.

Ya Rəbbi! Ümməti-Muhammədin xəstə qullarına şəfalar, dərdli qullarına dəvaların, borclu qullarına xeyirli ədaları ehsan et.

Ya Rəbbi! O biri aləmdə "fəriqun fil cənnəti va fəriqun fis səir" Cənnət və cəhənnəm firqələri ayrılacağı zaman bizləri cənnət firqəsinə daxil et.

Ya Rəbbi! Qiyamət gününə qədər baqi qalacağını vəd etdiyin Din-i İslamı ölkəmizdə rahat yaşayıb yaşatmağı bizlərə asanlaşdır. Namazı niyazı buraxan, narkomanlıq, içki və qumar vasitəsi ilə evinin yolunu unudan, müxtəlif günahlara düçar olan millətimizin övladlarınada hidayət nəsib et, uşaqlarımızı ədəbli, əxlaqlı, fəzilətli, anasına, atasına, müəlliminə hörmət edən, Allahına, Peyğəmbərinə hörmət və təzim edənlərdən et.

Ya Rəbbi! Bizləri dininə, inanclarına, vətəninə, millətinə, könüldən bağlı olanlardan et.

Ya Rəbbi! Namaz və niyazımızı, səbr, ixlas, təvəkkül qorxu və ümidlərimizi, təfəkkür və tədəbbürlərimizi, səmimiyyət və sədaqətlərimizi davam etdirmək, sənə davamiyyətli ibadət etmək üçün bizə güc və qüvvət nəsib et, bizləri bu ibadət və itaətlər üzərində sabit et.

Ya Rəbbi! Hər cür təhlükələrdən, yanğından, daşqından, fəlakətlərdən, müsibətlərdən, xəstəliklərdən, haramlardan, əxlaqsızlıqlardan, yalandan, qeybətdən, riyadan, həsəddən və qürurdan, zərər və ziyanlardan bizləri hifz və himayə et.


Şərhlər: 11
Baxılıb: 698
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
Amin insallah
11 mart 2015 00:59
# 11
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Antikvar
Dua etmek bu sozun asiqiyem heqiqeten.dua etmekle acilmayan qapi yoxdu....Cox amma cox arzuladigim arzuya o qeder icden dua etmisdimki cox tez zamanda o arzuma catmisdim...Her insanin qelbinde bir arzusu vardi kimisi ovlad,kimisi ev esik,kimisi saglamliq,kimisi is,kimiside basqa bir arzu diler icinde...Allah her birinin arzularini qebul elesin.Esas her birinize icinizden Allah sevgisini merhemeti ve yaxsilq hissi hec zaman eksik olmamasini arzulayiram.O hissleriki unutdun istemediyin her bir addimi atmaga mecbur olursan...

cox maraqli movzu oldu.
4 fevral 2015 01:48
# 10
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
efsane..
Amin Allah qebul etsin
3 fevral 2015 07:23
# 9
ece uslu
Ya Rəbbi! Namaz və niyazımızı, səbr, ixlas, təvəkkül qorxu və ümidlərimizi, təfəkkür və tədəbbürlərimizi, səmimiyyət və sədaqətlərimizi davam etdirmək, sənə davamiyyətli ibadət etmək üçün bizə güc və qüvvət nəsib et, bizləri bu ibadət və itaətlər üzərində sabit et.

AMIN
2 fevral 2015 23:33
# 8
Qlamurr
Allah namaz və dualarımızı qəbul etsin,əməlisaleh,mömin bəndələrindən etsin.Rəbbim biz bəndələrinə qarşı çox mərhəmətlidi,yetər ki,biz rəbbimdən istəyək...
2 fevral 2015 18:18
# 7
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
guler19
ALLAH qaldırdığımız əlləri heç vaxt boş qaytarmaz yeterki inanaq hemişə şükr edək REBBİMe ne dua etmişəmse hemişə qəbul edib hemise ikiqat verib bir duam var inşALLAH ALLAHın koməkliyi ilə oda qəbul olar aminnnnnnn
Sağol miriçkam hemişəki kimi bu xeberinde superdi
2 fevral 2015 16:51
# 6
İnsanlar görmüşəm mələk donunda
Hamısı xoş günün mələyi olub
Kimsəsiz çarəsiz qaldığım anda
Tək Allah duası köməyim olub...

Ariqlamaq üçün oruc tutmaq, idman üçün namaz qilmaq! Deyen insanlar cehennemde zaqar pulsuzdur.
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥MG♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
rəmsə
Ya Rəbb hər cür təhlükələrdən bizləri hifz və himayə et.Amindua
2 fevral 2015 16:01
# 5
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
Madina
Allahin cavabsiz qoydugu dua yoxdur,hemise en xeyirlisini bizlere nesib eder
2 fevral 2015 14:23
# 4
Kucuk bir soz yakarsa icini,
Dost bildiklerin anlamazsa seni,
Bos ver dokme icine
Koy alnini secdeye,al eline tesbihi
Vallahi ondan basqasi anlamaz seni.
ayan97
Allah dualarinizi qebul etsin...

Allah dualarinizi qebul etsin...
2 fevral 2015 12:24
# 3
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
Fialka
Allahın əməli saleh imanlı bəndələrindən olaq dualarımız dilimizdən əksik olmasın heç vaxt amin
2 fevral 2015 12:18
# 2
BARBI
Her zaman istediyim dualar qebul olunub
2 fevral 2015 11:04
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz