loading...
Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sevdiyin şəxsə qovuşmaq üçün dua etmək olarmı?
Sevdiyin şəxsə qovuşmaq üçün dua etmək olarmı?
Göndərən: SEVGI DENIZIM
Şərhlər: 17
Baxılıb: 3434
Səs ver:
Sevmək insani bir duyğudur. Buna görə də bir insanın kiməsə qarşı sevgi hiss etməsi günah sayılmır. Günah sayılan həddini aşmaq, yalnış yollara əl atmaqdır. Allah (c.c) sevgini insanın daxilinə yerləşdirmişdir.

Hər şeyin bir həddi-hüdudu və qaydaları olduğu kimi, sevginin də özünəxas qaydaları vardır. Hər insan sevə bilər. Lakin sevgi vaxtında olsa daha gözəldir. Bəzən elə olur ki, hissləri ilə hərəkət edib, bir zamanlar onsuz yaşaya bilmədiyini zənn edən biri, sonunda öz sevgilisi ilə məhkəmə salonlarında görüşməli olur. Bu da hisslərlə verilən, ağılla düşünülməmiş qərarların sonu…

Hər nə qədər könül fərman dinləməsə də, dininə bağlı və təqvalı olan bir gənc hər zaman iffətini qorumağı bacarmalıdır. Bu sərhədləri qoruduqdan sonra insanın özü üçün Allahdan xeyirlisini istəməsi daha yaxşı olar.

İnsan olaraq nəyin bizim üçün daha xeyirli olduğunu məhdud ağlımızla tam dərk edə bilmirik. Buna görə də, bu məsələlərdə xəyallara qapılmadan, bir möminə yaraşan şəkildə hərəkət etməliyik. Bəzən belə məsələlərdə insanın hissləri sərhəd tanımaq istəmir. Çox vaxt saf duyğularla başlayan sevgilər tədricən zədələnməyə, əvvəlki saflığını itirməyə başlayır. Buna görə də, həmin məsələ haqqında qəti qərara gəlmək və bunu ailələrə bildirmək daha yaxşı olar.

Allah sevgisi bütün sevgilərdən fərqlidir. Daha çox təsəvvüfçülərin bəhs etdiyi ilahi eşq Allah sevgisinin ən son mərtəbəsidir. Bu eşqə düçar olan insan çox vaxt başqaları tərəfindən dəli, məcnun adlandırılır. Bu eşqlə yanan insan üçün dünyəvi olan hər şey – evi, ailəsi, uşaqları, dostları qısacası dediyimiz kimi dünya və içindəkiləri tərk edir. Çünki aşiq olanın gözündə sevgilidən başqası yoxdur. Təsəvvüf əhlinə görə dünyanın yaranma səbəbi eşq olduğu kimi, onun yaşama səbəbi də eşqdir.

İnsan bu iki sevgidən hansına tutulursa tutulsun ciddi bir imtahan qarşısındadır. Bu vəziyətdə olan birinin duyğularına sahib çıxması, iffət və şərəfini qoruması lazımdır.

O qız haqqında əgər sizin üçün xeyirlisi odursa onu sizə nəsib etsin (və ya qəlbiniz ona meyl etsin) deyə Allaha dua edə bilərsiniz. Ancaq sizi tanıyan və xeyrinizi istəyən insanlarla məşvərət etsəniz bu sizin üçün daha yaxşı olar. Əgər hələ evlənmək fikriniz yoxdursa bu məsələdə səbir etməyiniz duadan daha xeyirlidir. O qız sizin üçün uyğun ola biləcəyi kimi olmaya da bilər. Hətta başınıza bəla da ola bilər. Buna görə də nəyin haqqımızda xeyirli, nəyin də zərərli olduğunu bilmədiyimizə görə, Allahdan haqqımızda xeyirlisini istəməliyik. Nəyin xeyir, nəyin şər olduğunu dəqiq bilmədiyimiz üçün belə vəziyyətlərdə israr etməməliyik. Yoxsa əksinə israrla istədiyimiz şeyin cəzasını çəkməyə məcbur olar, onunla imtahan oluna bilərik. Bir kimsəylə evlənmək, varlı olmaq, bir vəzifəyə təyin olunmaq kimi şeylər imtahan səbəblərindən bəziləridir.


Şərhlər: 17
Baxılıb: 3434
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
en gozel dua bizimcun en xeyirli olanini qismetimize yazilmasidir
10 mart 2015 16:42
# 17
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
emis
insalla herseyin xeyirlisi olar
22 yanvar 2015 11:24
# 16
Wappuw
allah butun sevenleri qovuwdursun,sevgi bi tek qarwindaki insana deyil ALLAHA, anaya,ataya,VE.S
22 yanvar 2015 02:18
# 15
Ne baxirsan menim kimi mende baxdim senin kimi senede baxarlar menim kimi
ismayilova ulker
İnsan dualarını şükürlərini heç bir zaman uca Yaradandan əskik etməməlidi. Maraqla xudum. Təşəkkürlər.
22 yanvar 2015 02:10
# 14
Heçkimin başı üçün deyil dolçanı əsəbləşdirmək.
GULTEKIN MEMMEDOVA
Sitat: sona
Men tekce ozume yox her kes sevdiyine qovuwsun deye dua edirem. İnwallah duam qebul olar. Movzu ucun twk.
22 yanvar 2015 00:56
# 13
111222
Miss_Oxatan
Allah her weyin xeyirlisini qismet etsin,hetta ovladin da.Amin
22 yanvar 2015 00:46
# 12
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
Antikvar
Tek bir sevgide yox insan gerek her gunune geleceyine gore dua etmelidi.Tek. sevgi ile insanin ne qarni doyaccaq nede basqa bir sey.Allah bir xosbextliyi bize qismet ederse insallah onun sonunuda o xosbextlikle bize nesib etsin (can sagligi ovllad ve qelbinde kimin ne arzusu varsa)
22 yanvar 2015 00:17
# 11
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Wiyinka
Allah butun sevenleri qovwdursun.Amin
21 yanvar 2015 23:07
# 10
aziz a
Sevgide bextim getirmedi.
Allaha sevgim hedsizdi........
21 yanvar 2015 22:59
# 9
Böyük Rebbim sen özün kömek ol hamıya....
sona
Men tekce ozume yox her kes sevdiyine qovuwsun deye dua edirem. İnwallah duam qebul olar. Movzu ucun twk.
21 yanvar 2015 22:48
# 8
SEVMEK BU KADAR GUZELSE, KİM BİLİR SEVMEYİ "YARATAN" NE KADAR GUZELDİR...
Little girl
Insallah xeyirlisi olar.Allahim boyukdur.O her birimize komek etsin.Amin...
21 yanvar 2015 22:34
# 7
Anladım artıq sevgilərin nağıl,nağıllarınsa yalan olduğunu... agla
ece uslu
her wey qismetdi
21 yanvar 2015 22:31
# 6
arzum-aysum
mən həmişə dua edirdim ki, xeyirlisini nəsib et. Tanrım da bidenemi nəsib etdi. min şükür olsun uca Rebbime
21 yanvar 2015 22:29
# 5
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
Fialka
Allah sevgisi bütün sevgilərdən üstündür,qəlbində Allah sevgisi olan birisini çıxarsın qarşınızdan inşallah.
21 yanvar 2015 22:17
# 4
BARBI
Eger heqiqeten sevirsense o senin qismetindir duaya ehtiyac yoxdur
21 yanvar 2015 22:03
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Сладкий Ангел
menim yoxdu ona gorede ehtiyacda yoxdu deli

21 yanvar 2015 22:02
# 2
.Bir gülüşüm var Sizlərə ömür...
KRALİCEM
Rebbim sevenlwri qovusdursun
21 yanvar 2015 22:02
# 1
Çox çetindir üreyin yanarken "qismet" deyib susmaq...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)
loading...

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
loading...
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz