Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İslamda qadağalar (II hissə)
İslamda qadağalar (II hissə)
Göndərən: Anuka
Şərhlər: 16
Baxılıb: 1003
Səs ver:
İslamda donuz ətini yemək nə üçün qadağandır?

İslamda donuz ətini yemək haramdır. Bir mömin yeyəcək başqa bir şey tapmadığı zaman ölüm təhlükəsi ilə üz-üzə qalarsa isə həddi aşmadan ondan yeyə bilər. (Bəqərə, 173; Nisa, 3,6, 145; Nəhl, 115)
Quranda bəzi haramların səbəbləri açıqlandığı halda bu haramın səbəbi açıqlanmamışdır. İlk əvvəl bu dinin adının İslam (təslimiyyət yolu) olduğu xatırladılmalıdır. Bəzi haramların səbəbləri 'Allaha təslimiyyətin sınanması' ola bilər. Lakin bu həqiqət, bizim bu haramın hikməti və səbəbi üzərində düşüməyimizə mane olmamalıdır.

İslam donuz ətini haram qılır, lakin Allahın məxluqatından biri olan donuzun kökünün kəsilməsini istəmir. Əksinə bütün yaradılanlar kimi donuz da Allahın 'bir məqsəd uğruna' yaratdığı varlıqlardan biridir. 'Donuzun yaradılış məqsədi nədir?' sualına verilən cavablardan ağlımıza ilk gələn onun mükəmməl bir təbiət və pislikləri təmizləməsidir.
Donuz ətinin haramlığı, sağlıq baxımından təhlükəlidir. Elmi araşdırmalar da bunu təsdiqləyir və alimlər bu təhlükə barəsində ittifaq edirlər. Bu məsələnin maddi səbəbidir. Bir də mənəvi səbəbi var bu da 'donuzlaşmaq'dır. Bu donuz əti qadağasının əxlaqi səbəbidir. Çünki donuz heyvanlar aləmində 'məhdudsuzluğu' təmsil edir. Beləki donuz;
1. Yeməkdə bir məhdudiyyət tanımaz. Yeyilə bilən heç bir şeyi seçməz; pis, təmiz, təzə və qoxumuş hər şeyi yeyər.
2. Artımda məhdudiyyət tanımaz. Məməlilər içində ən çox balalayan donuzdur. Çöl donuzu bir dəfədə 14 bala verə bilir. Yeni doğulan hər donuz 6-8 ay içində balalayacaq həddə çatır.
3. Çifləşmədə məhdudiyyət tanımaz.
Donuz əti haramlığı üzərindən möminə verilən əxlaqi mesaj 'həddini bil!' mesajıdır. Cümlələrini seçməmək dildə, hisslərinin əsiri olmaq duyğuda, ağlına gələni etmək əməldə həddi aşmaqdır. Verilən mesaj budur; Ey insan, həddini bil. Unutma ki, bir hədd yoxdursa heç bir hədd yoxdur.

İslamda içki və başqa alışqanlıq yaradan maddələr nə üçün haramdır?

İslam, sərxoşluq yaradan hər şeyi yasaqlayır. Quran içkini 'Şeytan işi pisliklər' içinə daxil edir (Maidə, 90). Çünki İslamın bütün yasaq və əmrləri beş əmanətin güvənliyi üçündür.
1. Canın qorunması; Adam öldürməyin yasaqlanması və cəzalandırılması (Maidə, 32).
2. Ağlın qorunması; Bütün içki növlərinin qadağan edilməsi (Maidə, 90).
3. Dinin qorunması; Küfrün və şirkin qadağan edilməsi və axirətdə cəzalandırılması.
4. Nəslin qorunması; Zinanın yasaqlanması və cəzalandırılması (Nur, 2).
5.Malın qorunması; Oğurluğun qadağan edilməsi və cəzalandırılması (Maidə, 38)

İçki, narkotik və onların növləri bu beş əsas əmanətdən 'ağıl' əmanətinin güvənliyini pozur. Halbuki ağıl dinin də təməlidir. Buna görə 'ağlı olmayanın dini olmaz' deyiblər.
İçki və narkotik maddələr qadağası, insanın şəxsiyyətinə yönəlik bir təhlükə olaraq qəbul edilmişdir. Sərxoşluğa gedən yol içki alışqanlığından, alışqanlığa gedən yol da içki istifadəsindən keçir. Alkolizm də daxil olmaqla bütün aslılıqlar insan iradəsini və ağlını zəiflədir. Bu isə insana, onun şəxsiyyətinə yaraşmayan şeylər etdirir. İçkinin səbəb olduğu ailə dramları, ölümlər və yol qəzalarına aid statistik məlumatlar içki qadağasının səbəbini açıqlayır. Çoxu haram olanın azı da haramadır. İslamın bu prinsipini anlamaq üçün bu qanunu unutmamaq lazımdır; Sonu sərxoşluğa gedən yolun hamısı, ilk və bir udumla başlayır. Sonu 'altun vuruşla' bitən bütün narkomanlar təcrübələrinə ilk və bir dəfə çəkməklə başlayarlar. İslam, məhz o ilk udumu və o ilk çəkişi yasaqlamışdır.
İslamda içki və narkotik kimi ağlı örtən şeylərin yasaqlanmasının bir də əxlaqi tərəfi vardır.
Ey insan! Nəyə qarşı alışqanlıq duyarsansa onun köləsi olarsan. Alışqanlıq insanın qürurunu yox edər. Halbuki sən, arzu və istəklərinə bağımlı olub onlara kölə olmaq üçün deyil, Allaha qul olmaq üçün yaradıldın. Həqiqi azadlıq instinklərini və arzularını nəzarətdə saxlaya bilməkdir.
Ey insan! İçkidən və narkotikdən uzaq dur. Mal və sərvətinin sərxoşu olma! Məqam və şöhrətinin əsiri olma!

İslamda qidalar haqqında iki ölçü vardır;
1. Halal və haram.
2. Təmiz və pis.
Halal və haram ilahiyyət elmlərinin mövzusudur, təmiz və pis tibb və kimya kimi elmlərin.
İslamda bir şeyin sərbəstliyinə dəlil axtarılmaz, qadağasına dəlil axtarılar. Əgər bir şeyin yasaq olması barəsində dəlil yoxdursa o şey sərbəstdir. Quran, haram siyahısına Allahdan başqa heç kimin müdaxilə etməzinə izin verməz; 'Allahın qulları üçün var etdiyi gözəl nemətləri kim haram qıla bilər?' (Əraf, 32)
Haramlar bəllidir. Quran, halalları haramlaşdırma mövzusunda haramları halallaşdırmadan on qat daha həsasdır (Ənam, 140). Allahın halal qıldığını haram qılmağın adı Quranda 'öz uydurduğu yalanı Allaha yaraşdırmaq' (Maidə, 103) olaraq keçir.
İslamda halal və haramı Allah müəyyənləşdirər (Yunus, 59-60) Rəsulullah halal olanı başqasına deyil, özünə belə haram qıla bilməz. (Təhrim, 1)
Quran, haram olan yeyəcəklər haqqında bir dəfə danışırsa, halal ikən insanlar tərəfindən yasaqlananlardan on dəfə danışır.

Təmiz ruzini kirlətmək də mümkündür. Üzüm təmiz ruzidir. 'əgər ondan şərab əldə edilərsə deməli halal harama, təmiz pisə dönüşdürülmüşdür. 'Ondan içki də, təmiz ruzi də əldə edirsiniz' (Nəhl, 67) deyən ayə'təmiz olanları əllərinizlə kirlətməyin'demək istəyir.

Heyvan kəsimi
Qurana görə, Allahdan başqa 'bəşəri müqəddəs varlıqlar' adına kəsilən heyvanın əti haramdır, yeyilməz (Bəqərə, 173).
Quran heyvan kəsilərkən üstündə Allahın adının anılmasını tövsiyə edir (Həcc, 36). Bu ilahi tövsiyə 'kəsdiyin heyvan da olsa cana hörmət et' mesajını daşıyır. Həyat verən Allahdır. İnsan, Allahın verdiyi canı yalnız Allahın izni ilə və Onun adına ala bilər. Qısaldılmış adı 'Bəsmələ' olan 'Rəhman Rəhim olan Allahın adı ilə' cümləsi Allahdan izin istəməkdir.
Eyni zamanda Bəsmələ, Yaradan ilə yaradılan arasında bağ qurmaqdır. Çünki qida bir məxluqdur. Xaliq isə Allahdır. Xaliqlə məxluqun arasında bağ quran şükr etməkdə çətinlik çəkməz. Bu bağı qoparan isə şükrü xatırlamaz. Bəsmələ bu bağın qurulması deməkdir. Bu eyni zamanda ruzi üçün şükürdür (Həcc, 28 və 34)

İslama görə zina nədir?
İslamda hər növ nigahsız münasibət zinadır. Quran zinanın bütün növlərini yasaqlayır və zinanı əxlaqi çərçivənin hədlərini pozmaq olaraq tərif edir (İsra, 32). Sadəcə yasaqlamaz, 'zinaya yaxınlaşmayın' deyərək zinaya gedən yolu yasaqlamaqla müsəlmanı məslənəni ta başından xəbərdar edər.

Zinanın cəzası nədir?
Zinanın hər növü İslamda günahdır. Çünki zina edən şəxs Allahın haram qıldığı bir işi etmiş, bir qadağasını pozmuşdur. Zina ictimai bir yerdə işlənmişsə, bu həm zina olduğu üçün günah, həm də ictimai bir yerdə işləndiyinə görə cinayətdir.
Zina günahından qurtulmaq üçün insan həyatda ikən Allaha səmimi bir qəlblə tövbə etməlidir (Zumər, 53). Tövbə etmədən Allahın hüzuruna gedəni Allah istərsə bağışlayaraq təmizləyər, istərsə də cəzalandıraraq təmizləyər. Allahın 'əfv' etməyi 'keyfi' bir hal deyil, qulun dünyada işlədiyi yaxşılıq və pisliklərin ümumi bir dəyərləndirilməsi üzərinə veilən ilahi qiymətlə bağlı bir haldır (Qariə, 6-9).
İctimai olan zinanın cəzası '100 qamçı'dır (Nur,2). Bu cəzanın veriləməsi zina hadisəsini açıq və aydın görən 4 şahidin şahidliyinə bağlanmışdır (Nur, 13). Quran, zinanı cəzalandırdığı kimi, məsum birinə iftira atanı da cəzalandırır (Nur, 4).

Quran, homoseksuallığı, 'ölçüsüzlük' və 'həddi aşmaq' (fahişətən) olaraq adlandırar və bir zina növü olaraq görər (Nəml, 54). Həddi və ölçünü pozmaq 'fitrət' və 'yaradılış'ı pozmaqdır. Çünki insana ilahi bir nemət olaraq verilən şəhvət hissinin məqsədi insan nəslinin davam etdirilməsidir. Homoseksuallıq ilk əvvəl bu əsas məqsədə ziddir. Əşyanın fitrət və təbiətinə zidd olan 'həddi aşmaq' mənasına gələn 'fahşa'dır. Fitrətə zidd olan hər şey kimi homoseksuallıq da 'anormal' bir hal olmaqdan çox, 'haram' qılınmış bir günahdır.


Şərhlər: 16
Baxılıb: 1003
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
lazimli melumatdi
11 mart 2015 01:42
# 16
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Anuka
Cox sag olun bacilarim oxuyan gozleriniz hemiwe nurlu,yazan elleriniz var olsun inwallah Allah ozu bizleri haram olan her weyden qorusun.
23 yanvar 2015 21:07
# 15
Ey insan, həddini bil. Unutma ki, bir hədd yoxdursa heç bir hədd yoxdur.
ismayilova ulker
Indi halali qebul edan cox az insan var. Herden neyin halal neyin haram oldugunuda sef salursan. Insanlar harama bas eyir. Icki qumar zina donuz eti ehalunin ekseriyyetinin ustifade etdiyi hallardi.
Allah bizi haramdan uzaq etsin. Amin.
Cox sagol baci cox gozel xeberdi. Allah razi olsun.
22 yanvar 2015 16:04
# 14
Heçkimin başı üçün deyil dolçanı əsəbləşdirmək.
Madina
Cox faydali xeber hazirlamisan,canim. Twk,ellerine sagliq
22 yanvar 2015 05:00
# 13
Kucuk bir soz yakarsa icini,
Dost bildiklerin anlamazsa seni,
Bos ver dokme icine
Koy alnini secdeye,al eline tesbihi
Vallahi ondan basqasi anlamaz seni.
Wappuw
ALLAH razi olsun bilmirdim sayenizde bildimm
22 yanvar 2015 02:20
# 12
Ne baxirsan menim kimi mende baxdim senin kimi senede baxarlar menim kimi
ece uslu
allah razi olsun bilirem bunlari
21 yanvar 2015 23:19
# 11
Wiyinka
Allah razi olsun
21 yanvar 2015 21:34
# 10
emis
maraqla oxudum bilmediim cox sey vardi
21 yanvar 2015 20:55
# 9
Сладкий Ангел
Allax butun gunahlarimizi bagislasindua
21 yanvar 2015 19:05
# 8
.Bir gülüşüm var Sizlərə ömür...
Miss_Oxatan
Oxudum.ancaq indi ele bir zemanedir ki,halal harama qariwib onsuzda.dunyaya kenardan baxanda ele zenn edirsenki halal sozu ele sozde de qalib.o qeder iyrenclikler varki
21 yanvar 2015 17:43
# 7
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
aynur2002
Allah komeyimiz olsun.
21 yanvar 2015 17:30
# 6
Əvəz edilməz insan yoxdur...
-Sadəcə insan varki onu başqası ilə əvəz etmək
istəmirsən...!
xeyalperest
hmm bezilerini bilirdim bezilerinide oyrendim. Tewekkur
21 yanvar 2015 12:40
# 5
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
Turkan Abbasova
Sagol bacim allah razi olsun. Bunlari elbetteki bilirik coxumuz. Amma herden bezilerinin yadindan cixir. Yada salmaq cox boyuka savabdir.
21 yanvar 2015 10:46
# 4
Basimin belasi,ureyimin parasi 'canim UGURUM'.
isveç.de
Çox şukur nə ata evimdə nədəki ər evimdə bu haram şeylərdən istifadə edilmir.
21 yanvar 2015 10:42
# 3
Mene sual verilse en boyuk dusmenin kimdir? Deyerem Anamin goz yaslari...

Arxamca danismaga davam et,chunki qarsima chixacaq qeder cesur deyilsen...
Fialka
Çox gözəl qeyd olunub hər bir haram əməl nəyə görə haramdı və cəzası nədi,allahın verdiyi yaratdığı şeylərin halal və təmiz olanından istifadə edək, eləcədə öz hərəkətlərimiz halal və təmiz olsun inşallah
21 yanvar 2015 10:35
# 2
BARBI
Diqqetle oxudum cox gozel movzuya toxunmusuz tessufki indiki insanlar hec qadagalarimiza emel etmirler icki desen bas alib gedir zina desen artiq demey olarki her evde daha men ne deyim
21 yanvar 2015 10:01
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz