Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İntihar etmənin cəzası
İntihar etmənin cəzası
Göndərən: Ayşə_gül
Şərhlər: 20
Baxılıb: 1011
Səs ver:
Dünya Səhiyyə Təşkilatının son illər apardığı tədqiqatların nəticəsi əsasında hazırladığı məlumata görə, dünyada hər il təxminən 1 milyon insan intihar edir.

2020-ci ildə intiharların sayının 500 minə qədər artacağı proqnozlaşdırılır.

Mütəxəssislər intihar hadisələrinin çoxalmasını adətən iqtisadi vəziyyətlə bağlayırlar. Təhlillər göstərir ki, xüsusi ilə böyük miqdarda borcu olanlar, ailəsini dolandıra bilməyənlər intihara əl atırlar.

Bəs İslamda intihara münasibət necədir? İntihar edəni axirətdə hansı cəza gözləyir. Bu yazıda bu və digər sualları cavablandırmağa çalışacağıq.

Bildiyimiz kii, dinimizə görə, hər hansı bir insanı öldürmək böyük günahdır və bir insanı haqsız yerə öldürən kimsə bütün insanları öldürmüş kimidir (Maidə, 32). Çünki insan dəyərli bir varlıqdır. Bu varlığın canını, malını və namusunu İslam öz mühafizəsi altına almışdır və bu üç şeyə toxunmağı qadağan etmişdir. Qurani-Kərimdə Rəhman olan Allahın qullarının xüsusiyyətləri sadalanarkən "Onlar Allahla yanaşı başqa bir tanrıya ibadət etməz, Allahın haram buyurduğu cana nahaq yerə qıymaz, zina etməzlər. Hər kəs bunu etsə, cəzasını çəkər. Qiyamət günü onun əzabı qat-qat olar və (o, əzab) içində zəlil olub əbədi qalar" (Furqan, 68, 69) deyilir.

Başqa bir ayədə isə belə buyurulur: "Hər kəs bir mömin şəxsi qəsdən öldürərsə, onun cəzası əbədi qalacağı Cəhənnəmdir. Allah ona qəzəb və lənət edər, onun üçün böyük əzab hazırlar!" (Nisa, 93).

O ki qaldı intihara, insanın özünü öldürməsi başqasını öldürməsindən daha dəhşətli və daha böyük günahdır. Çünki insanın canı ona əmanətdir. Heç kim öz canının sahibi deyil. Heç kim öz üzərində söz sahibi deyil. Bütün səmavi dinlərin günümüzə qədər daşıdıqları ortaq xüsusiyyətlərdən biri "nəfsi (canı) qorumaqdır". Bu, insan övladına yüklənən ən önəmli məsuliyyətdir.

İmanı gülcü olan şəxs əsla intihara əl atmaz. Bir hədisdə belə deyilir: "İnsanların müsibət yönündən ən ağırına məruz qalanları peyğəmbərlər, sonra övliyalar, sonra da dərəcəsinə görə bunlara bənzəyənlərdir". Elə isə biz də onların göstərdiklıəri mətanəti, dözümü göstərməliyik.

Canlarına qəsd edənlər həyatlarına son verməklə bütün əziyyətlərdən qurtulacaqlarını düşünürlər. Halbuki onların daha ağır əzablara düçar olacaqlarını bu hədislərdən görmək olur: "Kim özünü bir şey ilə öldürsə, cəhənnəmdə eyni şey ilə əzab ediləcəkdir" (Buxari, Kitabu’l-İman hədis N:159 , Muslim Kitabu’l İman hədis N:160).

"Kim bir təpədən özünü aşağıya atıb özünü öldürsə, əbədiyyən cəhənnəmdə yuvarlanacaq. Kim zəhərli bir maddə içərək özünü öldürsə əbədiyyən zəhər içəcək. Kim özünü dəmir bir alətlə öldürsə cəhənnəmdə də o aləti durmadan qarnına sancacaqdır" (Buxari, Kitabu’d-Tıbbi hədis N:5333, Muslim, Kitabu`l İmam Hədis N:158, Əbu Davud Dıbb N:3374).
Ümumiyyətlə, Hz Peyğımbərimiz (s) intihar məsələsinə çox önəm vermiş, onun zamanında özünü bıçaqla öldürən birinin cənazə namazını qıldırmamışdır (Buxaridən başqa Kutub-i Sittənin beş imamı bu hədisi rəvayət etmişlər).

Nəinki intihar, hətta bilə-bilə cana əziyyət vermək, özünü təhlükəyə atmaq da dinimizdə qadağandır. Rəvayət olunduğuna görə səhabələrdən Amr ibn As Zatu`s-Səlasil səfərində ihtilam olur (boynuna qüsl gəlir), hava çox soyuq olduğu üçün su ola ola ölüm qorxusundan təyəmmümlə namaz qıldırır. Bu hadisəni Hz Peyğəmbərə xəbər verəndə Amrın bu hərəkətini bəyənir (Əbu Davud, Təharət, 124; Əhməd ibn Hənbəl, IV, 203).

İntihar əvvəlki ümmətlərdə də haram olmuşdur. Cundub ibn Abdullah Hz Peyğəmbərin (s) belə dediyini rəvayət etmişdir: "Sizdən əvvəlki ümmətlərdən birində yaralı bir adam var idi. Yarasının ağrısına dözə bilməyib bıçaq götürərək əlini kəsir. Ancaq qanı kəsə bilmədiyi üçün ölür. Allah-Təala onun haqqında belə buyurdu: "Qulum can haqqında mənim önümə keçdi, mən də ona cənnəti haram qıldım" (Buxari, Ənbiya, 50).

Hz Rəsulullah (s) Xeybər döyüşündə aldığı yaralara dözə bilməyib qılıncı ilə özünü öldürən səhabənin də cəhənnəmə gedəcəyini xəbər vermişdir (Buxari, Qədər, 5, Riqaq, 33, Məğazi, 38, Cihad, 77; Muslim, İman, 179; Kamil Miras, Təcrid-i Sarih, X, 266 268).

Gördüyümüz kimi, intihar qurtuluş yolu deyil, əksinə əbədi olan axirət həyatını bərbad etməkdir. Qurtuluşun yolu "sıratu-mustaqim" deyə ifadə edilən haqq yol ilə gedərək müsibətlərə səbirli və dözümlü olmaqdır. Hər çətinliyin arxasında bir asanlıq, hər məğlubiyyətin arxasında bir zəfər vardır.

Unutmayaq ki, bədən Uca Allahın insan övladına verdiyi ən böyük əmanətdir. Bu əmanəti ruh bədəndən insanın öz müdaxiləsi olmadan çıxmayana qədər qorumaq lazımdır. Buna görə də insanın mənəvi və fiziki sıxıntılara sona qədər səbir göstərməsi İslamın qayəsidir. Əks halda, intihar etməklə dünyəvi sıxıntı və problemlərini həll edəcəyini düşünən kimsə dərhal üzləşəcəyi qəbir və daha sonra axirət həyatında daha böyük sıxıntı və fəlakətlərlə qarşılaşacaq. Həyat ən pis şərtlər altında da gözəldir. Çünki ruh bədəndə qaldıqca Allahdan ümid kəsilməz. Qulun Allaha yönəlməsi və Ondan yardım istəməsi sıxıntı və problemlərin həllinin başlanğıc nöqtəsini təşkil edir. Çünki Onun hər şeyə gücü yetər. Çünki Ona arxalanan sonsuz güc qazanar.


Şərhlər: 20
Baxılıb: 1011
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
nanaska00
Allah hec kese gostermesin cox tesir etdi bu soler meni.Heqqi intahar etmek cox gunah imiw bezileri heyattdan bezir bezileride problemleri olur intahar edir amma o bisi dunyada fikirlesmirki ezab cekecek Allah insani yaradib ona bedeni verib ve biz o bedeni qorumaliyiq ve Allah ozu bizi bu dunyadan kocurdecek.Mence her bir insan sebirli ve dozumlu olmalidir Allah tekdir ve biz ona dua etmeliyik bize komek elesin. intahar etmemeliyik!
4 mart 2016 21:37
# 20
Qulaqcığı taxdıqdan sonra
-həyat offline
-xəyallar online
aLoNe AnGeL
Bes goren ozun asan ne ceza alir
Allah qorusun-Amin!!!
22 avqust 2015 10:47
# 19
Nə gözəl söyləmiş Hz.Əli-"İnsanları tanıyan yalnızlaşır" ciyy
vipbetul
gunahdi cani veren Allah ozu de alacaq vaxti gelerken
10 mart 2015 23:39
# 18
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Bestoş
gunahdi weytan emelidir

gunahdi weytan emelidir
16 yanvar 2015 11:45
# 17
Coxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx xooooooooooooowbexxxxxxxxxxxxxxxxxxtemmmmmmmmmmmmmmmmmmmmmmm
talis balasi
Seytan emelidi allah seytandan bizleri uzaq etsin
15 yanvar 2015 20:52
# 16
Сладкий Ангел
cox tesirendim cumlelerden cox saq ol askam melumata gore bir zamanar mende diyirdim ki Allaxim ne olar gunah siyahisindan intihari cixar
14 yanvar 2015 18:59
# 15
.Bir gülüşüm var Sizlərə ömür...
Luna-90
En cox intihar belcikadadi.orda resmi qaydadi gedirsenki men intihar etmek istiyirem deyirler problem yoxdu iyneyle oldururler.
14 yanvar 2015 17:26
# 14
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
emis
Allahin verdiyi cani Allahdan basqa heckimin almaya icazesi yoxdur
14 yanvar 2015 16:49
# 13
Tomris Müslümova
Sitat: aysberq
Sitat: aydan_21
bir sual vermek isderdim...tanidigim bir sexsdi cox yaxsi insan olub heddinde artiq,xeyirxah olduqca yaxsi bir insanda qisasi ama tezelikce ozunu asdi oda cehennemlikdi???axi cox yaxsi bir insan olub...

günahdı nə qədər yaxşı olsada allahın verdiyi canı almaq isyan sayılır cünki intihar şeytan fısıltıdı bizi vadar edir allah qatında günah hesab edilir

Səbrin sonu böyük mükafatdı allah nə yazirsa onu yaşayırıq intihar acizlərə məxsusdu həyatla mübarizə aparmalısan

axi hemise yaxsiliqlar eden namusnan yasiyan bir insan olub..hecneyin usdunde ozunu asdi ama kendir bogmamisdida onu ele asdigi yerde ureyi partlamisdi
14 yanvar 2015 15:13
# 12
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
ayan97
gunah oldugunu bilirem mende cox istemisem amma gunah olduguna gore dayanmisam
14 yanvar 2015 15:07
# 11
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
Menim balam
En çox intihar iranda olur. Iranlda kim günah töredibse Ata - ananın gözü önünde o insanı edam edirler. Edamlara baxıb, özümü pis hiss edirdim. Demek olar ki, iranda hebsxanaya yox edama çox önem verirler. Ceza ölümle neticelenir. Edam edenlerde ki, ele bil celladılar. Ay aman Allah qorusun bütün bendeleri.
Bizimkilerde keflerinen özlerini asırlar. Ana qızına bir şille vurmağa peşmandır, birde görür ki, eyvandan özünü asıb. Ata oğluna bir söz demeye peşmandır, oğlum get pul qazan aileni dolandır, bestı cavanlıq elediyin, bir de ne Ata görür ki, oğul özünü körpüden asıb. Qız sevgilisinen ayrılır , özünü asır. Qız toy günü qaçir, bey olası oğlanda özüne yarasdırmır, intihara üz tutur.
Bu insanlarda zeif olmağın elametidir.
14 yanvar 2015 12:02
# 10
Həyatda heç bir haqqsızlığa səssiz qala bilmirəm ,bu məni belə özümdən çıxartmağa yetərlidir.
Gulu-Qezi
ALLAH hec kimi o veziyyete getirib cixarmasin
14 yanvar 2015 11:42
# 9
Dünya gözel olsaydi dogarken aglamazdik,yasarken temiz qalsaydiq ölünce yuyulmazdiq!!!!!!!!
ismayilova ulker
En boyuk gunahdi cezasini cox agir olacaq cooooox.

Ay qiz hardasan seni axtarisa vermisik xeberin var?
14 yanvar 2015 11:15
# 8
Heçkimin başı üçün deyil dolçanı əsəbləşdirmək.
Tomris Müslümova
bir sual vermek isderdim...tanidigim bir sexsdi cox yaxsi insan olub heddinde artiq,xeyirxah olduqca yaxsi bir insanda qisasi ama tezelikce ozunu asdi oda cehennemlikdi???axi cox yaxsi bir insan olub...
14 yanvar 2015 11:14
# 7
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
sona
intihar aciz insanlarin sececeyi bir yoldu. İntihar edenlerinde 90 faizi yeniyetmelerdi. Ele bu saytda neqeder oxumuwam ozumu oldurmek istiyirem deyenleri. Allah hec kimin aglini bawinnan almasin cunku en agilsiz hereketdi. Hec kime ve hec neye gore deymez hem bu dunyani hemde axiretini yandirmaq
14 yanvar 2015 11:12
# 6
SEVMEK BU KADAR GUZELSE, KİM BİLİR SEVMEYİ "YARATAN" NE KADAR GUZELDİR...
Fialka
İntihar etmək dinimizdə ən böyük günahlardan biridir,əbədi cəhənnəm deməkdir,son dövrlər intihar edənlərin sayı coxalıb belə insanlar ruhan zəif cılız insanlardı ki,öz canlarına qəsd edirlər.Allah belə bəndələri intihar etmək dən qorusun ağıl və səbr versin inşallah amin.
14 yanvar 2015 10:43
# 5
guler19
İntihar etmək gunahdir haramdır və böyük günahlardan hesab edilir. Allah-Təalanın buyurduğu ayənin ümumi hökmünə daxildir. Allah-Təala buyurur: “Hər kəs bir mömin şəxsi qəsdən öldürərsə, onun cəzası əbədi qalacağı Cəhənnəmdir. Allah ona qəzəb və lənət edər, (axirətdə) onun üçün böyük əzab hazırlar! Nəticədə adam düşdüyü çətin vəziyyətdən ondan daha çətin olana doğru addım atır. Lakin səbr etsəydi, Allah ona çətinliyinin öhdəsindən gəlməkdə kömək edərdi.
ALLAH uzaq etsin hec bendesi bu yolu secmesin amin
14 yanvar 2015 10:33
# 4
İnsanlar görmüşəm mələk donunda
Hamısı xoş günün mələyi olub
Kimsəsiz çarəsiz qaldığım anda
Tək Allah duası köməyim olub...

Ariqlamaq üçün oruc tutmaq, idman üçün namaz qilmaq! Deyen insanlar cehennemde zaqar pulsuzdur.
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥MG♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
efsane..
Allah her kesi bele pis isden qorusun insAllah
14 yanvar 2015 08:36
# 3
rəmsə
Allah -Təala intar edənlər haqqında belə buyurdu:
''Qulum can haqqında mənim önünə keçdi ,mən də ona cənnətiharam qıldım''
14 yanvar 2015 08:06
# 2
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
BARBI
Bezen insani ele bir ceziyyete getirirler ki heyatdan doyursan o zaman da olsa heyat yasamaq cox gozeldir intihar acizlerin isidir .Allah bizi bele seylerden qorusun allahin verdiyi cani ele allah almalidir
14 yanvar 2015 07:49
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz