Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İslamda qadın hüquqları
İslamda qadın hüquqları
Göndərən: NoName
Şərhlər: 11
Baxılıb: 1356
Səs ver:
İslam dini, qadın hüquqları üzərində xüsusilə dayanmış və qadına, heç bir nizam və sistemin vermədiyi müstəsna bir məqama sahib qılmışdır. Həmçinin Allahu Təala Qurani Kərimdə də: "Kişilərin qadınlar üzərində haqları olduğu kimi, qadınların da kişilər üzərində haqları vardır” buyurmuşdur.Rəsulullah (s.a.v.) kişiləri, qadınların haqq və hüquqlarını gözləməyə dəvət etmiş və bu mövzuda: "Qadınların haqlarını yerinə yetirməkdə Allahdan qorxun! Çünki siz onları Allahın bir əmanəti olaraq aldınız.” deyə buyurmuşdur.Başqa hədisi şəriflərində də: "Sizin ən xeyirliniz, əhlinə (qadınına və övladlarına) ən xeyirli olanınızdır. Məndə əhlinə qarşı ən xeyirli olanınızam” deyə buyurur.

Peyğəmbərimiz (s.a.v.), kişilərə, qadınlara qarşı daim yaxşı davranmaqlarını tövsiyə edərək: "Möminlərin iman baxımından ən yetkini və ən xeyirlisi, xanımına qarşı ən xeyirli olanıdır.” buyurmuşdur. Vida Həccindəki məşhur xütbəsində Peyğəmbərimiz (s.a.v.): "Ey insanlar! Qadınlar haqqında Allahdan qorxun! Sizin qadınlarınız üzrərində haqqınız vardır.” Burumuşdur.Bu mövzuda bir çox hədislərdə bu günümüzə qədər gəlmişdir: "Xanımlarınızı incitməyin. Onlar, Allahu Təalanın sizə əmanətidir. Onlara qarşı yumuşaq olun, yaxşılıq edin!” [Müslim], "Xanımının pis xasiyyətinə qatlaşan kişi, bəlalara səbr edən Hz. Əyyub kimi mükafata qovuşar. Ərinin pis xasiyyətinə səbr edən qadın da Hz. Asiyə kimi savaba qovuşar” [İmam Qəzəli], "Xanımı ilə yaxşı keçinib zarafatlaşanı Allahu Təala sevər, ruzilərini artırar.”, "Ən üstün mömin, xanımına, ən yaxşı, ən lütfkar davranan gözəl əxlaqlı müsəlmandır.” [Tirmizi],
"Ən yaxşı müsəlman, xanımına ən yaxşı davranandır”. "İçinizdə xanımına ən yaxşı davranınız mənəm.” [Nəsai],”Xanımına gülər üzlə baxan kişinin dəftərinə, bir kölə azad etmiş savabı yazılar.”
"Qadınlara ancaq alicənab və şərəf sahibi kişi dəyər verər. Onları ancaq pis və alçaq kişi xor görər.” ," Qızlarınızı qızıl və gümüş ilə bəzəyin! Libasları gözəl olsun. Etibar qazanmaqları üçün ən gözəl hədiyyələrlə ehsan edin! [Hakim], " Kim qız uşağını gözəl tərbiyə edib, Allahu Təalanın verdiyi nemətlərlə bolluq içində yedirər, geydirərsə, o qız uşağı onun üçün bərəkət olar, Cəhənnəmdən qurtulub asanlıqla Cənnətə girməyinə bir fürsət olar.” [Təbərani], "İki qız övladıyla gözəl rəftar edən mütləq cənnətə girər.” [İbn Macə],
,"Üç qızına, ehtiyacdan qurtulana qədər yaxşı baxan, yedirib, içirdən Cənnəti qazanar.” [Əbu Davud], "Üç qız və ya bacısına baxanı, sıxıntılarına qatlananı Allahu Təala Cənnətdə qılar.”
Başqa bir hədisdə: " Onlara yediyinizdən yedirin, geyindiyinizdən geyindirin, onları döyməyin, onlara çirkin deməyin, pis söz söyləməyin!” buyurulmuşdur.Qadınlarla yaxşı davranmaq Qurani Kərimin əmridir: "Qadınlarınızla yaxşı keçinin; əgər onlardan xoşunuz gəlməsə belə!..Ola bilər ki, bir şey sizin xoşunuza gəlməz, Allah ondan bir çox xeyir təqdir etmiş olar."
Hz. Peyğəmbərimiz (s.a.v.): "Qadınlar haqqında biri-birinizə xeyir tövsiyə edin!” buyurmuşdur.Qadınlar qarşı daim xoş olmaq gərəkdir. Həmçinin bir hədisdə: " Mömin bir kişi, mömin qadına qəzəblənməsin! Əgər onun bir xasiyyətindən xoşu gəlməsə, başqa bir xasiyyətindən məmnun ola bilər.” buyurulur.Bir insanın hər işi və hər xasiyyəti xoşa gəlməyə bilər. Fəqət yaxşı niyyətli insan, öz xanımında xoşa gələcək xasiyyətlər tapa bilər.Onunla özünü məmnun və məsud edə bilər. Bunun üçün eyib axtarmaq yox, gözəllik axtarmağa tələsmək vacibdir. Mərifət iltifata tabedir.İltifatsız mərifət isə zaydır.
. İslamiyyətin ilk şəhidi qadındır. İlk müsəlman qadındır.O zaman xristianlar bir qadın İncilə toxuna bilməzmi məsələsini müzakirə edirdilər. Qurani Kərimdə Nisa (Qadınlar), Mühtəhinə (imtahan edilən qadın), Mücadələ (mücadələ edən qadın), Məryəm (Hz. İsanın anası )... kimi surə adları vardır.


Şərhlər: 11
Baxılıb: 1356
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
lazimli faydali melumatdi
11 mart 2015 01:26
# 11
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Сладкий Ангел
cox faydali melumatdi hec bilmirdim twk
27 yanvar 2015 19:57
# 10
.Bir gülüşüm var Sizlərə ömür...
aynur2002
Allah razi olsun
26 yanvar 2015 18:14
# 9
Əvəz edilməz insan yoxdur...
-Sadəcə insan varki onu başqası ilə əvəz etmək
istəmirsən...!
Aysel Tatli
INDIKI ZAMANEDE TESUFLER OLSUNKI QADINLARIN HUQUQU QORUNMUR
26 yanvar 2015 16:49
# 8
Qlamurr
İslam dini həmişə qadınlara hüquq verib,sadəcə cahil insanlar,yəni kişilər ayələri tərsinə başa düşərək qadınlara qarşı haqdızlıq edirlər,əşyaları kimi baxırlar....İnşallah ki,mömin,imanlı,1əməli saleh insan olaq və belə insanlarla da qarşılışaq...
26 yanvar 2015 12:55
# 7
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Madina
Heqiqi imani olanlar qadin huquqlarini gozel bilirler,twk. Allah bizleri imanli bendelerinden etsin.
26 yanvar 2015 11:49
# 6
Kucuk bir soz yakarsa icini,
Dost bildiklerin anlamazsa seni,
Bos ver dokme icine
Koy alnini secdeye,al eline tesbihi
Vallahi ondan basqasi anlamaz seni.
Fialka
Dinimizdə qadınlara qarşı zorakılıga,mənfi münasibətə qarşıdı ancaaq günümüzdə qadınlara qarşı haqsızlıqlar edilməkdədir,ürəyində Allah qorxusu olan dininə imanına baglı olan kəslərdən olaq inşallah amin.
26 yanvar 2015 10:30
# 5
BARBI
teesufki her yerde qadin haqlari nezere alinmir bu da onnan ireli gelir ki qadinlar oz haqlarini huquqlarini bilmirler
26 yanvar 2015 09:46
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
lili)
Sitat: efsane..
Islam en dogrunu en gozelini buyurur Islam haqdi Islam Allahin emridi . Elhemdulillah

raziyam mende
26 yanvar 2015 08:20
# 3
rəmsə
Qadınların haqlarını yerinə yetirməkdə Allahdan qorxun!Ey kişilər!
26 yanvar 2015 08:15
# 2
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
efsane..
Islam en dogrunu en gozelini buyurur Islam haqdi Islam Allahin emridi . Elhemdulillah
26 yanvar 2015 07:56
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz