Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qeybət savabları poza bilər
Qeybət savabları poza bilər
Göndərən: Nazlı_qız
Şərhlər: 24
Baxılıb: 871
Səs ver:
"...(Bir-birinizin eyibini, sirrini) arayıb axtarmayın, bir-birinizin qeybətini qırmayın!

Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu sizdə ikrah hissi oyadar (qeybət də belədir). Allahdan qorxun. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir!”
(Hücərat, 12).
Ayədən göründüyü kimi, Allah-təala qeybətin nə qədər pis bir əməl olduğunu göstərmək üçün onu hər kəsin nifrət etdiyi və iyrəndiyi bir işlə müqayisə edir. Təsəvvür edin ki, bir insan üçün başqa bir insanın ətini yemək necə dəhşətli və eyni zamanda iyrəncdirsə, onun qeybətini danışmaq da o qədər iyrənc və dəhşətli görünməlidir.

Qeybətin bu qədər qınanmasının səbəbi nədir? Bunun cavabları müxtəlifdir. Qeybətin mənəvi və ictimai fəsadları çoxşaxəlidi

1. Əvvəla, qeybətə aludəlik insanda bəzi başqa qorxulu mənəvi mərəzlərin yaranmasına səbəb olur.
Məsələn, qeybət edən adam adətən paxıl, xain, sözgəzdirən olur. Əslində bu xüsusuiyyətlər onu qeybətə təhrik edən səbəblər kimi də qəbul edilə bilər. Qeybət edən şəxs insanlarda müsbət cəhətləri görə bilmir. Bir fərd kimi o özü də bədbəxtdir. Çünki ərtafdakı yaxşılıqları və gözəllikləri duymağa qadir deyil, bundan zövq ala bilmir. Başqalarının xoşbəxtliyi onu həmişə narahat edir. Qeybətcil insan adətən qorxaq təbiətlidir. Çünki qeybətini etdiyi adam haqqında fikirlərini ona açıq sözləməkdən çəkinir. Əslində belə insan çox təhlükəlidir və ondan dildə olduğu kimi, əməldə də xəyanət gözləmək mümkündür.

2. Qeybət cəmiyyətdə insanların bir-birinə olan inamını qırır, cəmiyyətin bünövrəsini sarsıdır. Məlum olduğu kimi, insanlararası münasibətlərdə qarşılıqlı etimad və etibar çox mühümdür. Təsəvvür edin ki, əgər insanlar bir-birinə həmişə inamsız yanaşsalar, yaşamaq necə çətinləşər. Bütün sosial, iqtisadi, mənəvi, siyasi, hətta ailədaxili münasibətlər etimad üzərində qurulur. Əgər bir insan başqasının üçüncü bir şəxsdən qeybət etdiyini eşidərsə, qeybət edən adama inamı itər. Çünki düşünər ki, bu adam o birinin qeybətini necə edirsə, eynilə onun da qeybətini başqasının yanında danışa bilər.

3. Qeybətin bir mənfi cəhəti də insanı rüsvay etməsidir. Bir çox hallarda qeybətin üstü açılır. Qeybəti danışılan adam bundan xəbər tutur. Bu zaman qeybət edən adam xəcalətdən onun üzünə baxa bilmir, özünü təmizə çıxarmaq üçün bir bəhanəsi də qalmır.

4. Qeybətin daha bir ziyanı – sair günahlar kimi insanın savablarını aradan aparmasıdır. Məlumdur ki, bəzi xeyir əməllər müəyyən günahları silməyə qadir olduğu kimi, bəzi günahlar da bir qism savabları silə bilər. İnsanlar bəzən etdikləri yaxşılıqlara arxayın olurlar. Nəzərdən qaçırırlar ki, hər nə qədər savab qazansalar belə, əsas məsələ bu savabları itirməmək və qoruyub saxlamaqdır. Qurani-kərim insanların nə qədər savab qazanmasını deyil, qiyamətə nə qədər savabla gələcəyini ön plana çəkir (Nəml, 89; Qəsəs, 83). Yəni mühüm olan məsələ bu savabları qiyamətə kimi gətirib çatdırmaqdır. Qeybət elə təhlükəli günahlardandır ki, onun sayəsində bəzi savablar pozula bilər. Həzrət Mühəmməd Peyğəmbər (s) bunu nəzərdə tutaraq buyurub: "Qiyamətdə bəndələrdən biri Allahın qarşısında hesab üçün durar, əməl dəftəri ona təhvil veriləndə orada öz savablarını görməz və deyər: "İlahi, bu mənin əməl dəftərim deyil. Mən burada öz itaətimi (yəni itaətimə görə aldığım savabı) görmürəm”. Ona cavab verilər: "Allah nə bir kəsi azdırar, nə də savabını əskildər. Sənin yaxşı işlərin danışdığın qeybətlər üzündən pozuldu”. Əksinə, başqa bir bəndə öz əməl dəftərində çoxlu yaxşı əməl görüb deyər: "İlahi, bu mənim əməl dəftərim deyil. Çünki mən bu qədər savab etməmişəm”. Ona deyilər: "Filankəs sənin qeybətini danışdığı üçün onun savabı sənə yazıldı” (Biharül-ənvar, 75-ci cild, səh. 259).


Şərhlər: 24
Baxılıb: 871
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
qeybet gunahdi,ona gorede kimse haqqinda danishmaqi sevmirem
10 mart 2015 23:29
# 24
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
ismayilova ulker
Ohooo biz qızdarnan yazışanda ağ yuyuf qara səririk))
19 yanvar 2015 01:11
# 23
Heçkimin başı üçün deyil dolçanı əsəbləşdirmək.
aynur2002
Qeybet gunahdir.
18 yanvar 2015 20:00
# 22
Əvəz edilməz insan yoxdur...
-Sadəcə insan varki onu başqası ilə əvəz etmək
istəmirsən...!
ece uslu
Sitat: arzum-aysum
Qeybet etmeyi xoslamiram. Amma haqsizliq gorende dayana bilmirem. Mutleq kimese danisib icimi bosaltmaliyam. Bu da olur qeybet 122

eynen mende senin kimi
17 yanvar 2015 19:08
# 21
Melissa
men etmirem sevmirem edenlerede nifret edirem
17 yanvar 2015 09:50
# 20
lili)
mende edirem arada gunah olduqunu bilirem 09
17 yanvar 2015 09:24
# 19
emis
bilmirdim bele oldugunu 27
17 yanvar 2015 07:15
# 18
talis balasi
Allah ozu bizi baqislasin (amin)
17 yanvar 2015 00:19
# 17
FISTIK
Sitat: Svetoklana
Qeybet seytan əməllərindən biri hesab olunur...kim deyirse qeybet etmirem bilin ki,hemin şəxs yalan deyir çünki,ele bir insan yoxdur ki,heç bir vaxt qeybet etmesin..bezen insan istemeden bele qeybet edir...Allah bizi şər əməllərdən qorusun.Amin!

duz sohbeti 02 mencede amin
17 yanvar 2015 00:11
# 16
Если ты дорога человеку, то он будет тебя любить и без каблуков, и без макияжа, лишь только за то, что ты существуешь...
Gunesli
men ona deyirem dertlesmek kimse sene haqsizliq edende sende mecbur oluf onun haqsizlixini danisirsan yaxin bildiyin insanla dertlesirsende
16 yanvar 2015 21:53
# 15
ayan97
qeybet etmek istemesemde arada oluuur :(
16 yanvar 2015 19:26
# 14
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
Сладкий Ангел
qeybet etmiyen yoxduye bu sozlere regmen 122 ici men qarisiq
16 yanvar 2015 19:11
# 13
.Bir gülüşüm var Sizlərə ömür...
arzum-aysum
Qeybet etmeyi xoslamiram. Amma haqsizliq gorende dayana bilmirem. Mutleq kimese danisib icimi bosaltmaliyam. Bu da olur qeybet 122
16 yanvar 2015 15:56
# 12
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
roksi1995
men qeybeti sevmirem amma alinmir uzaq qalmaq ister istemez qeybet edirsen axi sojhbet ister istemez uzananda qeybete getirib cixarir
16 yanvar 2015 14:25
# 11
ozunu hec kimden ustun tutma!!!
unutma aftafa qizildanda olsa yeri tualetdir
tatyana
Sitat: Qlamurr
Kim deyirse qeybet etmirem bilin ki yalan deyir,mumkun deyil,duzdu hemiwe caliwiram ancaq herden alinmir,gunah oldugunu bile-bile edirik,bir insan yaninda deyilse ondan daniwirsansa bu da qeybet sayilir....Allah gunahimizdan kecsin.....

tamamile seninle raziyam,hamimiz edirik istemeden alinir.amma qeybetde var qeybetde eleleri varki gorduyunun,bildiyinin ustune 5qat artirib deyir bu artiq dili kesilmeli qeybetcil insanlardi(biz terefde ele coxduku,dil kesen birinci biz terefe gele keskee)
16 yanvar 2015 14:04
# 10
KUREYIMDEN VURULMUS ZERBELERIN SAYINI DUSUNSEK COXDAN YOXX OLMALIYDIM......AMMA MEN O ZERBELERDEN SONRA TANIMAGA BASLADIM DOSTUMU VE DUSHMENIMI
Fialka
Qeybət etmək günahdı həmçinin qeybətə qulaq asanda çox təssüfki o günaha batır calışıramki etməyim ancaq yanımda danışanda istər istəməz eşitmiş oluram və xoş olmayan fikirlər söylənildikdə əsəbləşirəm fərqi yoxdu o kimdi nəyə görə kiminsə uydurmaalarına inanmalıyamki hər şeyi bilən allahdı...
16 yanvar 2015 13:52
# 9
Wappuw
heccc qeyebet etmirem deyen insan olsa yalan deyer inandirici gelmez mende tesadufen olur ama gorduymu daniwiram ,ama islamda gorduyunude daniwmaq gunahdi neyinki ewitdiyni
16 yanvar 2015 13:47
# 8
Ne baxirsan menim kimi mende baxdim senin kimi senede baxarlar menim kimi
efsane..
Cox pis isdi Allah hamini qeybetden uzaq etsin .
16 yanvar 2015 12:29
# 7
Tomris Müslümova
mekteb vaxti qizlarnan eliyirdik ama gunah oldugunu bilennen sore qeti sekilde qadaga eledim ozume
16 yanvar 2015 12:21
# 6
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Qlamurr
Kim deyirse qeybet etmirem bilin ki yalan deyir,mumkun deyil,duzdu hemiwe caliwiram ancaq herden alinmir,gunah oldugunu bile-bile edirik,bir insan yaninda deyilse ondan daniwirsansa bu da qeybet sayilir....Allah gunahimizdan kecsin.....
16 yanvar 2015 12:17
# 5
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
BARBI
Men qeybet etmirem sozum varsa uze deyirem arxadan danismiram
16 yanvar 2015 12:03
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Madina
Tovbe edib tergitmisem,boyuk gunahdir.
16 yanvar 2015 11:52
# 3
Kucuk bir soz yakarsa icini,
Dost bildiklerin anlamazsa seni,
Bos ver dokme icine
Koy alnini secdeye,al eline tesbihi
Vallahi ondan basqasi anlamaz seni.
adsiz-a
herden olur,Allah kecsun gunahmizdan
16 yanvar 2015 11:29
# 2
xeyalperest
bezen insan iradesiz olaraq qiyvet edir men coxqiybet etmirem ama cox tesufki arada olir ne yalan deyim twk ((
16 yanvar 2015 11:05
# 1
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz