Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Niyə ölümdən qorxuruq?
Niyə ölümdən qorxuruq?
Göndərən: Gunesh
Şərhlər: 16
Baxılıb: 938
Səs ver:
Həzrət Mühəmməd Peyğəmbər (s) ölümdən ibrət götürməyən və azğınlıqda davam edən insanların haqqında təəccüblə buyururdu:
"Görürəm ki, insanların çoxuna dünya sevgisi qalib gəlib. Sanki bu dünyada ölüm onların deyil, yalnız başqalarının taleyinə yazılıb, haqq-ədalətə rıayət etmək onlara deyil, başqalarına vacib buyurulub. Özlərindən əvvəlkilərin ölüm xəbərini dinləmirlər; guya ölənlər yaxın bir səfərə getmişlər və az sonra qayıdacaqlar” (Biharül-ənvar, 74-cü cild, səh. 125).

İmam Əlinin (ə) "Nəhcül-bəlağə”dəki hikmətli kəlamlarından biri də buna oxşar mənanı ifadə edir:
"Ölüləri görə-görə ölümü yaddan çıxaran adama təəccüb edirəm” (Nəhcül-bəlağə, 121-ci hikmətli kəlam).

Həzrət İmam Nəqi (ə) ölümün əsil simasını bizlərə belə tanıtdırır: O həzrətin səhabələrindən biri ağır xəstə idi. İmam onu yoluxmağa gedib gördü ki, səhabə ölümün qorxusundan ağlayır. İmam Nəqi (ə) ona belə buyurdu: "Ey Allahın bəndəsi! Sən ona görə ölümdən qorxursan ki, ölümün nə olduğunu bilmirsən. Təsəvvür et, bədənin o qədər kirlidir ki, sənə əziyyət verir. Üstəlik, bədənini yaralar basıb. Bu halda, çimməyin sənə xeyir olduğunu, çiməndən sonra bədəninin təmizlənib, yaralarının sağalacağını bilə-bilə, hamama getmək istəməzdinmi?” Həmin şəxs cavab verdi: "İstəyərdim, ey Peyğəmbərin övladı!” İmam buyurdu: "Ölüm indi sənin üçün hamama gedib yuyunmaq kimi xeyirlidir...” (Şeyx Səduq.Məaniyyül-əxbar, səh. 290).

Göründüyü kimi, burada İmam insanın ölümdən qorxmasının səbəbini onun ölümü tanımaması və mahiyyətini anlamaması ilə bağlayır. İslam mənbələrində insanın ölümdən qorxmasının başqa səbəbləri barədə də hədislərə rast gəlirik. Həmin hədislərdən aydın olur ki, insanın gözündə olümü dəhşətli göstərən səbəblərdən biri də dünya məhəbbəti ilə əlaqəlidir. İnsan bu dünyada əldə etdiklərini itirmək istəmir. Bir yandan da, dünyaya aludəliyinin pis əməl olduğunu və qiyamətdə buna görə cavab verəcəyini anlayır. O, həyatı boyunca yalnız öz dünyasını abadlaşdırmaqla məşğul olub, axirəti üçün heç nə etməyib. Onun axirətdəki yeri bu dünyadakı yeri ilə müqayisə edilməyəcək dərəcədə bərbaddır. Ona görə də, abad olan bir yeri büraxıb viran olan bir məkana köçmək istəmir.

Rəvayət edirlər ki, bir gün Əbuzərdən soruşdular: "Bizim ölümdən qorxmağımızın səbəbi nədir?” Əbuzər cavab verdi: "Ona görə ki, siz dünyanızı abad edib, axirətinizi xaraba qoymusunuz. İndi abad yerdən xarabalığa köçmək istəmirsiniz”. Soruşdular: "Allahla bizim görüşümüzü necə təsəvvür edirsən?” Əbuzər cavab verdi: "Sizin yaxşılarınız uzaq səfərdən öz evinə qayıdan şəxs kimi olacaqlar. Pisləriniz isə ağasından qaçmış, sonra onun hüzuruna qaytarılmış qul vəziyyətində olacaqlar” (Üsuli-Kafı, 2-ci cild, səh. 458).

Həzrət Mühəmməd Peyğəmbərdən (s) bu mövzuda rəvayət edilən aşağıdakı hədis də çox maraqlıdır. Bir nəfər ölümə niyə ikrahla baxılmasının səbəbini o həzrətdən soruşdu. Peyğəmbər xəbər aldı: "Mal-dövlətin varmı?” O adam cavab verdi: "Bəli, var”. Peyğəmbər yenə soruşdu: "Sərvətini özündən əvvəl göndərmisənmi? (Yəni kasıblara verib, özün üçün axirət azuqəsi toplamısanmı?)” Adam cavab verdi: "Xeyr”. Peyğəmbər buyurdu: "Bax, elə buna görə də ölümdən qorxursan!” (Şeyx Səduq. Əl-Xisal, səh 13, 47-ci hədis).

Həzrət Əlinin (ə): "Ölməzdən qabaq malınızın bir hissəsini göndərin; bu, sizin xeyrinizədir” ifadəsi də eyni fikri vurğulayır (Nəhcül-bəlağə, 194-cü xütbə). Möminlərin əmiri mal-dövlətin bir hissəsini ehtiyaclılara ehsan etməyi, bununla da savab qazanıb axirət aləmi üçün azuqə toplamağı nəzərdə tutur. Belə adamın savabı özündən qabaq axirət aləminə çatır və orada sahibini gözləyir.

İmam Əlinin (ə) həyat tarixçəsinin daha bir maraqlı səhifəsi də bizi ölümdən ibrət almağa çağırır. "Nəhcül-bəlağə”də buyurulur ki, o həzrət, Siffeyn savaşından qayıdanda, Kufə yaxınlığındakı qəbristanlığa çatıb belə buyurdu: "Ey vəhşətli, ot-ələfsiz, susuz yerdə, zülmət qəbirlərdə yatanlar! Ey torpaq əhli! Ey qəriblər! Ey tənhalar! Ey vəhşət içində olanlar! Siz bizdən irəli düşdünüz, tezliklə sizin arxanızca biz də geləcəyık. Bilin ki, siz öləndən sonra evlərinizdə başqaları sakin oldu, arvadlarınızı başqaları aldı, mal-dövlətinizi bölüşdürdülər. Bu, bizim bildiklərimizdir. Bəs, sizdə hansı xəbərlər var?” Sonra İmam üzünü yanındakılara tutub buyurdu: "Əgər onların danışmaq icazəsi olsaydı, mütləq sizə deyərdilər ki, o biri dünya üçün ən yaxşı azüqə – təqvadır” (Nəhcül-bəlağə, 126-cı hikmətli kəlam).


Şərhlər: 16
Baxılıb: 938
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
olumu her kes bir gun dadacaq,insallah tezlikle en gozel olum menimcunde geler Rebbimin yanina gederem xeyirlisiyle insallah
11 mart 2015 00:00
# 16
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Сладкий Ангел
men qorxmuram cunki ham imiz oleceyikde onsuzda
11 yanvar 2015 21:20
# 15
.Bir gülüşüm var Sizlərə ömür...
ismayilova ulker
Mən ölümdən heç vaxt qorxmadım. Ölüm haqdı. Sadəcə insan burda əzizlərindən uzaq düşmək onlardan əbədi ayrılmaq istəməz. Yenədə hərşey Tanrının əlindədi. Allah günahlarımızı bağışlasın. Amin.
11 yanvar 2015 03:36
# 14
Heçkimin başı üçün deyil dolçanı əsəbləşdirmək.
Wappuw
olumden qorxmuram ve oleceymi tez-tez yadima,saliram malk mulk hamisi bow weylerdi 5 metre kefenden bawqa hec ne aparmayacagiq
10 yanvar 2015 01:43
# 13
Ne baxirsan menim kimi mende baxdim senin kimi senede baxarlar menim kimi
ece uslu
olumden qorxmuram olum haqqdir
9 yanvar 2015 20:09
# 12
Сладкий Ангел
men olumden hec vaxt qorxmamiwam cunki insanin axri onsuzda olumdur
9 yanvar 2015 19:52
# 11
.Bir gülüşüm var Sizlərə ömür...
AYKA-ISI
Allah razi olsun
9 yanvar 2015 16:43
# 10
Az qalibki telefonuma sevgilim deyim...çox
şirindi,nə istəyirəm edirəm,sifət
elemir,əsəbləşmir,bùtùn vaxtini mənimlə
keçirir :D ♥
emis
maraqli xeberiydi
9 yanvar 2015 13:59
# 9
sona
Ölüm haqdi ve her bir canli bu haqqi yawayacaq.
9 yanvar 2015 13:36
# 8
SEVMEK BU KADAR GUZELSE, KİM BİLİR SEVMEYİ "YARATAN" NE KADAR GUZELDİR...
Gulu-Qezi
ALLAH RAZI OLSUN
9 yanvar 2015 13:18
# 7
Dünya gözel olsaydi dogarken aglamazdik,yasarken temiz qalsaydiq ölünce yuyulmazdiq!!!!!!!!
Madina
Esas axiretimiz ucun bir gun aglayaq. Allahin buyurduqlarina emel edek ki,olenden sonra da ezablarimiz bir az azalsin. Oz emellerimizle ozumuzu cehenneme atmayaq.
9 yanvar 2015 12:45
# 6
Kucuk bir soz yakarsa icini,
Dost bildiklerin anlamazsa seni,
Bos ver dokme icine
Koy alnini secdeye,al eline tesbihi
Vallahi ondan basqasi anlamaz seni.
BARBI
Ne qeder qorxsaqda her birimiz oleceyik qorxmaq yox olumun varligina alismaq lazimdir
9 yanvar 2015 12:24
# 5
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Gunesh
Olumu arzulamaliyiq ve qorxmaliyiqda. Cunki hec birimiz gunahsiz deyilik. Ve qebir ezablarimizdan qorxmaliyiq
9 yanvar 2015 12:14
# 4
Heç kiə çirkli ayaqları ilə beynimdə və düşüncəmdə gəzməsinə icazə verməmişəm...! (M.Qandi)
arzum-aysum
Men olumden qorxmuram. Olum haqqdi bir gun hamimiz yaradanimiza geri doneceyik
9 yanvar 2015 11:21
# 3
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
efsane..
Allah bagislasin gunahlarimizi olumude gozel qarsilayaq
9 yanvar 2015 11:16
# 2
Fialka
Hər var oluşun bir sonuda mütləq olur hecnə əbədi deyil ona görə də axirəti dünya malına satmayaq,ölməkdən qorxmaq lazım deyil,onsuzda bu nə vaxtsa olacag..
9 yanvar 2015 11:13
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz