Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Islamda maraqli melumatlar
Islamda maraqli melumatlar
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 17272
Səs ver:
http://imgs.su/tmp/1322034814-656.jpg

İslamda maraqlı məlumatlar
1-Kişilər içərisində Həzrət Mühəmməd (s)-ə iman gətirən birinci şəxs imam Əli (ə)-dır.
2-Qadınlar içərisində Həzrət Mühəmməd (s)-ə iman gətirən birinci şəxs həzrət Xədicə (ə. s)-dır.
3-Həzrət Peyğəmbəri-Əkrəm (s) Əmirəl-möminin Əli (ə)-a buyurdu: «Allah hər şeydən əvvəl əqli yaratdı (və ona buyurdu: Hər şeyi sənin vasitənlə alacağam, sənin vasitənlə əta edəcəyəm və sənin vasitənlə savab və cəza verəcəyəm).»
4-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: «Bu ümmətdən götürülən birinci şey həyadır.»
5-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: «Din işlərində əldən gedən ilk şey əmanətdir.»
6-İnsanın yer üzündə mürtəkib olduğu ilk günah həsəddir. (Qabilin Habilə qarşı həsəd etməsi.)
7-Hər (qəməri) ayın əvvəlində qusl vermək müstəhəbdir.
8-Hər günün əvvəlində ruzi qazanmaq üçün getmək müstəhəbdir.
9-Yemək yeyəndə birinci Allahın adını çəkmək lazımdır.
10-Miqdad Peyğəmbər (s)-dən sonra "Əli (ə) şiəsi" adı ilə məşhur olan birinci şəxsdir.
11-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "(Qiyamət günündə) əməl tərəzisində ölçüləcək birinci əməl yaxşı əxlaqdır."
12-İslam yolunda şəhid olan birinci qadın Əmmarın anası Süməyyə idi.
13-Küfrə səbəb olan birinci əməl namazı tərk etməkdir.
14-Ağızdan çıxan birinci söz mütəal Allahın adı olmalıdır.
15-Allah-taalanın bağışladığı birinci şəxs başqalarını bağışlayandır.
16-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: «Sizi dəvət edən birinci (mömin) şəxsin dəvətini qəbul edin.»
17-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: «Behiştə daxil olan ilk şəxslər şəhidlər olacaqlar.»
18-Təqvanın birinci yeri ariflərin qəlbidir.
19-İmam Sadiq (ə) buyurmuşdur: «Salamı birinci verən şəxs Allahın və Onun Rəsulunun yanında ən əziz şəxsdir.»
20-Hər ayın birinci günü bacardığınız qədər sədəqə verin.
21-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: «Behiştə daxil olan birinci şəxs Əlidir.»
22-Kəbənin üstündə azan deyən birinci şəxs Əli (ə) olmuşdur.
23-Allahın evi Kəbədə dünyaya gələn birinci şəxs Əli (ə)-dır.
24-İbadət mehrabında şəhid olan birinci şəxs Əli (ə)-dır.
25-Peyğəmbər (s)-lə namaz qılan (İslamda camaat namazı qılan) birinci şəxs Əli (ə) olmuşdur.
26-İlin birinci günündə (Novruz bayramında) oruc tutmaq müstəhəbdir.
27-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: «Allahın yeganəliyinə, mənim peyğəmbərliyimə və Əlinin imamətinə şəhadət verən birinci daş qırmızı əqiq idi.»
28-İmam Sadiq (ə) buyurmuşdur: «Günahların əvvəli altı şeydən ibarətdir: 1-Dünya malına məftun olmaq. 2-Vəzifəpərəstlik. 3-Yeməyi sevmək. 4-Qadınları sevmək. 5-Rahatlığı sevmək (tənbəllik). 6-Yatmağı sevmək.»
29-Həzrət Peyğəmbəri-Əkrəm (s)-ə nazil olan birinci surə "Ələq" surəsi idi.
30-Həzrət Peyğəmbəri-Əkrəm (s) ümməti üçün gətirdiyi birinci vacibi əməl namaz idi.
31-Müsəlman şəxs öləndən sonra ondan soruşulan birinci əməl namazdır.
32-İşlərin ən yaxşısı namazı əvvəl vaxtında qılmaqdır.
33-Birinci məqtul (öldürülən şəxs) həzrət Adəm (ə)-ın oğlu Habildir.
34-Allahın torpaqdan yaratdığı birinci peyğəmbər (və yaxud birinci insan) həzrət Adəm (ə)-dır.
35-İnsanın həyatına səbəb olan birinci şey sudur.
36-İslamda birinci tabut həzrət Fatimeyi-Zəhra (ə) üçün düzəldi.
37-Həzrət Peyğəmbər (s)-in birinci müharibəsi «Bədr» müharibəsi idi.
38-Həzrət Məhdi (ə) zühur edəndə, o həzrətə beyət edən birinci şəxs həzrət Cəbraildir.
39-Həzrət Nuh (ə)-a iman gətirən birinci qadın zövcəsi Amurə idi.
40-Məkkədən Mədinəyə ayaq yalın hicrət edən birinci qadın imam Əli (ə)-ın anası Fatimə binti Əsəd olmuşdur.


Şərhlər:
Baxılıb: 17272
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz