Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Allah yolunda fədakarlıq
Allah yolunda fədakarlıq
Göndərən: Nermin..
Şərhlər:
Baxılıb: 845
Səs ver:
"Sevdiyiniz şeylərdən (haqq yolunda) sərf etməyincə savaba çatmazsınız. Şübhəsiz ki, Allah (Onun yolunda) xərclədiyiniz hər bir şeyi biləndir!” (Ali-İmran, 92).
Qurani-kərimin bu ayəsi insanları Allah yolunda öz mallarını xərcləməyə təşviq etməklə yanaşı, bunu Allaha layiq şəkildə etməyi buyurur. Allah bütün gözəlliklərin mənbəyi və sahibi olduğu üçün, Onun yolunda malik olduğumuz malın ən yaxşısını və bizə ən sevimli olanını verməliyik. Bu, səxavətin, infaqın ən yüksək həddidir. Buna iysar deyirlər. İysar – öz malını fədakarlıqla hədiyyə etmək, son tikəni başqası ilə bölüşmək, heç nəyi əsirgəməmək və qısqanmamaqdır. İysarın kökü Həzrət Adəmin (ə) zamanından gəlir. O həzrətin oğulları Habillə Qabil öz qurbanlarını Allaha təqdim edərkən, Qabil simiclik göstərmiş və tarladan yığdığı məhsulların ən xırdalarını və çürüklərini qurbangaha gətirmişdi. Habil isə əksinə, sürünün içindən ən kök heyvanı kəsmişdi. Nəticədə, Allah öz malının ən yaxşısını və ən sevimlisini gətirənin qurbanını qəbul etdi.Ayədə "savab” kimi tərcümə edilən söz ərəb dilində "birr” şəklində işlənib. Əslində ayədə savab yox, yaxşılıq nəzərdə tutulub. Lakin yaxşılığın nəticəsi Allah tərəfindən verilən savab olduğu üçün, azərbaycan dilinə tərcümədə "savab” sözündən istifadə edilib.Ərəb dilində "b-r-r” feli "genişlik” mənasını verir. Bu kökdən törəmiş bir neçə kəlmə də genişlik mənasını ifadə edir. Məsələn, quru torpağa ərəbcə "bərr” deyirlər ("bəhr” – "dəniz” sözünün qarşılığında). Həmçinin, yaxşı əməllərə də "birr” deyirlər. Səbəbi budur ki, bəzi yaxşılıqların nəticəsi geniş dairədə çox insanlara şamil olur. Yəni bu əməllər ətrafa yayılır və öz təsirini qoyur.İnsan öz bəyəndiyi və əziz tutduğu bir əşyanı başqasına (özü də ehtiyaclı olan birinə) təqdim edərkən, əvvəla, öz səmimiyətini göstərmiş olur. Əgər nöqsanlı, əskik bir əşyanı ona versəniz, yaxşısını isə özünüzə saxlasanız, o adamın qəlbində bir inciklik yarana bilər. Üstəlik, o, sizin hərəkətinizlə özünün kasıb, ehtiyaclı olduğunu bir daha hiss edəcək, aranızdakı fərq onun qəlbini incidəcək. Əksinə, sevdiyiniz bir əşyanı hədiyyə etməklə, əslində dünya malına bağlılıq iplərini qırıb atmağa öyrəşəcəksiniz. Bu hərəkət sizdə davamlı vərdiş yaradacaq – dünya nemətlərinə etinasızlıq vərdişi. Başqa bir vaxt sevdiyiniz əşyanı öz iradənizə əks olaraq itirsəniz də, buna təəssüflənməyəcəksiniz. Çünki əvvəllər belə bir itki ilə rastlaşmışdınız, özünüz öz əlinizlə sizə əziz olan bir əşyanı əldən vermişdiniz.Yuxarıdakı ayənin təfsiri ilə bağlı belə bir misal çəkirlər. Məşhur Abbasi xəlifəsi Harun ər-Rəşidin həyat yoldaşı Zibeydə xatunun gözəl bir Quranı varmış. Qızıl suyu ilə yazılmış bu Quranın cildi daş-qaşla bəzədilmişdi. Zibeydə bu Qurandan ayrılmırdı, müqəddəs kitabı həmişə bu nüsxənin üzündən oxuyurdu. Bir dəfə yenə Quran oxuyarkən, həmin ayəyə çatanda fikrə gedir. Sonra Quranın cildindəki daş-qaşın hamısını qoparıb zərgərlərə satdırır və pulu ilə Ərəbistanda susuz Hicaz bölgəsinə su çəkdirir.İysarla bağlı daha bir əhvalat XIX əsrdə yaşamış məşhur müctəhid Şeyx Mürtəza Ənsari ilə bağlıdır. Yaxınlarından biri ona xəbər verir ki, Nəcəfdə dərs deyən alimlərdən birinin dolanışığı çox ağırdır, həyat yoldaşı da hamilədir və doğuş vaxtı yaxınlaşır. Amma həmin alim özünü sındırmadığı üçün heç kimdən yardım istəmir. O zamanlar Şeyx Ənsarinin öz maddi vəziyyəti də ağır idi. Hətta mərhum şəxslərin qəza namazlarını qılmaq və qəza oruclarını tutmaq müqabilində aldığı muzdla dolanırdı. Bəzən bu ibadətlərin muzdunu ona qabaqcadan verirdilər, sonra isə alim illər uzunu həmin qəza ibadətləri icra edirdi.Ənsari bu xəbəri eşidəndə təəssüflə deyir: "Heyf ki, nə özümün nəqd pulum var, nə də şəriət pulundan yanımda bir şey qalıb”. (Böyük müctəhidlər onlara gələn xüms-zəkat pullarını lazım olan istiqamətlərə yönəldirlər. Şeyx Ənsari artıq ona göndərilən pulları ehtiyaclı adamlara paylayıbmış).Daha sonra Şeyx Ənsari bir az fikirləşib deyir: "Amma bir nəfər mənə pul verib ki, rəhmətə getmiş qohumunun qəza ibadətlərini icra edim. Belə edə bilərəm ki, o puldan iki illik məbləği həmin alimə verim, o da mərhumun iki illik qəza namazlarını qılıb, qəza oruclarını tutsun”. Xəbəri gətirən adam eitraz edib deyir: "Amma o alim rəhmətə getmiş adamın qəza ibadətlərini etməyi özünə əskiklik saya bilər. Üstəlik, onun yaşayış vəziyyətindən də xəbərim var. İki il bu işləri görmək üçün şəraiti yoxdur, dərslərini deməyi güclə çatdırır”.Ənsari yenə azacıq fikirləşir və dediyi məbləği götürüb o adama verərək söyləyir: "Mən özüm həmin mərhumun iki illik qəza namazlarını qılıb, qəza oruclarını tutaram. Sən bu pulu aparıb həmin alimə ver, amma nəyin pulu olduğunu demə”. Bir daha nəzərə alaq ki, Şeyx Ənsarinin özünün də həmin vaxt bu pula hədsiz ehtiyacı vardı.


Şərhlər:
Baxılıb: 845
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz