Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Allaha ümid və ona güvənmək
Allaha ümid və ona güvənmək
Göndərən: SEVGI DENIZIM
Şərhlər:
Baxılıb: 1431
Səs ver:
"Nə üçün onun ümidvarlığı əməlində görünmür? Hər kim ümidvardırsa, onun ümidvarlığı əməlində görünür" 

İftitah" duasında işarə olunmuş mövzulardan biri də Allahın bəndəsini heç vaxt qovmayıb, rəhmət qapılarını üzünə bağlamayaraq onu naümid etməməsidir. Əlbəttə, bu, bəndənin Allaha tərəf gedib, Ona təvəkkül və ümid etməsi ilə şərtlənir. Şübhəsiz, Allaha kələk gəlmək olmaz.

Biz öz şəxsi istəyimizə əsasən başqası üçün bir iş görüb, ona minnət qoya bilərik ki, bu işi sənə xatir gördüm. Lakin bizim niyyət və əməllərimizdən xəbərdar olan Allah ilə bu sayaq keçinmək olmaz. "Allahın ümidi ilə" zikri yaxşı bir şüardır. Lakin, öz söz və əməlimizdə sadiq olmalıyıq. Bir çox hallarda bu sözü hər yüz dəfə dedikdə biri düz olur. Beləliklə, əgər bir şəxs həqiqətən Allaha ümidvar olsa, duada deyildiyi kimi olar. "Ona ümid bağlayan hər kəsi naümid etməz".

Əgər naümid oluruqsa, əslində Ona ümidvar olmamışıq və işə Onun ümidi ilə başlamamışıq. Əgər bir iş meylimizə uyğun gəlmişsə, çalışmışıq. Lakin istəklərimizə qarşı, zəhmətli və çətin bir iş olduqda bu işi görməmişik, ya da süstlüklə görmüşük. Məsələn, hansısa bir işi gördükdə vasitə varsa, bu işin ardınca gedirik. Başqa halda bu işin baş verməsini mümkün saymırıq. Kiminsə köməyinə ümid bağlayıb bir iş görürüksə, bu şəxsi tapmadıqda və ya rədd cavabı eşitdikdə narahat oluruq, bu işdən çəkinirik. Biz hətta sadə dünyəvi işlərdə də bizə şəfaətçi olmaq üçün dost-tanış axtarırıq. Bu yanaşma bizim Allaha təvəkkül etməyimizin göstəricisidir. Allah bu növ ümidləri puça çıxarmayacağına zəmanət verməmişdir.
Həzrət Əli (ə) bu növ ümidlər barəsində buyurmuşdur: "Öz gümanı ilə iddia edir ki, Allaha ümidvardır. Böyük Allaha and olsun ki, yalan deyir. Nə üçün onun ümidvarlığı əməlində görünmür? Hər kim ümidvardırsa, onun ümidvarlığı əməlində görünür. Böyük işlərdə Allaha, kiçik işlərdə isə bəndələrə ümid bağlamışdır. Bəndənin haqqını əda edir, Allahın haqqını isə o qədər də yox. Nə üçün Allahın haqqına qarşı səhlənkarlıq göstərib ona insanların haqqından daha az riayət edirsiniz?!" ("Nəhcül-bəlağə", 160-cı xütbə.)


Şərhlər:
Baxılıb: 1431
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz