Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İslamda qadağalar (I hissə)
İslamda qadağalar (I hissə)
Göndərən: Anuka
Şərhlər:
Baxılıb: 931
Səs ver:
İslamda şirk nədir?
Şirk, Allaha aid olan bir xüsusiyyətin Ondan başqasına aid edilməsidir.
Şirk, "şərik qoşmaq" mənasına gəlir. İslamda ən böyük günah şirkdir. Allah, hər bir günahı tövbəsiz bağışlaya bilər, lakin tövbə edilmədən şirk günahını əfv etməz (Zumər, 53; Nisa, 48). Çünki şirk, Allahın insana olan sevgisinə xəyanət olaraq görülür. 
Şirk ilə tövhidd bir – birinin ziddidir. Tövhid, Allaha aid bir xüsusiyyəti sadəcə Ona xas qılmaq, Ona heç bir şeyi şərik qoşmamaqdır.

Allahdan başqasına ibadət şirkdir. Bunun bir mələk, müqəddəs ruh, peyğəmbər, həvari, əziz və s. olması məsələnin mahiyyətini dəyişmir. Qulluğun yeganə ünvanı Allahdır. 
Quran, "İsa Allahın oğludur" deyənlərə belə söyləyir;
"Doğrusu siz çox pis bir iddia irəli sürdünüz. Buna görə az qaldı ki, göylər parçalansın, yer yarılsın və dağlar yerindən qopub uçsun!" (Məryəm, 89-90)

Şirk, insanın ruhi azadlığına vurulmuş bir Şeytan qandalıdır. Hər şirk Allahın insana dair ümidlərini boşa çıxartma təşəbbüsüdür. 
Və hər şirk insanı ya qula qul edər, ya əşyaya, ya da ki, öz nəfsinə...

Şirk nə üçün qadağandır?
Şirk, Allaha qarşı nankorluqdur. (Qureyiş, 1-40). Bütün şirklər, ˝uzaq tanrı˝ təsəvvüründən qaynaqlanır. İnsan Allaha vasitəsiz qovuşa biməyəcəyini zənn etdiyində, şirkin yolu açılmış olur. Halbuki Allah insana şah damarından yaxındır. 
Və Quran, şirki, ˝ən böyük zülm˝ adlandırır (Loğman, 13).

İslamda zülüm nədir?
Zülüm, lüğətdə ˝bir şeyi yerindən etmək˝ deməkdir. Bir şeyi yerinə qoymağa da˝hikmət˝ deyilir. Lakin termin olaraq zülüm, ˝ədalətin˝ ziddidir. Adil olmayan hər şey zülümdür. Ədalət, insana haqqı olanı vermək, zülüm isə insanı haqqından məhrum etməkdir. 
Quran bütün müxatiblərinə ədaləti əmr edir (Nəhl, 90). Zülmü qadağan edir, Özünün belə heç kimə zülüm etməyəcəyini dilə gətirir;
˝Mənim qullarıma zülm etmə ehtimalım yoxdur˝ (Qaf, 29)

İslama görə zülüm etməyin heç bir qanuni yolu yoxdur. Nə dini mənafeyi, nə dövlətin mənafeyi, nə şəxsi, nə də ki, ictimai mənafe üçün heç kim heç kimə zülm edə bilməz. 

Quran deyir ki; ˝Biz bir çox mədəniyyətləri (toplumları) başqa bir səbəblə deyil, sadəcə xalqı bir – birinə zülm etdiyi üçün həlak etmişik˝ (Qasas, 59). Buna görə də İslam alimləri ˝Dövlət küfürlə deyil, zülmlə yıxılar˝ deyirlər.

İslamda küfür nədir? Kafir kimə deyilir?
Küfür, ˝örtmək˝, kafir isə ˝örtən˝ deməkdir. 
Küfür, vicdanın üzərini örtməkdir. Zira insanın vicdanı hər zaman həqiqəti hayqırır. İnsan bu hayqırışı duymamaq üçün vicdanının üzərini görünməyən bir pərdə ilə örtər. Məhz buna küfür deyilir.
Dini termin olaraq küfür; Quranda yer alıb iman edilməsi şərt olan həqiqətlərdən birini inkar etmək deməkdir. Bunun üçün iki şərt vardır;
1. Bu həqiqət insana açıq və aydın olaraq çatmış olacaq.
2. İnsan, ona gələn bu vəhyin, iman edilməsini əmr etdiyi bu həqiqəti duyduğu və anladığı halda, açıq və aydın olaraq rədd etmiş və inkar etmiş olacaq.
Bu iki şərt varsa İslama görə o insan Allaha qarşı nankorluq etdiyi üçün ˝kafir˝, əməli də ˝küfür˝ olur.
Buna görə hər qeyri – müslim ˝kafir˝ deyil, lakin hər kafir ˝qeyri - müslim˝dir.

İslamda nifaq nədir? Münafiq kimdir?
Nifaq, ˝ikiüzlülük˝, münafiq ˝ikiüzlü˝ deməkdir.
Nifaq, bir ˝iman˝ problemi olmaqdan daha çox, bir ˝iman əxlaqı˝problemidir. Qəlbində inanmadığı halda, inanmış kimi görünməyə nifaq, elə davranana münafiq deyilir. Münafiqlər iman əxlaqından məhrum olduqlarına görə nə imanlarında səmimidirlər, nə də inkarlarında. 
Nifaqın qadağan olmasının səbəbi, insanı göründüyü kimi olmağa və ya olduğu kimi görünməyə dəvətdir.
Qurana görə münafiqlərin axirətdəki yeri inkarçılardan daha aşağıdır (Nisa, 145)

İslamda adam öldürməyin hökmü və cəzası nədir?
Vəhyə görə, bir insanı haqsız yerə öldürmək, bütün bir insanlığı öldürmək kimidir (Maidə, 32).
Bir insanı öldürən;
1. Allahın şah əsərini öldürmüş. Yaradıcının haqqına girmişdir.
2. İnsanlığın bir parçasını öldürməklə, insanlığın haqqına girmişdir.
3. Öz cinsini haqsız yerə qəsdən öldürməklə, öz cinsi üçün zərərli bir varlığa çevrildiyini göstərmiş və özünə zülm etmişdir.

İslam, insan həyatına ən yüksək dəyəri verməklə yanaşı, bu dəyərə təcavüz edənlər qarşısında insanı müdafiəsiz də buraxmaz. İslam, təcavüzkara qarşı müdafiə olunulmasına izin verir. Lakin müdafiə savaşı üçün izin verdiyi ayədə belə, ˝təcavüz etməyin˝ deyir (Bəqərə, 190). İslam, müsəlmanların inancına qarşı savaşmayanlarla yaxşı münasibət qurmalarına mane olmaz (Mumtəhənə, 8). Bu halda, təcavüzkara qarşı qanuni müdafiəyə istinad edən bir savaş və qəsdən adam öldürənə tətbiq ediləcək eyni cəza xaric, İslam insanın öldürülməsini qadağan etmişdir.
İslamda, bir insanı haqsız yerə qəsdən öldürmənin cəzası iki cürdür; Biri Allahın haqqına təcavüz olduğu için axirətdəki cəzası (Nisa, 93). Digəri, qul haqqına təcavüz olduğu üçün dünyadakı cəzası. Dünyadakı cəzası, cinayətə eyni bir qarşılıq olaraq (qisas) ˝ölümdür˝ (Bəqərə, 178). Fəqət ölən şəxsin yaxınları diləsələr onu bağışlama haqqına sahibdirlər (Bəqərə, 178). Fəqət öldürülənlərin yaxınları, əsla intiqam duyğusu ilə hərəkət edərək zülm etməməlidirlər. Sadəcə ˝eynisi ilə cəza˝landırmaq haqqına sahibdirlər. (İsra, 33). Əksini edənlər həddi aşmış olar.
Quranın hədlərini müəyyənləşdirdiyi İslam cəza hüququnda üç vicdan təskin edilməlidir.
1. Zərərçəkənin vicdanı.
2. Cəmiyyətin vicdanı.
3. Günahkarın vicdanı.
Digər hüquq sistemləri ilk ikisini nəzərə almış, lakin üçüncüsünü sadəcə İslam nəzərə almışdır. Günahkarın vicdanını təskin etmək üçün ilk əvvəl günahkarda bir vicdan oyandırmaq lazımdır.
İslamda ən ağır dünyəvi cəza, bir insanı günahsız yerə qəsdən öldürənə verilən ˝ölüm˝ cəzasıdır. Ölüm cəzası tətbiq edildikdən sonra geri dönüşü mümkün olmadığı üçün şübhəli hallarda Allah Rəsulunun təlimatına görə bu cəzanı verməkdən qaçınmaq lazımdır. Ölüm cəzası əmin olunduqdan sonra tətbiq edilə bilər


Şərhlər:
Baxılıb: 931
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz