Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qadın və kişinin fərqli 30 xüsusiyyəti (26-30)
Qadın və kişinin fərqli 30 xüsusiyyəti (26-30)
Göndərən: Rahila
Şərhlər:
Baxılıb: 978
Səs ver:
26. Gözəlliyə sevgi
Qadın gözəlliyə, incəliyə, zərifliyə fitrətən meyllidir. Öz praktikliyinə baxmayaraq, qadın qəşəngliyi faydalı ilə əvəz edə bilir. Məsələn, qadının güllərə olan sevgisi. Bir çox kişilər, hətta xanımlara gül hədiyyə etsələr də, qadınların gülləri sevməsini anlamırlar. Kişilərin düşüncəsinə görə, həmin pula daha uzunömürlü, faydalı, eyni zamanda ruha xoş gələn hər hansı başqa bir şey almaq olardı. 

27. Səmimilik
Bir araşdırma zamanı qadın və kişi ilə ayrı-ayrılıqda (özləri və şəxsi həyatları barədə) söhbət aparılmışdır. Onların hər ikisi ilə eyni mövzuda söhbət aparıldığına baxmayaraq, qadının söylədikləri daha yüksək qiymətləndirilmişdir. Bu ondan irəli gəlir ki, cəmiyyətdə kişilik xüsusiyyətlərini nəzərə alaraq, kişinin ilk gördüyü adama özü və şəxsi həyatı barədə danışması, onu zəif və asılı adam kimi göstərir, lakin qadın bunu edəndə bu, səmimilik kimi qiymətləndirilir.

28. Hissdə olan fərq
Kişini qadına nisbətən hiss və sevgi kimi məsələlər daha az maraqlandırır. Kişi adətən özünü əldə etdiyi uğur, məqsəd və işlə, qadın isə qarşılıqlı münasibətlə təsdiq edir. Kişi beyninin məhz xüsusiyyəti belədir ki, düşüncə anından sevgi məsələsinə dərhal keçid ala bilmir. Qadında isə tam əksinədir.
Kişi adətən ağlı, qəraqlılığı və liderliyi qadında dəstəkləyir, lakin ailə qurmağa gəldikdə daha çox digər xüsusiyyətlərə malik (yəni kişi özünü ailə başçısı hiss edəcək) bir qadınla həyatını qurur.

29. Qeyri-bərabər həyat ritmi
Kişi iş yerində daha çox yorulur, nəinki qadın. Buna səbəb kişinin işindəki fiziki ağırlıq, gərginlik, böyük məsuliyyət (rəhbər vəzifədədirsə) və az müqavimət göstərmədir. Qadının işi daha müntəzəm hesab olunur və mütəxəssislər qadının səhər işdə, axşam isə evdə işləməsini sağlamlıq üçün xeyirli hesab edirlər.

30. İntuisiya (hissiyat)
Kişi hər hansı hadisə və ya situasiyanı bütövlüklə qəbul edir, qadın isə daha çox kiçik nüanslara diqqət göstərir.
Bir xüsusiyyəti müşahidə etmək maraqlı olardı: qadın və kişi kitab alırlar. Kişilərin əksəriyyəti mütləq kitabın mündəricatına fikir verirlər. Qadınlar isə, bir qayda olaraq, kitabın bir neçə səhifəsini vərəqləyir və içində nə olduğuna baxırlar. Səhifələyərkən aldığı təəssüratdan, onun kitabı alıb-almayacağı məlum olur.
Qadının kiçik detallara fikir verməsi, onun kişiyə nisbtətən daha müşahidəçi və hissiyyatının daha güclü olmasını nəzərə çarpdırır. Xanımların tez-tez işlətdikləri "Mən bunu hiss edirəm” kəlməsi buna misaldır.
Xanımın hissi 90 % düz çıxır, lakin əsaslandırmağa heç bir sübutu olmur. R.Kiimenq deyib: "Qadının zənni daha çox dəqiqliyə uyğun olur, nəinki kişinin əminliyi”.


Şərhlər:
Baxılıb: 978
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz