Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qadın və kişinin fərqli 30 xüsusiyyəti (1-5)
Qadın və kişinin fərqli 30 xüsusiyyəti (1-5)
Göndərən: Rahila
Şərhlər:
Baxılıb: 786
Səs ver:
1. Tərbiyə baxımından
Nəyə görə kişi, adətən qadından fərqli olaraq, bir ünvanı tapmaq üçün bir kimsədən soruşmaq əvəzinə, bütün ətrafı dövrə vurur?
Nəyə görə kişi, qadından fərqli olaraq, öz hisslərini gizlədir?
Nəyə görə qadın kişidən daha səliqəli və çalışqan olur?
Çünki uşaqlıqdan hər iki cins tərbiyə olunarkən, oğlana "Sən qız deyilsən, ağlama”, qıza isə "Sən oğlan deyilsən, qız səliqəli olmalıdır” deyilir.
Valideynlər oğlanı tərbiyə edərkən onda məsuliyyətliliyi, inadkarlığı, əminliyi və hisslərini cilovlamaq kimi xüsusiyyətləri inkişaf etdirməyə çalışırlar. Lakin qızlarda tamam başqa xüssiyyətləri və keyfiyyətləri inkişaf etdirirlər.

Kişiləri belə tərbiyə ediblər:
• Öz hisslərini gizlədən;
• Güclü və məğlubedilməz;
• Mübariz;
• Müstəqil.

Qadın kişidə bunu görmək istəyir:
• Öz hisslərini gizlətməyən;
• Öz zəif cəhətlərini göstərən;
• Əməkdaşlıq edən;
• Qadına ehtiyaclı və ondan asılı olan.

2. Mərhəmətlilik (şəfqət)
Kant deyib: "Qadınlar yumşaqürəkli, mərhəmətli və rəhmdildirlər”. Həqiqətən də qadınlar kişilərə nisbətdə daha şəfqətlidirlər.
Müxtəlif ölkələrdə belə bir müşahidə aparılmışdı: suni surətdə ağır nəticələrlə nəticələnmiş yol hadisəsi səhnələşdirilmişdir. 100 nəfərdən 40 nəfər kişi həmin hadisənin yanından sürəti azaltmadan keçmiş, 40 nəfərə yaxın sürəti azaldaraq yanından keçmiş, 20 nəfərə yaxın maraq hissinə görə saxlamış, yalnız 4 nəfəri yaxınlıqdakı polisə və "Təcili tibbi yardıma” xəbər vermişdir. Lakin bu zaman keçən 5 qadından 4 nəfəri maşınını saxlamışdır. Bəli, təsəvvür etmək belə çətindir ki, kömək edə biləcək qadın hadisənin yanından düz keçib getsin.

3. Sevgiyə münasibət
Qadın üçün vurulmaq daha asandır, nəinki onu etiraf etmək. Kişiyə isə etiraf etmək, aşiq olmaqdan daha asandır.
"Kişilər hörmət etdikləri qadını sevirlər, lakin qadınlar sevdikləri kişiyə hörmət edirlər”. (V.O.Kloçevski)

4. Ünsiyyət tələbatı və ünsiyyət
Qızlar kiçik yaşlarından daha zirək olurlar və onların nitqləri də daha iti və səlist olur. İllər keçdikcə bu xüsusiyyət onlarda qalır. Orta hesabla ünsiyyətdə qadınlar kişilərə nisbətdə yarım dəfə çox danışırlar.
Ünsiyyət qadınların həyatında o qədər əhəmiyyətli yer tutur ki, əgər gün ərzində onlar söhbət etməyiblərsə, bu, xanımların ümumi gündəlik əhvalına, məhsuldarlığına və iş keyfiyyətinə təsir göstərir. Ünsiyyət qadın həyatında ən vacib vasitə və anlardan biridir. Qadın ilə kişi arasında olan ünsiyyət tələbatındakı fərqlilik bir çox vaxtlarda ailədə münaqişələrə gətirib çıxarır. Bir çox hallarda ər öz ünsiyyət tələbatını işdə olduğu zaman təmin edə bilər.
Lakin, xanım üçün bu həmişə belə olmur və ya onun tələbatı daha çoxdur. Ona görə də qadın həmin əksikliyi, boşluğu evdə doldurmaq istəyir. Kişi susur və suallara qısa cavab verir və ya heç qulaq asmır. Təbii ki, qadın bu münasibətdən inciyir və ona kifayət qədər diqqət göstərmədiyini kişiyə deyir. Amma bu, bir-birinin psixologiyasının bilməzliyindən irəli gəlir. Qadın və kişiyə tövsiyə olunur ki, bu xüsusiyyətə görə bir-birləri üçün keçsinlər, güzəştə getsinlər (yəni daha mülayim yanaşsınlar).

5. Xarici görünüş
Xarici görünüş – qadın üçün qayğılarla, problemlərlə dolu bir anlayışdır. Bütün bunun arxasında özünəməxsus həyat fəlsəfəsi durur. Məsələn, adətən kişinin səliqəsiz görünməsini onun həddən artıq məşğul olması ilə əlaqələndirirlər. Lakin qadının səliqəsizliyi heç bir bəhanə ilə qəbul olunmur.
Xarici görünüşü yaratmaq bacarığından bir çox şeylər asılıdır. Xanımı öz görünüşündən başqa hər şey təngə gətirə bilər. Bəzən xanım onun xarici görünüşündə qüsur tapanda daha çox əziyyət çəkir, nəinki onun işində (və ya hər hansı başqa sahədə). İşgüzar olub, lakin görünüşü yaxşı görünməyən qadın üçün bu faktor daha önəmlidir. Qadın təbiətinin əsasını, məhz bu təşkil edir.


Şərhlər:
Baxılıb: 786
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz