Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hz.Əlidən hikmət dolu sözlər
Hz.Əlidən hikmət dolu sözlər
Göndərən: Sefeq Eli
Şərhlər:
Baxılıb: 1167
Səs ver:
İmam Əli (ə) buyurmuşdur:
 
"Görmək gözlə deyil. Çünki bəzən gözlər öz sahibinə yalan deyir. Amma ağıl ondan öyüd nəsihət istəyənə xəyanət etmir.""
 
Övladın atanın, eləcədə atanın övladın boynunda haqqı vardır . Atanın övladın boynunda olan haqqı budur ki, o, eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allaha itaətsizlikdən başqa hər bir şeydə ataya tabe olmalı itaət etməlidir. Övladın atanın boynunda olan haqqı isə budur ki, ona yaxşı ad qoysun onu ədəbli və gözəl əxlaqlı tərbiyə etsin və ona Qur`an öyrətsin.
 
"Xəlvətlərdə Allaha qarşı günah etməkdən çəkinin . Çünki şahid, hökm edənin özüdür."
 
Eyb və nöqsan sifətlərdən pak və uzaq ola Allah varlıların mallarında yoxsulların ruzilərin vacib edib. Buna görə də varlı ondan əsirgəməsə yoxsul ac qalmaz. Ehtiyacsızlığı mütləq olan Allah onları bu işə görə sorğu-sual edəcəkdir.
 
" Allahın Adəm övladının üzr və bəhanəsini qəbul etdiyi yaş həddi altmış yaşdır."
 
Sizin, eyb və nöqsan sifətlərdən uzaq və pak olan Allah üçün yerinə yetirməli olduğunuz ən az şey, Ona qarşı günah işlədərkən Onun nemətlərindən kömək istəməyinizdir.
 
"Kim ehtiyacından möminin yanında gileylənsə, sanki gileyini Allaha deyib. Amma kim həmin ehtiyacından kafirə gileylənərsə, sanki Allahdan gileylənib."
 
Bəndənin iki şeyə arxalanması yaraşmaz sağlamlıq və varlılıq, onu sağlam gördüyün əsnada birdən xəstələnər, varlı gördüyün əsnada birdən yoxsullaşar.
 
" Ola bilməz ki, Allah bəndəsinin üzünə şükür qapısını açsın, amma artım qapısını onun üzünə bağlasın; dua və istəmək qapısını açsın, amma rəva olmaq qapısını üzünə bağlasın; tövbə qapısını açsın, amma bağışlamaq qapısını onun üzünə bağlasın."
 
Nə çox gündüzə üz tutan ki, ona arxa çevirə bilməz. Nə çox gecənin əvvəlində qibtə edilən ki, gecənin axırında ona ağlayanlar ayağa qalxdılar.
 
" Ləzzət və şadlıqların kəsilməsini və günahların qalmasını yada sal."
 
Ruzi iki cürdür: biri səni axtarır, digərini isə sən axtarırsan. Buna görədə kim dünyanı istəsə ölüm onu axtarar, arxasınca düşər ki, dünyadan çıxarsın. Amma kim axirəti istəsə dünya onu axtarar ki, o, öz ruzisini ondan tam şəkildə alsın.
 
"Möminin sevinci üzündə, kədəri isə qəlbindədir. Sinəsi hər şeydən genişdir, nəfsi hər şeydən xardır; itaətsizlikdən zəhləsi gedir, riya və gözəgirənliyə nifrət edir, kədəri uzun səy və təlaşı yüksəkdir, dinməzliyi çox, vaxtı məşğul, şükür edən və çox səbrlidir. Öz fikir və düşüncəsində qərq olub, öz istəyində simiclik edir, xasiyyəti yumşaq, təbiəti mülayimdir, O, quldan xar olmasına baxmayaraq, nəfsi möhkəm daşdan da bərkdir."


Şərhlər:
Baxılıb: 1167
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz