Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hz. Məhəmməd peyğəmbər (s.a.s) (5 hissə)
Hz. Məhəmməd peyğəmbər (s.a.s) (5 hissə)
Göndərən: Sefeq Eli
Şərhlər:
Baxılıb: 740
Səs ver:
   Ömrünün sonları

Məkkənin təslim olmasından sonrakı il, hicrətin doqquzuncu ili ərəb-müsəlman tarixinə "elçiliklər ili" kimi daxil olmuşdur. Rəvayətə görə, bütün Ərəbistanın bədəvi tayfaları həmin il Hz.Məhəmmədə tabe olduqlarını və onun dinini qəbul etməyə hazır olduqlarını bildirmək üçün bir-birinin ardınca Mədinəyə səlahiyyətli nümayəndələr göndərməyə başlamışdılar. Lakin həmin rəvayətdən belə aydın olur ki, bu proses əslində heç də sadə və rəvan getmirdi. Məsələn, Taifdəki Səqif qəbiləsi Həvazin tayfası ilə ittifaqa girib hətta Hz.Məhəmmədin tərəfdarlarının birləşmiş Mədinə-Məkkə icmasına qarşı açıq silahlı mübarizəyə qalxmağa cəhd göstərmiş, lakin Hünəyn vadisində müsəlmanlar və onlarla müttəfiq olan bədəvi tayfaları tərəfindən tamamilə darmadağın edilmişdi. Bu qələbədən sonra müsəlmanlar çətinlik çəkmədən Taif şəhərini ələ keçirdilər və orada ilk növbədə yerli ilahə əl-Latın ziyarətgahını dağıtdılar.Hünəyn vuruşması və onun ardınca Taif üzərinə yürüş Hz.Məhəmmədin ömrünün axırıncı iki ilində baş vermiş ən iri hərbi əməliyyatlar olmuşdur. Əsasən Ərəbistanın şimalında bəzi digər ərazilərin itaət altına alınması daha kiçik yürüşlərin köməyi ilə təmin edilmişdi.Hicrətin onuncu ilində, müqəddəs zilhiccə ayının 8-də (632-ci ilin mart ayında) Hz.Məhəmməd bütün ailəsinin müşayiəti ilə Məkkənin müqəddəs yerlərinə özünün ilk və yeganə tam ziyarətinə yollandı. Bu "Böyük Həcc" (əl-Həcc əl-əkbər) tarixə Hiccət əl-Vida (Vidalaşma Həcci) adı ilə daxil olmuşdur. Bu tədbir islam dininin mərkəzi kimi Məkkənin rolunu qəti surətdə təsdiq etdi. Həmin vaxtdan sonra Məkkə bütün qeyri-müsəlmanlar üçün haram sayılan müqəddəs şəhərə, müsəlmanların həcc mərasimi yerinə çevrildi. Bütün sonrakı əsrlər ərzində həcc mərasiminə sözsüz və ciddi əməl edilmişdir və indi də bu mərasim zilhiccə ayının 8-dən 12-nə kimi vaxtilə Hz.Məhəmmədin öz vidalaşma həccinə yollandığı şəkildə təkrar edilir.Vidalaşma həccindən üç ay sonra, 632-ci ilin iyun ayında Hz.Məhəmməd vəfat etdi. Mədinə şəhərində, evində vəfat etdiyi həyat yoldaşlarından Aişə binti Əbu Bəkirin evində dəfn olundu.


Şərhlər:
Baxılıb: 740
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz