Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Doğruluğun bərəkəti [hekayə]
Doğruluğun bərəkəti [hekayə]
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2707
Səs ver:
alt
 
Bir nəfər Kəbənin qapısında həmişə: “Ey, doğrulara kömək edən Allahım! Ey, haramdan qaçanları qoruyan Allahım! Sənə şükürlər olsun!” – deyə dua edirdi. Bir nəfər ondan: “Niyə həmişə eyni duanı edirsən?” – deyə soruşdu. O isə cavab verdi: “Yeddi-səkkiz il əvvəl idi. Kəbəni tavaf edirdim. Birdən ayağıma bir şey toxundu. Əyilib götürdüm. Qızıl kisəsi idi. İçində də min qızıl var idi. Şeytanımla imanım mübarizəyə başladılar. Şeytanım: “Min qızıl çox böyük puldur, bu pulla istədiyini edə bilərsən,” – deyirdi. İmanım isə: “Bu qızıllar haramdır, boş yerə özündə saxlama, sahibi kimdirsə tap ver”, – deyə cavab verirdi.
 
Elə bu vaxt bir səs eşitdim. Səs: “İçində min qızıl olan bir kisə itirmişəm. Kim tapıb qaytarsa, ona otuz qızıl verəcəyəm,” – deyirdi. Mən də: “Min haramdırsa, otuz halal xeyirlidir,” – deyib kisəni sahibinə qaytardım. O da mənə əvəzində otuz qızıl verdi. Qızılları götürüb misgər bazarına getdim. Bazarda gəzirdim ki, bir nəfərin bir köləni satdığını gördüm. Qızılları verib köləni aldım. Iki il sonra bu kölənin yanına adamlar gəldilər və onlar kölə ilə gizlincə nə isə danışırdılar. Mən də onlarla nə danışdığını soruşdum. O gizləməyib: “Mən Mərakeş sultanının oğluyam. Atam, Həbəş Məliki ilə döyüşdə uduzdu, məni də əsir alıb burada satdılar. Atam onları məni səndən almaq üçün göndərib. Sən mənə çox yaxşılıq etmisən, çalış məni əlli min qızıldan aşağı satma”, – dedi. Dediyi kimi də oldu, onu əlli min qızıla satdım. Bu qızılla bir qədər mal alıb, Bağdada getdim. Orada dükan açıb ticarətlə məşğul olmağa başladım.
 
Bir gün bir tanışım gəlib: “Varlı bir tacir dostum vəfat etdi, ay kimi gözəl qızı yetim qaldı, gəl onu sənə alaq” – dedi. Mən də qəbul etdim. Cehiz gətirdiyi qabların içində qızılla dolu kisələr vardı. Hamısının üzərində min qızıl yazılmışdı, ancaq təkcə birində doqquz yüz yetmiş qızıl var idi. Səbəbini soruşanda qız dedi ki, atam bu kisəni Kəbədə itirmişdi, tapan adama isə otuz qızıl vermişdi, içindəkilər də o vaxtdan qalan qızıllardır. Bunu eşidən kimi Allaha şükür etdim.
Bunlar doğruluğun bərəkətidir” – deyib hadisəni qıza danışdım. O gündən bir-birimizə hörmətimiz daha da artdı”.


Şərhlər:
Baxılıb: 2707
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz