Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hz. Məhəmməd peyğəmbər (s.a.s) (4 hissə)
Hz. Məhəmməd peyğəmbər (s.a.s) (4 hissə)
Göndərən: Sefeq Eli
Şərhlər:
Baxılıb: 894
Səs ver:
Hicət vaxtı
 
Hicrətin ikinci ili Hz.Məhəmməd qibləni dəyişdirdi, namaz qılarkən üzü Qüdsə tərəf deyil, MəkkədəkiKəbə məbədinə tərəf tutmağı əmr etdi. Bu tədbir təkcə yəhudi mədinəlilərə qarşı getdikcə daha da şiddətlənən mübarizənin nəticəsi deyildi: o, həm də Hz.Məhəmmədin ən mühüm strateji məqsədini – bütün Qərbi Ərəbistanın baş dini mərkəzi olan Məkkəni tabe etdirmək məqsədini ifadə edirdi. Hz.Məhəmmədin məkkəlilərə qarşı təşkil etdiyi iqtisadi müharibə də həmin məqsədə xidmət edirdi. 624-cü ildə bu zəmin üzərində Bədr kəhrizləri yaxınlığında əsl hərbi çarpışma baş verdi və çarpışmada məkkəlilər məğlubiyyətə uğradılar. Lakin onlar 625-ci ildə Uhud dağı yanında Mədinə qoşununu məğlub etdilər, 626-cı ildə isə öz karvan yollarını mədinəlilərin təhlükəsindən tamamilə qurtarmaq məqsədilə onlara qəti zərbə endirməyə cəhd göstərdilər. Məkkəlilər bədəvi tayfaları və Mədinədən sürgün edilib Xeybərdə sığınacaq tapmış yəhudilərlə ittifaq bağlayıb Mədinə icmasına qarşı böyük yürüşə başladılar. Hz.Məhəmməd ağıllı hərəkət edib açıq çarpışmadan çəkinməyi, lakin Mədinəni uzunmüddətli müdafiəyə hazırlamağı qərara aldı. Bu məqsədlə şəhərin ətrafında xəndək qazıldı və oxatanlar bu xəndəkdə oturub düşməni gözləməyə başladılar. Ərəbistan yarımadasında əvvəllər məlum olmayan, məkkəlilərin başlıca qüvvəsini təşkil edən bədəvi süvarilərinin döyüş imkanlarını ciddi surətdə məhdudlaşdıran bu yeni taktika məkkəliləri çaşbaş saldı. Şəhərin bilavasitə hücumla alınması baş tutmadı. Çoxlu yağış yağan və soyuq şimal küləkləri əsən sərt qış şəraitində şəhərin mühasirəyə alınması uzun çəkdi və onu mühasirədə saxlayanlar üçün əziyyətli oldu. Məkkəlilərin düşərgəsində didişmələr başlanmışdı. Məkkəlilərdən asılı vəziyyətdə olduqlarına görə bədəvilər adətən onlara nifrət bəsləyirdilər. Bundan məharətlə istifadə edən Hz.Məhəmmədin diplomatiyası düşmən cəbhəsində didişmələri daha da şiddətləndirdi. Hz.Məhəmmədin elçiləri güclü tayfa olan Qətəfan qəbiləsinin dəstələrinin başçıları ilə gizli danışıqlar apardığına görə bədəvilər nəticə etibarı ilə mühasirəçilərin cəbhəsini tərk etdilər. Onların getməsi Mədinənin mühasirəsini perspektivsiz işə çevirdi və mühasirə ləğv edildi. Beləliklə, Hz.Məhəmməd çox mühüm qələbə qazandı. Bu qələbə onun Mədinədəki icmasının daha sıx birləşməsinə, eləcə də yeni bədəvi tayfalarının bu icmaya qoşulmasına səbəb oldu.Hicrətin altıncı ilində Hz.Məhəmmədin qüvvələri ilə onun düşmənlərinin qüvvələrinin nisbəti elə idi ki, məkkəli qüreyşilərin hakim mövqe tutan başçıları mövcud problemləri qarşılıqlı güzəşt əsasında həll etmək üçün Hz.Məhəmmədlə bərabər hüquqlu danışıqlar aparmağa məcbur oldular. Məsələn, Hüdeybiyyədə yazılı surətdə çox vacib bir saziş təsbit edildi. Sazişə görə, məkkəlilər sonrakı il Mədinə müsəlmanlarının Kəbəni maneəsiz ziyarət etməsinə imkan verəcəklərini vəd etməklə yanaşı, həm də öhdəlik götürdülər ki, zəvvarlar Məkkədə olacaqları müddətdə (3 gün) şəhəri tərk edəcəklər. Mədinəlilər isə söz verdilər ki, bundan sonra məkkəlilərin karvanlarına basqın etməyəcəklər. 628-ci ildə mühacirlər və ənsarlar Kəbəni ziyarət edəndə məkkəlilər bir daha şəxsən yəqin etdilər ki, Hz.Məhəmməd bütün Qərbi Ərəbistanın dini mərkəzi kimi onların şəhərinin nüfuzuna qətiyyən xələl vurmur. Eyni zamanda Qərbi Ərəbistanda məkkəlilərin siyasi nüfuzu dönmədən zəifləməkdə idi. Belə bir şəraitdə Məkkə rəhbərliyinin ən uzaqgörən nümayəndələri başa düşdülər ki, Hz.Məhəmmədin icması ilə əlaqələri daha da genişləndirib möhkəmləndirmək yaxşı olar. Hələ son vaxtlara qədər müsəlmanların Mədinədəki icmasına qarşı mübarizəyə başçılıq edən məkkəlilərdən birini – çox nüfuzlu Əbu Sufyanın faktik surətdə Hz.Məhəmmədin tərəfinə keçməsi xüsusilə əlamətdar və vacib hadisə idi.630-cu ildə Məkkə vuruşmasız Hz.Məhəmmədə təslim oldu. Hz.Məhəmməd şəhərə zəfərlə daxil olsa da, əvvəllər məkkəlilərə verdiyi başlıca vədləri yerinə yetirdi. Məkkə həqiqətən sürətlə yayılmaqda olan islam dininin mərkəzinə çevrildi. Kəbə isə oradakı bütün çoxallahlılıq bütləri və rəmzləri (Qara daş istisna olmaqla) nümayişkaranə dağıdıldıqdan sonra yeni dinin baş ziyarətgahına çevrildi, onun ziyarət edilməsi (Həcc) yeni dinin beş dayağından biri elan edildi. Məkkəlilərin özləri Hz.Məhəmmədin icmasına sadəcə olaraq müsəlmanlar kimi, yəni özlərini itaətkarcasına Allaha və onun elçisinə təslim edən adamlar kimi deyil, möminlər kimi, yəni Allaha və onun elçisinə ürəkdən və etibarlı surətdə iman gətirənlər kimi qəbul edildilər. Beləliklə, öz dini statuslarına görə məkkəlilər faktik surətdə mühacirlər və ənsarlara bərabər tutuldular ki, bu da onlara müsəlman icmasının bütün işlərində tam ixtiyar sahibi kimi fəal iştirak etmək üçün geniş imkan açırdı.Məkkəlilərin bu icmaya daxil olması onun bədəvi tayfalarına təsirinin möhkəmlənməsində və həmin tayfalar arasında islam dininin daha da yayılmasında, şübhəsiz, mühüm rol oynadı. 


Şərhlər:
Baxılıb: 894
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz