Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Möminin və kafirin qəbirdəki halı
Möminin və kafirin qəbirdəki halı
Göndərən: SEVGI DENIZIM
Şərhlər:
Baxılıb: 1322
Səs ver:
Peyğəmbər - sallallahu aleyhi və səlləm demişdir: "Həqiqətən, meyit qəbirə qoyulduqda, insanların dönüb gedərkən ayaqlarının səslərini eşidir.
Möminin halı

Əgər o, (dünyada ikən) mömin olmuşdursa, başının üstündə namaz, sağ tərəfində oruc, sol tərəfində zəkat və ayaqları tərəfində isə sədəqə, qohumluq əlaqələri, yaxşı işlər və insanlara edilən yaxşılıqlar kimi əməlləri durur. Baş tərəfindən ona əzab yaxınlaşdıqda namaz deyir: "Mən tərəfdən yol yoxdur”. Sonra sağından əzab yaxınlaşdıqda oruc deyir: "Mən tərəfdən yol yoxdur”. Sonra solundan əzab yaxınlaşdıqda zəkat deyir: "Mən tərəfdən yol yoxdur”. Sonra ayaqları tərəfdən əzab yaxınlaşdıqda sədəqə, qohumluq əlaqələrini möhkəmlətmək və insanlara xeyirxahlıq etmək kimi yaxşı əməllər deyir: "Mən tərəfdən yol yoxdur”.
Ona: "Otur”- deyiləcək, o da oturacaq. Ona günəşin batması göstəriləcək və deyiləcək: "Sizin aranızda olan o kişi haqqında nə deyirsən? Onun barəsində nəyə şahidlik edirsən?
O deyəcək: "Buraxın namazımı qılım”.
Onlar deyəcəklər: "Sən qılacaqsan, (əvvəlcə) səndən soruşduğumuzu xəbər ver! Sizin aranızda olan o kişi haqqında nə deyirsən? Onun barəsində nəyə şahidlik edirsən?”
O deyəcək: "O Muhəmməddir, mən şahidlik edirəm ki, o, Allahın Elçisidir. O, Allahın dərgahından haqq ilə gəlmişdir”.
Ona deyiləcək: "Sən bunun üzərində yaşadın, bunun üzərində də öldün və inşallah bunun üzərində də diriləcəksən".
Sonra onun üçün Cənnət qapılarından biri açılacaq və ona deyiləcək: "Bu sənin Cənnətdəki yerindir və Allahın sənin üçün orada hazırladıqları (nemətlərdir)”. Bu anda onun fərəhi və sevinci artacaq. Sonra onun üçün Cəhənnəm qapılarından biri açılacaq və ona deyiləcək: "Əgər sən asi olsaydın, bu sənin Cəhənnəmdəki yerin və Allahın sənin üçün orada hazırladıqları olardı”. Bu anda onun fərəhi və sevinci artacaq. Sonra onun qəbri yetmiş dirsək genişlənəcək və nurlanacaq. Onun cəsədi əvvəlki halına qaytarılacaq və ruhu Cənnət ağacından asılan quşun daxilinə qoyulacaq. Bu haqda Uca Allahın ayəsində deyilir: "Allah iman gətirənləri dünya həyatında da, Axirətdə də möhkəm sözlə sabit saxlayar. Allah zalımları sapdırar. Allah istədiyini edər” (İbrahim, 27).
Kafirin halı

Həqiqətən, kafirə baş tərəfindən əzab yaxınlaşdıqda, onun qarşısını ala biləcək bir şey tapılmır. Sonra sağından əzab yaxınlaşdıqda, onun qarşısını ala biləcək bir şey tapılmır. Sonra solundan əzab yaxınlaşdıqda, onun qarşısını ala biləcək bir şey tapılmır. Sonra ayaqlarından əzab yaxınlaşdıqda, onun qarşısını ala biləcək bir şey tapılmır.
Ona: "Otur”- deyiləcək, o da qorxu içində otura­caq.
Ona deyiləcək: "Sizin aranızda olan o kişi haqqında nə deyirsən? Onun barəsində nəyə şahidlik edirsən?"
O deyəcək: "Hansı kişi?”
Ona deyiləcək: "Aranızda olan kişi?”
O bu adı söyləməyə hidayət olunmur, nəhayət ona deyiləcək: "O Muhəmməddir!”
O deyəcək: "Bilmirəm, insanların nə isə dediyini eşitdim, mən də insanların söylədikləri kimi söyləyirəm”.
Ona deyiləcək: "Sən bunun üzərində yaşadın, bunun üzərində öldün və inşallah bunun üzərində də diriləcəksən”.
Sonra onun üçün Cəhənnəm qapılarından biri açılacaq və ona deyiləcək: "Bu sənin Cəhənnəmdəki yerin və Allahın sənin üçün orada hazırladıqlarıdır”. Bu an onun həsrəti və həlakı artacaq. Sonra onun üçün Cənnət qapılarından biri açılacaq və ona deyiləcək: "Əgər sən itaət etsəydin, bu sənin Cənnətdəki yerin və Allahın sənin üçün orada hazırladıqları (nemətlər) olardı”. Bu an onun həsrəti və həlakı artacaq. Sonra onun qəbri o qədər daralacaq ki, onun qabırğaları bir-birinə keçəcək. Bu, Allahın ayəsində buyurduğu sıxıntılı güzərandır: "Kim Mənim Zikrimdən üz döndərsə, onun güzəranı sıxıntılı olacaq və Biz Qiy­amət günü onu kor kimi hüzurumuza gətirdəcəyik” (Taha, 124)”. (İbn Hibban, 3113).


Şərhlər:
Baxılıb: 1322
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz