Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Həzrət Əli Əsğər (ə) haqqında
Həzrət Əli Əsğər (ə) haqqında
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1004
Səs ver:
İmam Hüseynin (ə) kiçik oğlu Həzrət Əli Əsğər (ə) Kərbəla şəhidlərindən ən azyaşlısıdır.

Kərbəla müsibətində iki şəhidin başı bədənindən qopmamışdı ki, bunlardan biri Əli Əsğər (ə) və o birisi də Hürr idi. Ancaq bəzi mənbələrə əsasən Əbu Əyyub Ğənəvi əmr edir ki, bu körpənin da cəsədini tapıb, başını bədənindən ayırsınlar. Sonra nizəyə keçirib, şəhər-şəhər gəzdirsinlər. Ubeydullahın məclisinə İmam Hüseynin (ə) başı bir təştin içində Əli Əsğərin (ə) başı ilə bir yerdə gətirilmişdi. İmam Hüseyn (ə) şəhidlərin cəsədləri içində ancaq bu körpəni basdırır. İmam Hüseyn (ə) Əli Əsğərin (ə) bədənini boğazından axan qana boyayıb, onu dəfn edir. O, tənha şəhiddir ki, İmamın (ə) qollarında can vermişdi. Yazırlar ki, o, can verən zaman göydən belə nida gəlir: "Onu Allaha tapşır. Çünki behiştdə ona süd veriləcəkdir". İmam (ə) onun qanını göyə atır və ondan bir damcı da yerə düşmür. Hərmələnin (lən) oxu haqqında belə yazırlar: "Ox körpənin başını üzür". Halbuki ox adətən dəydiyi yeri deşir. Belə görünür ki, bu xüsusi oxlar idi ki, ucları enli halda hazırlanırdı. Ona görə də Əli Əsğərin boğazını üzür.

Əli Əsğər məzlumiyyətin bariz nümunəsidir. Belə ki, o, körpə idi və düşmənin əleyihnə heç nə edə bilməzdi. Onun şəhadətindən sonra İmam (ə) başını göyə tutub buyurur: "Allahım! Bizim intiqamımızı cəfakarlardan al!". Onun məzlumiyyəti tarixdə yaddan çıxmayan hadisələrdən sayılır. İmamın (ə) xeymələrə tərəf gətirdiyi tək cənazə - bu körpənin cənazəsi olmuşdur.

Həsən Xəzaz deyir: "İmam Rzadan (ə) eşitmişdim: "Bəzi insanlar bizimlə dostluq və məhəbbət iddiasını edirlər, bizə zərərləri Dəccalın zərərindən də çoxdur". Həsən deyir: "Ya ibni Rəsullah! Hansı səbəbə görə?" Buyurdu: "Bizim düşmənlərimizlə dostluqlarına və dostlarımızla düşmənçiliklərinə görə. O zaman ki, belə olar, haqla batil bir-birinə qarışar. Mömin də münafiqdən seçilməz".


Şərhlər:
Baxılıb: 1004
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz