Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İmam Hüseynin (ə) Ömər Sədlə söhbəti İBRƏTLİ
İmam Hüseynin (ə) Ömər Sədlə söhbəti İBRƏTLİ
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1247
Səs ver:
Xətib Xarəzmi yazır: Hüseyn ibn Əli (ə) öz dostlarından olan Əmr ibn Qərəzə Ənsari ilə Ömər ibn Sədə xəbər göndərdi ki, İmam (ə) onunla görüşüb söhbət etmək istəyir.

Ömər Səd bu təklifi qəbul etdi. İmam Hüseyn (ə) gecə yarısı öz dostlarından iyirmi nəfərlə birlikdə iki qoşunun arasında qurulmuş çadıra tərəf hərəkət etdi və göstəriş verdi ki, qardaşı Əbülfəzl və oğlu Əli Əkbərdən başqa heç kim çadıra girməsin. Ömər Səd də iyirmi nəfərdən ibarət köməkçilərinə belə bir göstəriş verdi və yalnız oğlu Həfs ilə xüsusi nökəri onunla birgə çadıra daxil oldular. İmam Hüseyn (ə) bu məclisdə Ömər Sədə xitabən belə buyurdu: "Ey Sədin oğlu! Məni tanıdığın və mənim atamın kim olduğunu bildiyin halda, mənimlə müharibə etmək istəyirsən? Hüzuruna qayıdacağın Allahdan qorxmursan? Mənim tərəfimdə olmaq və bunlardan (Bəni-Üməyyə) əl çəkmək istəmirsən?”

Ömər Səd dedi: "Qorxuram ki, belə olan halda, mənim Kufədəki evimi viran etsinlər.”

İmam Hüseyn (ə) buyurdu: "Mən öz hesabıma sənin üçün bir ev alaram.”

Ömər Səd dedi: "Qorxuram xurma bağımı müsadirə etsinlər.”

İmam Hüseyn (ə) buyurdu: "Mən sənə Hicazda Kufədəki bu bağlardan da yaxşı bağ verərəm.”

Ömər Səd dedi: "Arvad-uşağım Kufədədir, qorxuram ki, onları öldürələr.”

İmam onun bəhanələrini gördükdə, bu cümlələri deyə-deyə yerindən qalxdı: "Niyə şeytanın itaətinə bu qədər israrlısan?... Ümid edirəm ki, İraq buğdasından qismətin çox az olacaq! Nə sənə uzun ömür nəsib olacaq, nə də bir vəzifəyə çatacaqsan.” ("İmam Hüseynin (ə) Mədinədən Kərbəlayadək buyurduqları, Məhəmmədsadiq Nəcmi, səh. 130-131.)


Şərhlər:
Baxılıb: 1247
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz