Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Talağın çətinliyi ailəni qorumağa yönəlib
Talağın çətinliyi ailəni qorumağa yönəlib
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1212
Səs ver:
İslam dini ailəyə aid olan bütün məsələlərə, o cümlədən, talaq (boşanma) probleminə də praktiki yanaşır. Məlum olduğu kimi, bəzi dinlərdə boşanmaq qadağan və günahdır.

İslam boşanmanı hər nə qədər bəyənilməz saysa da, qeyri-mümkün qəbul etmir və zərurət halında buna icazə verir. Dinimiz qəbul edir ki, əgər iki nəfərin birgə yaşayışı heç cür alınmırsa, onların tək əlacı ayrılmaq və öz həyatlarını yenidən qurmaqdır.

Amma boşanmaya asanlıq gətirməmək və rəvac verməmək üçün dinimiz bəzi çətinləşdirici tədbirlər nəzərdə tutub. Əvvəla, dinimiz ərlə arvadı bacardıqca bir-birinə mehriban olmağa, səbrli davranmağa, inciklik və kobudluqları bağışlamağa çağırır: "Əgər bir qadın öz ərinin qaba rəftarından, yaxud ondan üz çevirməsindən qorxarsa, onların öz aralarında bir növ barışıb düzəlişmələrindən (ər-arvada) heç bir günah gəlməz. Çünki barışmaq daha xeyirlidir...” (Nisa, 128). Bu barədə dini mətnlərimizdə həm kişiyə, həm də qadına ünvanlanmış xeyli tövsiyələr vardır. Kişilərə qadınlarla mehriban davranmaq, onların dolanışıq xərclərini ədalətlə vermək, çoxarvadlı kişilərə öz qadınları arasında ədalətə riayət etmək buyurulur. Hətta Peyğəmbərimiz vida həccində 100 min müsəlmana üz tutaraq buyurmuşdu: "Sizə qa¬dınlarla yaxşı davranmağı vəsiyyət edirəm. Onlar sizin üçün ən çətin işləri görürlər, özlərinin əmlakı yoxdur. Siz onları Allahın əmanəti kimi almısınız, onlarla münasibətınizi də Allahın kitabının hökmlərinə əsasən qurursunuz”. Eləcə də, qadınlara öz ərlərinə itaət etmək, öz vəzifələrinə məsuliyyətlə yanaşmaq təkid edilir.

Əgər ərlə arvad şəxsi münasibətlərini öz köməkləri ilə nizamlaya bilmirlərsə, bu halda məsələyə kənar barışdırıcı qüvvələrin müdaxiləsi tövsiyə edilir. Hər iki tərəfdən nəsil ağsaqqalları, valideynlər, ailə dostları işə qarışıb, anlaşılmazlıqları aradan qaldırmağa çalışmalıdırlar: "Əgər ər-arvad arasında ixtilaf olacağından qorxsanız, o zaman kişinin adamlarından bir nəfər və qadının adamlarından da bir nəfər münsif (vasitəçi) təyin edib (onların yanına) göndərin. Əgər onlar (bu iki vasitəçi ər-arvadı) barışdırmaq istəsələr, Allah da onların köməyi olar. Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər işdən) xəbərdardır!” (Nisa, 35).

Tarixdən məlumdur ki, Həzrət Mühəmməd Peyğəmbər (s) oğulluğu Zeydlə bibisi qızı Zeynəbin arasında yaranmış soyuqluğu hər vasitə ilə aradan qaldırmağa səy göstərmiş, onları dəfələrlə barışığa çağırmış, dərindən düşünməyə səsləmiş, yalnız çıxış yolu qalmadığı təqdirdə onların arasında talağa icazə vermişdi.

Talaq qaçılmaz olduğu zaman da İslam dini tərəflərin tələsməməsi, yaxşı düşünüb-daşınması üçün müxtəlif qanunlar qoymuşdur. Talağı çətinləşdirən bu qanunlar əslində ərlə arvadın barışması və talaq niyyətindən daşınması üçün bir şans kimi də dəyərləndirilə bilər. Məsələn, birinci və ikinci talaqlardan sonra tərəflərin barışmasına icazə verilir. Hətta ilk iki talaq şəriətdə "rici” talaq (qayıdış talağı) adlanır. Yalnız üçüncü talaqdan sonra ərlə arvadın barışması yolunda müəyyən əngəllər nəzərdə tutulur. Üç talağın eyni anda ardıcıl verilməsinin etibarsız olması, talaqlar arasında müəyyən fasilə verilməsinin vacibliyi, talaq verilən zaman qadının heyz olmamasının şərt qoyulması, aralarındakı son yaxınlıqdan sonra daha bir heyz qədər gözləməyin vacibliyi də çətinləşdirici şərtlərdəndir (bu şərtlərin bir çoxu cəfəri məzhəbində vacib, əhli-sünnə məzhəbində sünnətdir). Bu müddət boyunca qadın yenə kişinin maddi himayəsi altında qalır və onu evdən qovlamaq olmaz. Ayrıca olaraq, talaq zamanı iki nəfər şahidin iştirakı da talağın tələsik verilməsinə və kişinin qəzəb halnda bu addımı atmasına qarşı yönəlib.

Talağı əngəlləyən səbəblərdən biri də mehriyyə sayıla bilər. Əlbəttə, mehriyyənin mənası və fəlsəfəsi yalnız bununla məhdudlaşmır. Və dini mətnlərimizdə mehriyyəni çox da böyük məbləğdə nəzərdə tutmamaq tövsiyə edilir. Bununla belə, mehriyyəni o zamanın adət-ənənəsinə uyğun şəkildə nizamlamaq bəyənilir. Əksər hallarda qız evinin təkidi ilə kəbin zamanı kifayət qədər yüksək məbləğdə mehriyyə təyin edilir ki, bu da tələsik talaq verilməsinin qarşısında maneə kimi dura biləcək səbəbdir. (Əlbəttə, bu məsələ yalnız dini qanunlarla tənzimlənir, dünyəvi dövlətdə bu, vicdanın öhdəsinə buraxılır).

Şəriətə görə, talaq hüququ kişiyə məxsusdur. Yuxarıdakı şərtlərə riayət etmək çərçivəsində kişi istədiyi vaxt talağın təşəbbüskarı ola bilər. Bununla belə, talaq təşəbbüsündə qadın da tamamilə hüquqsuz deyil. Əgər qadın boşanmaq istəyirsə, öz mehriyyəsini kişiyə bağışlamaq, hətta bundan daha artıq məbləğdə öz şəxsi əmlakından ona pay vermək ixtiyarına malikdir. Yəni bu addımlar müqabilində qadın kişidən talaq ala bilər. Əgər kişi qadının qarşısında daşıdığı vəzifələri yerinə yetirmirsə və üstəlik, qadın talaq verməkdən də imtina edirsə, qadın şəriət hakiminə (müctəhidə və ya dini məhkəməyə) müraciət edə bilər. Bu halda, qanunvericilik səviyyəsində kişi talağa məcbur edilir, hətta əgər inadkarlıq edərsə, onun razılığına rəğmən, talaq oxunur.

Deyilənlər İslamın talaq məsələsində tam məntiqi, humanist və uzaqgörən bir mövqe sərgilədiyini bir daha təsdiq edir.


Şərhlər:
Baxılıb: 1212
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz