Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Örtünmək bir ibadətdir
Örtünmək bir ibadətdir
Göndərən: Anuka
Şərhlər:
Baxılıb: 957
Səs ver:
Rəbbimiz bizi örtünməyə çağırır! Bizi təqva libasına bürünməyə, təpədən dırnağa gözəlcə qapanmağa çağırır.

Zinət yerlərimizi örtməyə, vücud xətlərimizi bəlli etməyəcək bir şəkildə geyinməyə, baş örtüklərimizi sinəmizə qədər örtməyə çağırır."Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çəksinlər, ayıb yerlərini qorusunlar, öz-özlüyündə görünənlər istisna olmaqla, zinətlərini göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər; zinət yerlərini… başqasına göstərməsinlər; gizlətdikləri bəzək şeylərini göstərmək üçün ayaqlarını yerə bərk vurmasınlar. Ey möminlər! Hamınız Allaha tövbə edin ki, nicat tapasınız!” [ən-Nur, 31]

Allah, bizim örtünməyimizi istəyir. Bizi yaradan, bizi tanıyan və bizi sevən istəyir bunu. Dünyanı var edən, insanı bu dünyaya sakin edən, yeganə nüfuz sahibi,yeganə haqq olan Allah istəyir örtünməyimizi. Allah, qoyduğu qanunların yaşanmasını, Onun əmrlərinə sözsüz itaət etməyimizi istəyir…
Başında hicab gəzdirən bir qadınının örpəyi adi bir yaylıq parçası deyil, Allahın yaşanan bir ayəsidir. Bir ayənin insandakı gözlə görünən təzahürüdür. Hər ayə bir əmrdir. Bir qulun vəzifəsi, əmrə təslimiyyət və səmimiyyətlə itaətdir. Bu itaət iradəsiz deyil, iradəli bir itaət olduğu üçün qarşılığı cənnətdir. İradə, yəni azad seçim…

O, Allahdır. İstəsəydi bizi də digər yaradılmışlar kimi iradəsiz yaradar və Ona itaət ebib etməməyi bizim ixtiyarımıza verməzdi. Amma Allah belə etmədi. İnsanı digər canlılardan seçdi. İnsana ağıl, vicdan və iradə verdi. İnsanların arasından seçdiklərinə də hidayət verdi. Onları şərəfləndirdi. Əşrəfi məxluqat etdi. Allahın ayələrini yaşamayanlar, yaşayana mane olanlar da könüllü olaraq əfsəli səfil – məxluqatın ən aşağısı oldular. [Tin 6, 7]
Örtünməyə məhkumluq kimi baxanlar həqiqi azadlığı heç bir zaman yaşamayıblar. Həqiqi azadlığın tək və şəriksiz bir Allaha itaət olduğunu bilmirlər. Allaha itaətin insana hürriyyət qazandırdığını bilmədikləri üçün örtüyə məhkumluq kimi baxdılar. Amma bir şeyi unutdular ki, örtünü qadınlara qadağan etməklə, qadınlarla deyil Allaha müharibə etmiş olurlar. Allahla savaşacaq güclərinin olmadığını, mütləq məğlubiyyətin qaçınılmaz olduğunu dərk etməkdən belə acizdirlər. Onları "Yaradan bir gün onları yox edib, yerlərinə itaət edən birilərini gətirəcək”…

Amma yaranmışlar bir daha yaşamaq haqqını əldə edə bilməyəcəklər. Əldə edə bilməyəcəklər ki, tövbə etsinlər, səhvlərini düzəltsinlər.
Allah bir quluna cəza vermək istəyəndə ilk əvvəl onu ağıldan məhrum edər. [Yanlış anlamayın, burada söhbət yaradılışdan ruhi problemləri olan insanlardan getmir. Ağıllı olduğunu düşünərək ağılsızlıq edənlər nəzərdə tutulur.] Yalnız ağılsızlar gücləri çatmayacaq bir yükün altına girər və özlərini gülünc vəziyyətinə salarlar. Allahın əmrlərinə qarşı savaşmaq ağılsızların işidir. Ağıllılar isə onları var edən, mükəmməl bir varlıq kimi yaradan, bütün varlıqlar içindən seçib onlara ağıl və iradə verən Tək və Şəriksiz Rəblərinə təslim olarlar. Bunu qulluq borcu bilər, Sonsuz və Əbədi olana sonsuz məhəbbətlərinin bir ifadəsi hesab edərlər. Onun buyurduğu bir ayəni, bir əmri yaşadıqda xoşbətlik eliksirini içdiklərini anlayar və dönə-dönə: "Ya Rəbbim! Sənə sonsuz məhəbbətimi, sədaqətimi və qulluğumu gözəl şəkildə ifadə edə bilmək üçün mənə yarlım et!” deyərlər. Hər ayəni, hər əmri sevginin isbatı üçün ələdüşməz bir fürsət bilərlər.
Allah da Ona qeydsiz-şəksiz təslim olanlara Cənnəti vəd edir. Cənnəti – yəni əbədi həyatı. Fani olan bu dünyanın elə fani olan nemətlərindən imtina edə bilənlərə əbədi olan cənnət nemətləri vəd edir. Ağıl sahibləri bilirlər ki, Allah vədinə sadiqdir. Ona görə də onlara mane olanlara yazıqları gələr, onlar üçün üzülərlər. Bəzən hətta içdən bir də dua edərlər: "Ya Rəbbim! Onlar bilmirlər, cahildirlər. Sən onlara hidayət ver! Özünü onlara tanıt. Gözlərinə nur ver ki, Sənin ayələrini görə bilsinlər.”Onlar sənin Kitabını oxumurlar. Oxusaydılar Səni eşidərdilər...

"Yerdə tam yəqinliklə inananlar üçün əlamətlər vardır. Sizin özünüzdə də əlamətlər vardır. Məgər görmürsünüz?”[əz-Zariyyat 20,21]

Bütün iman əhlinin yeganə bir pənahgahı var. O da bütün varlığı yaradan Allahdır. Allaha İman edən bilirlər ki:
"Allah iman gətirənlərin dostudur, onları zülmətdən çıxarıb işığa tərəf yönəldər.” [Bəqərə 257]


Şərhlər:
Baxılıb: 957
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz