Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qurani Kərimin Əl-Əla surəsi
Qurani Kərimin Əl-Əla surəsi
Göndərən: Glamurka Nemiska
Şərhlər:
Baxılıb: 923
Səs ver:
əl-Əla (Ən uca) surəsi
(Məkkədə nazil olmuşdur, 19 ayədir)
Bismillahir–rəhmanir-rəhim!

1.(Ya Peyğəmbər!) Ən uca olan Rəbbinin adını pak (müqəddəs) tutub şəninə təriflər de!
2. O Rəbbin ki, (hər şeyi) xəlq etdi və nizama saldı.
3. O Rəbbin ki, (hər şeyin keyfiyyətini, xüsusiyyətini, davam müddətini) əzəldən müəyyən etdi və (hamıya) yol göstərdi.
4. O Rəbbin ki, (torpağı yarıb ondan yamyaşıl) otlar çıxartdı.
5. Sonra da onu (qupquru) qara çör-çöpə döndərdi.
6.(Ya Peyğəmbər!) Biz sənə (Quranı) oxudacağıq və sən (onu) unutmayacaqsan;
7.Yalnız Allahın dilədiyindən (hökmünü ləğv etdiyimiz bu və ya digər ayədən) başqa! Şübhəsiz ki, O, aşkarı da, gizlini də bilir!
8.Biz sənə ən asan olanı (islam şəriətini) müyəssər edərik.
9.(Ya Peyğəmbər!) Əgər nəsihət etmək fayda versə, (ümmətinə Quranla) öyüd-nəsihət ver!
10.(Allahdan)qorxan kimsə mütləq öyüd-nəsihət qəbul edəcəkdir!
11.Bədbəxt (kafir) isə ondan (öyüd-nəsihətdən) qaçacaqdır.
12.(O bədbəxt ki) ən böyük oda (cəhənnəm oduna) girəcəkdir.
13.Orada nə öləcək, nə də yaşayacaqdır! (Nə ölü kimi ölü, nə də diri kimi diri olacaqdır!)
14.(Günahlardan) təmizlənən kimsə isə nicat tapacaqdır.
15.O kimsə ki, Rəbbinin adını zikr edib namaz qılar!
16.Lakin siz (ey insanlar!) dünyanı üstün tutursunuz!
17.Halbuki axirət daha xeyirli və daha baqidir.
18.Həqiqətən, bu deyilənlər (Qurandan) əvvəlki kitablarda mövcuddur -
19.İbrahimin və Musanın kitablarında!


Şərhlər:
Baxılıb: 923
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz