Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Dünyaya fərqli baxış
Dünyaya fərqli baxış
Göndərən: ayka
Şərhlər:
Baxılıb: 1323
Səs ver:
Fikirləşin ki, milyonlarla kərpici yığaraq uzun müddətli zəhmətdən sonra bir şəhər inşa etmisiniz. Bu şəhərin hər bir qarışını düzəltmək üçün əmək sərf etmisiniz. Bunun üçün çoxlu ləvazimatlar, zəhmət, zaman və bilik tələb olunur...Bu şəhərin içərisində binlar, ticarət mərkəzləri, iş yerləri, parklar, nəqliyyat yolları, hava limanı, yeraltı metrolar, göllər, yaşıllıq olsun...Eyni zamanda, bu şəhərdə yollarda gəzən, işləyən, hər biri müxtəlif işlərlə məşğul olan insanlar olsun. Ən cüzi detallar belə nəzərinizdən qaçmasın, evlərdən yanan lampalardan tutmuş avtobus dayanacaqlarına qədər bu şəhərdə hər şey olsun.
Bu qədər zəhmətdən sonra, təsəvvür edin ki, bir insan gəlib sizə deyir ki, bunlar sənə aid deyil, sən heç bir zəhmət çəkməmisən, bu qədər zəhmət çəkərək ərsəyə gətirdiyin bina təsadüfən yaranıb. Bəs siz bu insanın ağlı haqqında nə düşünərsiniz?

Bir də gəlin inşa etdiyiniz şəhərə yenidən qayıdaq, hər kərpicini ehtiyatla seçib yerinə qoyduğunuz, bir kərpicini əksik qoyduğunuz halda dağılan, yaxud da estetik görünüşü pozulan bu şəhər haqqında fikirləşin. Bir şəhəri belə ərsəyə gətirmək üçün nə qədər zəhmət çəkməli olduğunuzu təsəvvür edə bilirsiniz, bə yaşadığımız dünya necə?

İndi isə yaşadığımız dünyanı fikirləşək. Gözümüzü dünyaya açandan hər şey öz qaydasında davam edir, bir çoxumuz dünyadakı bu nizam-intizam haqqında ətraflı düşünməmişik və bizə gördüyümüz hər şey adi gəlib. Ancaq bu dünya da o qədər həsas şəkildə dizayn edilib ki, bu tarazlığı qoruyan detallardan bir neçəsinin olmaması dünyanın yox olması deməkdir....

Maddənin ən balaca hissəsi olan atomdan tutmuş içində milyardlarca ulduzlar olan qalaktikalara, dünyanın ayrılmaz hissəsi olan Aydan tutmuş Günəş sisteminə qədər hər şey, hər detal möhtəşəm nizamla işləyir. Bizim yaşamağımız üçün əlverişli olan bu sistem sanki bir saat kimi heç durmadan işləyir. İnsanlar milyardlarla ildir davam edən bu sistemə xəsər gəlməyəcəyindən o qədər əmindirlər ki, hətta on il sonranın belə planını qura bilirlər. Heç kimsə sabah "Görəsən günəş çıxacaqmı?, yoxsa yox" kimi dərd çəkməz, ağlının ucundan belə keçirməz. Yaxud da insanlar "işdir birdən Dünya Günəşin cazibə sahəsindən çıxıb kosmosun qapqaranlıq bilinməyən boşluqlarına gedərmi?" deyə fikirləri ağlına gətirməz.

Başqa bir nümunə də verim sizə. Hər gecə yatırıq, biz yatanda beynimiz dincəldiyi halda, ürəyimizin və tənəfüs sistemimizin dincəlməyəcəyindən də əminik. Çünki bu həyati sistemdən sadəcə birinin bir neçə saniyəlik fəaliyyətini dayandırması həyatımızın da məhv olması deməkdir.
Hər hadisəyə adi gözlə baxmağımıza səbəb olan "vərdiş gözlüyünü" çıxaranda, əslində, hər şeyin nazik bir ipdən aslı olduğunu deyə bilərik. Hər şey bu qədər incə tarazlıqla, bir-birinə bağlı sistemlərdən ibarət olduğunu rahatlıqla görə bilərik. Gözümüzü çevirdiyimiz hər yerdə, hər nöqtədə bu qüsursuz nizamın hakim olduğu aşkardır. Əlbəttə ki, bütün bu nizam-intizamı yaradan üstün bir güc vardı. Hər şeyi yoxdan var edən Allah...Allah Quranda Özünü belə tanıdır.
Yeddi qat göyü bir-biriylə tam ahəng içində yaradan Odur. Rəhmanın yaratdığında heç bir nizamsızlık görməzsən. Gözünü çevir və seyr et! Hər hansı bir qüsur görə bilərsənmi?! (Mülk surəsi  3-4)

İstər göy üzü, istər yer üzü, istərsə də bunların arasında yaşayan canlılara baxanda hər biri onları var edən Uca Allahın onların varlığının sübutu olduğunu görərərik. Əgər Allahın yer üzündəki bütün dəlillərini yazmağa çalışsaq, bunu yazmağa nə gücümüz çatar, nə də cild-cild ensikoplediya. Bizə düşən isə gördüklərimizə adi gözlə, vərdiş gözü ilə baxmamaqdır. Quranda da bildirildiyi kimi, "düşünüb-öyüd alan" insanlardan olaq... Axı Allah var!


Şərhlər:
Baxılıb: 1323
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz