Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Borc verərkən nəyə diqqət verməliyik?
Borc verərkən nəyə diqqət verməliyik?
Göndərən: SEVGI DENIZIM
Şərhlər:
Baxılıb: 849
Səs ver:
"Ey iman edənlər! Müəyyən bir müddət üçün bir-birinizə borc verib-alarkən bunu yazın...”
(əl-Bəqərə, 2/282)

İnsanların bir-birinə kömək etmə yollarından biri də borc alıb-verməkdir. Dünya halı belədir ki, bəzi səbəblərlə insanlar böyük maddi çətinlik içərisinə düşə bilərlər. Bu kimi çətin vəziyyətlərdə bir-birimizə borc vermək böyük əhəmiyyət daşıyır. Borc alınan pul və ya digər maddələr eyni növdən olan maddələrlə ödənər. Borcun qarşılığında əlavə bir şey verilməz. Əgər borc qarşılığında əlavə bir şey istənərsə, bu faiz olar. Faiz isə dinimizdə haram buyurulmuşdur.

Dinimizdə borc vermək savabdır. İslam borc verməyi təşviq edir. Uca Rəbbimiz belə buyurur:

"Əgər Allaha (Allah yolunda) gözəl bir borc versəniz, (Allah) sizin üçün onun əvəzini qat-qat artırar və sizi bağışlayar. Allah qədirbiləndir, həlimdir! (Dərhal cəzalandırmaz, möhlət verər)” (ət-Təğabun, 64/17)

Qarşılıqsız kömək gözəl bir davranış olduğu kimi, ehtiyacı olanlara borc vermək də fəzilətli bir davranışdır. Hətta borc vermək sədəqə verməkdən daha gözəl sayılmışdır. Həzrət Peyğəmbər (s.ə.s.) bir hədisində belə buyurur:

"Merac gecəsi Cənnətin qapısı üzərində, "sədəqə on misli savabla qarşılanar. Borc isə on səkkiz misli savab ilə qarşılanar”, - deyə yazıldığını gördüm. Cəbraildən: "Borc verməyin sədəqədən üstün olmasının səbəbi nədir”,- deyə soruşdum. Cəbrail: "Çünki dilənçi varı olduğu halda dilənər. Halbuki borc istəyən kimsə ancaq möhtac olduğu üçün borc istəyər”,- deyə cavab verdi.”

İnsanın qanuni yoldan ruzi qazanması, xüsusilə ailə başçısının baxmaqla məsul olduğu yaxınlarının ruzilərini təmin etmək üçün çalışması onun borcudur. Bununla birlikdə, qazandıqlarımızda kasıbların və möhtacların da haqqının olduğunu bilməliyik. Zəkat, sədəqə və lazım olduğunda borc verərək kasıb və möhtac vəziyyətə düşənlərə kömək etməliyik.

Borc verməklə mömin qardaşımızın çətinliyinə çarə olmaq İslam əxlaqındandır. Xüsusilə, indiki vaxtda imkanı olanların darda olan mömin qardaşlarına kömək etməsi lazımdır. Bu şəkildə onlann çətinliklərinin aradan qaldırılmasına dəstək olunar, daha pis vəziyyətə düşmələrinin qarşısı alınar. Dinimizin tələb etdiyi qardaşlıq və həmrəylik də bunu əmr edir. Borclu olmaq asan bir şey deyil. Borc almaqdan mümkün olduğu qədər uzaq durmaq lazımdır. Ancaq borc almaq qaçılmaz olarsa, gözəl bir dillə istənməlidir. Borc istəyərkən də həddindən artıq təkid etmək uyğun olmaz. Borc verənin də könül razılığı ilə verməsi əsasdır. Vəziyyəti yaxşı olub, imkanı olan mömin də həqiqətən darda olan qardaşına kömək etməyə çalışmalıdır. Çünki Cənabi-Haqq (c.c.) Qurani-Kərimdə gözəl bir yolla borc verilməsini əmr edir (əl-Bəqərə, 2/245). Ancaq imkanı olduğu halda borc vermək istəməyib, yalan yerə "borc verəcək imkanım yoxdur”,- demək də günahdır. Əgər verməyəcəksə, "imkanım var, amma filan səbəbdən verə bilmirəm”,- deyə bunu gələn insana gözəl bir üslubla izah etməsi uyğun olar.

Borc alanlarımız da bu borclarını çalışaraq, qənaət edərək ən qısa zamanda ödəməyə cəhd göstərməlidir. Verilən borcların zamanında geri ödənməsi lazımdır. Əksinə davranışlar borc verəni çətinliyə sala bilər. Və ya etdiyi yaxşılıqdan peşmanlıq duyar. Beləcə bir xeyirə də mane olmuş olar. Əlbəttə, bu da xoş bir şey deyil. Uca Rəbbimiz (c.c.) Quranda bir-birimizə borc verərkən bu borcları qeyd etməyi, yazmağı, hətta şahidlər tutmağ nəsihət edir. Bu vəziyyət əlbəttə borc verənin və alanın zərər çəkməməsi üçündür. Dinimiz zərər verməyi, zərərə məruz qalmağı əsla xoş görməz. Ticari həyatın, insanlar arası münasibətlərin zərər görmədən davam etməsi onların haqqlarının itməməsinə bağlıdır. Bunun üçün borc və alacaqların yazılması və təsbiti lazımlıdır. Köməkləşmədə sədaqət, vəfa, verdiyi sözdə durmaq əhəmiyyətlidir. Müsəlman qardaşının haqqını mühafizə etməyə diqqət yetirməlidir.

Möminlər olaraq bir-birimizə borclandığımızda vədləşək və yazaq. Çünki söz unudula bilər. Borcun qaytarılma zamanı barəsində verilən sözlərdə unutma, ya da şübhə meydana gələrsə, müsəlmanların bir-birinə qarşı etibarı azalar. Bu səbəblə borcumuzu və verdiyimizi yazmalıyıq. Borc alan da, verən də yazmalıdır.
Borc mövzusunda qarşılıqlı olaraq yazılanların təsdiqi, şahidlə təsbiti unutmanın, şübhə və tərəddüdlərin, yanlış anlamaların da qarşısını almağa vəsilə olacaq. Uca Rəbbimiz borc verənin və alanın bunu yazaraq, hətta şahidlərin şahidliyi ilə qeyd etmələrinə böyük əhəmiyyət vermişdir. Belə ki, Quranın ən uzun ayəsi borçlanma ilə əlaqədar olan (əl-Bəqərə, 2/282) ayədir.


Şərhlər:
Baxılıb: 849
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz