Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Min bir dərdin dərmanı
Min bir dərdin dərmanı
Göndərən: Rahila
Şərhlər:
Baxılıb: 1433
Səs ver:
İnsan həyatı enişli-yoxuşludur: çətinliklər, sıxıntılar, problemlər xoş saatları, yaxşı günləri əvəz edir. İnsan bir çox bədbəxt hadisələr - təbii fəlakətlər, sevdiklərinin ölümü, sağalmaz xəstəliklər və s. qarşısında acizdir. Belə hadisələrlə qarşılaşanda insan gücsüzlüyünü daha dərindən hiss edir və heç bir şey edə bilməməsi onda ağır psixoloji travmalar yaradır. Bir çox hallarda daxili ziddiyyətlər və psixoloji zəiflik insanların içkiyə, narkotik vasitələrə qurşanmasına səbəb olur, bəzən hətta intihara sövq edir.

Psixoloqlar uzun illər belə hallardan çıxış yolu axtarmış, müxtəlif metodikalar işləyib hazırlamışlar. Təəssüflə qeyd olunmalıdır ki, bir çox hallarda təklif olunan metodikalar faydasız olur və cəmiyyət öz üzvlərini itirmək təhlükəsi ilə üzləşir.

İmanlı insanların çoxluq təşkil etdiyi cəmiyyət isə bu problemlə daha az qarşılaşır. Çünki Allaha təslim olan şəxs hər bir sıxıntı və çətinlikdə öz Yaradanına sığınır. Allaha sığınan bəndə əmindir ki, Rəbbi hər zaman onunladır. Bəli, Allah Qurani-Kərimdə bəndələrinə dua etmək əmri verir və duaların qəbul ediləcəyini vəd edir: «Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim!» («Ğafir» surəsi, ayə 60).

Başqa bir ayədə Rəbbimiz buyurur: «Ey iman gətirənlər! Səbir və dua ilə Allahdan kömək diləyin. Çünki Allah səbir edənlərlədir» («Bəqərə» surəsi,  ayə 153)

 

 

Dua insanda özünəinam hissini gücləndirir, onu pessimist əhval-ruhiyyədən qoruyur. İnsan dua edərkən bilir ki  tək deyil, onu eşidən və görən var. Onun dərdinə şərik olan var. Onun ehtiyaclarını Allah eşidir və bilir. Bu hiss insana rahatlıq gətirir, axı Allah hər şeyə qadirdir. O, bir işin olmasını istəsə «Ol!» deməsi kifayət edər.

Dua etdikdən sonra insanın qəlbinə rahatlıq gəlir və insan yüngülləşir. Çünki dua zamanı insan öz problem və çətinliklərini Allaha həvalə edir və Ondan kömək istəyir.

«…Ona (Allaha) həm qorxu, həm də ümidlə dua edin. Həqiqətən, Allahın mərhəməti yaxşılıq edənlərə çox yaxındır!» («Əraf» surəsi, ayə 56).



Şərhlər:
Baxılıb: 1433
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz