Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Namazın qılmaq qaydaları (Şəkil ilə)
Namazın qılmaq qaydaları (Şəkil ilə)
Göndərən: Antikvar
Şərhlər:
Baxılıb: 7202
Səs ver:
Namazda Haram
Namaz qılan şəxs təkbirətül-ehramı deyərək namaza başlayandan qurtarana qədər bəzi işlər ona haram olur. Əgər namaz halında onların birini etsə namazı batildir. O cümlədən:
1) Danışmaq, bilərəkdən, mənası olan iki hərf;
2) Gülmək, bilərəkdən, uca səslə;
3) Ağlamaq, dünya işləri üçün, uca səslə;
4) Üzü qiblədən başqa tərəfə döndərmək;
5) Yemək və içmək;
6) Namazın surətini (formasını) pozmaq;
7) Namazın rükünlərini azaltmaq və ya çoxaltmaq. Rükun olmayan yerlərdə əgər bilərəkdən edərsə batil, səhvən edərsə səhihdir.
8) İki və üç rükətli namazlarda birinci və ikinci rükətlərdə şəkk edərsə;
9) Namazın şərtlərini aradan aparan şeylər;
10) Dəstəmazın aradan getməsi;
11) Əlini əlinin üstünə qoyma;
12) Həmddən sonra "Amin" demək.

Bizə vacib olan gündəlik namazlar aşağıdakılardan ibarətdir:
I - SÜBH namazı 2 rəkət;
II - ZÖHR namazı 4 rəkət;
III - ƏSR namazı 4 rəkət;
IV - ŞAM namazı 3 rəkət;
V - XÜVTƏN namazı 4 rəkət.

Namaz gərək bu tərtiblə qılınsın:
Niyyət, təkbirətül-ehram, qiraət, rüku, səcdə və ikinci rəkətdə səcdələrdən sonra təşəhhüd və axırıncı rəkətdə təşəhhüddən sonra salam desin.

Sübh namazını qılmaq qaydası
1-Dəstəmaz aldıqdan sonra üzü qibləyə duraraq niyyət edirsən:
«Sübh namazını qılıram vacib qürbətən iləllah»


2-Sonra təkbirətul-ehram ( Allahu əkbər sözünü) deyirsən.

3-Sonra həmin halda Fatihə surəsini, daha sonra İxlas və ya Qur'anın böyük və kiçik surələrindən hər hansı birini oxuyursan.

Fatihə surəsi: Bismillahir-rəhmanir-rəhim. Əlhəmdulillahi Rəbbil aləmin. Ər-rəhmanir-rəhim. Maliki yəvmiddin. Iyyakə nə'budu və iyyakə nəstəin. Ihdinəs-siratəl mustəqim. Siratəlləzinə ən'əmtə ələyhim, ğəyril məğzubi ələyhim vələzzallin.

İxlas surəsi: Bismillahir-rəhmanir-rəhim. Qul huvəllahu əhəd. Allahussəməd. Ləm yəlid vələm yuləd. Vələm yəkun ləhu kufuvən əhəd.

4-Sonra rükuya gedir (yə'ni əllər dizlərə çatanadək əyilirsən) və bədən aram olduqdan sonra üç dəfə «Subhanəllah» deyirsən.


5-Zikrləri dedikdən sonra ayağa qalxaraq düz durursan.


6-Daha sonra Allah-taala hüzurunda səcdəyə düşürsən. Səcdə halında alın, əllərin içi, dizlər və ayaqların baş barmaqları yerə qoyulmalıdır. Baş barmaqdan başqa barmaqların da yerə qoyulmasının heç bir eybi yoxdur. Səcdədə də bədən aram olduqdan sonra üç dəfə «Subha-nəllah» deyirsən:


7-Daha sonra səcdədən qalxıb əyləşirsən.


8-Sonra ikinci dəfə səcdəyə gedərək birinci səcdədəki kimi üç dəfə «Subhanəllah» zikrini deyirsən.

 


9-Sonra səcdədən qalxaraq əyləşirsən.


10-Ikinci səcdədən sonra bir daha ayağa qalxır, həmçinin Fatihə və Ixlas surələrini oxuyursan.

11-Hər bir namazın ikinci rəkətində ixlas surəsi sona yetdikdən sonra qünut tutub, dua etmək müstəhəbdir. Qunutda hər hansı bir duanı oxuya bilərsən.Məsələn: "Allahummə səlli əla Mühəmmədinvə ali Mühəmməd"

12-Daha sonra rükuya gedib üç dəfə «Subhanəllah» zikrini deyirsən.


13-Sonra rükudan qalxıb bir an dayanırsan.


14-Daha sonra səcdəyə gedib birinci rəkətdə olduğu kimi iki səcdəni «Subhanəllah» zikri ilə yerinə yetirirsən.


15-Sonra isə əyləşərək təşəhhüd və salamı oxuyursan.


Təşəhhüd - Əşhədu əlla ilahə illəllah, vəhdəhu la şərikə ləh və əşhədu ənnə Muhəmmədən əbduhu və rəsuluh. Allahummə səlli əla Muhəmməd və ali Muhəmməd.
Salam - Əssəlamu ələykə əyyuhən-nəbiyyu və rəhmətullahi və bərəkatuh. Əssəlamu ələyna və əla ibadillahis-salehin. Əssəlamu ələykum və rəhmətullahi və bərəkatuh.
Namazın salamını dedikdən sonra üç dəfə Allahu əkbər demək müstəhəbdir.
Bununla da Sübh namazı sona çatır.

Sübh namazının ardıcıllığı belədir:
Niyyet
Tekbir - Allahu Əkbər
Hemd - Sure+İxlas surəsi
Ruku - 3 dəfə Sübhanəllah
Secde (2 defe)- 3 dəfə Sübhanəllah
Hemd - Sure+İxlas surəsi
Qunut - Məsələn: "Allahummə səlli əla Mühəmmədinvə ali Mühəmməd"
Ruku - 3 dəfə Sübhanəllah
Secde (2 defe)- 3 dəfə Sübhanəllah
Tesehhud ve Salamlar
 
Digər namazlar belə qılınır:
 
Zöhr, Əsr və Xuvtən (Işa) namazlarını qıldıqda isə ikinci rəkətin təşəhhüdünü dedikdən sonra salam demədən ayağa qalxır və fatihə surəsi əvəzinə təsbihat-ərbəə adlı aşağıdakı zikri üç dəfə deyirsən: «Subhanəllahi vəlhəmdulillahi vəla ilahə illəllahu vəllahu əkbər»
Sonra qeyd olunduğu kimi rüku və səcdələri yerinə yetirirsən.
Daha sonra yenidən ayağa qalxıb təsbihat-ərbəəni üç dəfə deyirsən.Sonra rüku və səcdələri yerinə yetirirsən.Daha sonra əyləşən halda təşəhhüd və salamı deyib namazı bitirirsən.Şam (Məğrib) namazı isə üç rəkətli olduğu üçün üçüncü rəkətin rüku və səcdələrindən sonra əyləşib təşəhhüd və salamı oxuyursan. Bu isə namazın vacib olan hissəsindən ibarətdir və bu tərzdə qılınan namaz alimlərin fətvasına əsasən düzgündür.


Şərhlər:
Baxılıb: 7202
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz