Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Əhli-Beytə (ə) məhəbbət haqqında hədislər
Əhli-Beytə (ə) məhəbbət haqqında hədislər
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1287
Səs ver:
Rəsuli-Əkrəm (s.a.a.) buyurur: "Öz övladlarınızı üç şeylə tərbiyə edin: Peyğəmbərinizə məhəbbətlə, onun Əhli-beytinə sevgi-istəklə və Quran oxumaqla”. (Cameus-səğir 1/ 14)

İmam Sadiq (ə) buyurur: "Hər kəs bizim özümüzə yaxşılıq etməyə qadir olmasa, əməli-saleh dostlarımız yaxşılıq etsin və hər kəs bizi ziyarət etməyə qadir olmasa, saleh şiələrin ziyarətinə getsin. Bu halda onun üçün bizi ziyarət etmək savabı yazılacaq.”. (Biharul-ənvar 74/ 354)

İmam Məhəmməd Baqir (ə) buyurur: "Bəndənin Allah dərgahına yaxınlaşmasına səbəb olan əməllərin ən yaxşısı Allaha, Onun Rəsuluna və ixtiyar sahiblərinə (imamlara) itaət etməkdir. (Yenə buyurur: ) Bizə məhəbbət bəsləmək iman, ədavət bəsləmək küfürdür”. (Kafi 1/ 187)

İmam Sadiq (ə) buyurur: "Həqiqətən hər bir ibadətdən üstün bir ibadət var, ən yaxşı ibadət isə biz Əhli-Beytə məhəbbət bəsləməkdir (bundan daha üstün ibadət yoxdur)”. (Biharul-ənvar 27/ 91)

Rəsuli-Əkrəm (s.a.a.) buyurur: "(Həqiqi) mömini sizə tanıtdırımmı? Mömin o kəsdir ki, sair möminlər onu öz mallarınıa və canlarına əmanətdar bilsinlər. Müsəlmanın kim olduğunu deyimmi? Müsəlman o şəxsdir ki, bütün müsəlmanlar onun dilindən, əlindən amanda qalsınlar. Mühacir o şəxsdir ki, pisliklərdən əl çəkib Allahın haram buyurduğunu tərk etsin. Mömin şəxsə haramdır ki, başqa möminə zülm etsin, ya onu xar etsin, yaxud arxasınca qeybət etsin və yaxud da onu öz yanından qovsun”. (Kafi 2/ 235)

İmam Sadiq (ə) buyurur: "Mömin şəxs üçün layiq deyildir ki, Allaha günah edilən bir məclisdə otursun, halbuki məclisi (gedişini, söz-söhbəti) dəyişməyə qadir deyil”. (Yəni nəhy əz münkər etməyə qadir olmadığı halda o məclisdə oturmasın). (Kafi 2/ 374)

İmam Sadiq (ə) buyurur: "Hər kəsin dili düz, doğru danışan olsa, əməli paklaşar. Hər kəsin niyyəti gözəl olsa, Allah onun ruzisini artırar, hər kəs öz əhli-əyalına yaxşılıqlarını artırsa, Allah onun ömrünü uzadar”. (Xisal 1/ 88)

Əmirəl-möminin Əli (ə) buyurur: "Bir kişi Rəsuli-Əkrəm (s.a.a.)-in yanına gəlib dedi: Mənə elə əməl öyrət ki, onu etdikdə Allah və bütün məxluqat məni sevsin, Allah mal-dövlətimi artırsın, bəndənimi sağlam etsin, ömrümü uzatsın və məni (qiyamətdə) səninlə birlikdə dirildib məhşur etsin. Həzrət buyurdu: Bu altı xislətin digər altı xislətə ehtiyacı vardır. Əgər Allahın səni sevməsini istəyirsənsə, Ondan qorx və Onun qarşısında təqvalı ol. Məxluqların sevməsini istəyirsənsə, onlara yaxşılıq et, onların əllərində olanlarından gözünü çək. Allahın sənin mal-dövlətini artırmasını istəyirsənsə, malının zəkatını ver, sənə səhhəti-bədən verməsini istəyirsənsə, çoxlu sədəqə ver, uzun ömür verməsini istəyirsənsə, qohum-əqrəbanla sıx əlaqə saxla, səni mənimlə bir yerdə məhşur etməsini istəyirsənsə Vahid və Qəhhar Allaha uzun-uzadı səcdə et”. (Səfinətul-bihar 1/ 599)

İmam Rza (ə)-ın qulamı Haris ibni Dilhas deyir: İmam Rza (ə) buyurdu:
Nə qədər ki, bir kəsdə üç xislət yoxdur, o həqiqi mömin deyil: Pərvərdigarından, Peyğəmbərdən və vəlisindən (İmamdan) bir sünnətə malik olmaq. Pərvərdigarının sünnəti Onun sirrini gizlətməkdir (Quran ayəsi: "O (Allah) qeyb aləmini biləndir. Öz qeyb xəbərlərini razı olduğu kəslərdən-Peyğəmbərlərdən qeyrisi üçün aşkar etməz”). Peyğəmbərin sünnəti isə camaatla yaxşı rəftar etməkdir. Çünki Allah-Təala öz Peyğəmbərinə camaatla yaxşı rəftar etməyi əmr edərək buyurur: "Əfv etməyi bacar, yaxşılığa əmr et, cahillərdən üz çevir”. Onun vəlisinin sünnəti isə yoxsulluqla və xoşagəlməz hadisələrdə səbr etməkdir. Çünki Allah-Təala buyurur: "...Pis və xoşagəlməz hadisələrə səbr edənlər...”. (Uyunu əxbarir-Rza (ə) 1/ 256)

İmam Cavad (ə) buyurur: "Möminin üç xislətə ehtiyacı var: Allah tərəfindən olan tofiq və müvəffəqiyyətə, öz daxilindən olan nəsihətçiyə və ona nəsihət edən bir kəsin nəsihətini qəbul etməyə.” (Muntəhəl-amal 2/ 554)

Əli ibni Hüseyndən (ə) soruşdular: "Ey Rəsuləllahın övladı, səhərin necə açıldı? " Buyurdu: "Səhərim elə bir halda açıldı ki, məndən səkkiz şey istənilirdi: 1. Allah məndən vacibatı yerinə yetirməyimi, 2. Peyğəmbər (s.a.a.) öz sünnəsinə əməl etməyimi, 4. Nəfsim nəfsani istəklərə cavab verməyimi, 5. Şeytan günah etməyimi, 6. (Əməlləri yazan) iki mələk düzgün əməli, 7. Ölüm mələyi ruhumu, 8. Qəbir isə cəsədimi istəyirdi. Mən də bu xislətlər arasında idim”. (Biharul-ənvar 76/ 15)

İmam Sadiq (ə) buyurur:
"Həqiqətən mömin o kəsdir ki, bütün şeylər ondan qorxur. Səbəbi də budur ki, o mömin Allahın dinində izzətli, başı ucadır və heç nədən qorxmur. Bu da hər bir möminin əlamətidir”. (Biharul-ənvar 64/ 305)


Şərhlər:
Baxılıb: 1287
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz