Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İslami evlilik
İslami evlilik
Göndərən: Rufush Aliyeva
Şərhlər:
Baxılıb: 1524
Səs ver:
İnsanı Allah yaradıb. Bu danılmaz bir faktdır. Allah yaratdığı insanı da hamıdan yaxşı tanıyır. Hətta insanın özündən də. Bu da inkar edilməyən bir həqiqətdir. Allah insanı yaradıb və onun həyat yolunu da müəyyən edib. Nə yeməyindən, necə geyinməyindən başlayaraq insana lazım olan hər şeyi ona ilahi vəhy ilə bildirib. Bildirməklə kifayətlənməyərək bütün bu əmr və qanunları yaşayaraq bizlərə öyrədən peyğəmbərləri və onların davamçılarını da göndərib.

Peyğəmbərlərin vəzifələrindən biri də gələn əmrləri bəyan etmək idi. Bəzən bunu söyləyərək, bəzən yaşayaraq və ya göstərərək izah edirdilər. Ona görə də Quranı anlamaq üçün sünnəti bilmək əsas şərtdir. Bu ikisini bir-birindən ayırmaq olmaz.
Allah ibadətdən itaətə qədər bizə lazım olan hər şeyi vəhiylə bildirib dedik. Quran, oxumaqla yaşamaq arasında bağ qurur. Necə yaşamaq lazım olduğunu onu oxuyaraq öyrənirsən.
Həyat üçün, həyatın davamı üçün isə ən vacib olan əsas bir şərt var: Bu da ailədir. Ailə, bir - birinə möhtac olan, güvənən, bir-birində sükunət və hüzur tapan qurumdur.

"Sizi tək bir candan xəlq edən, ünsiyyət qurub sükunət tapsın deyə ondan onun zövcəsini yaradan Odur...” [Əraf, 189]

Ailə iki nəfərin başlatdığı və onların təməli üzərində yüksələn bir binadır. Bu iki nəfər bərabər olduqda sükunət tapa bilərlər, onları bir-birindən ayırsanız hidrogenlə oksigen ayrılınca nə baş verəcəksə onun şahidi olacaqsınız. Onlar ayrılınca ortada ailə deyə bir şey qalmır. Boşanmaq isə "Allahın ən çox sevmədiyi halaldır”. Hər müsəlman bunu düşünmək məcburiyyətindədir. Və evlənərkən Allahın qoyduğu tələblərə uymalıdır. Çünki Müsəlman cənnətdə belə bu münasibətinin davam etməsini arzuladığı biri ilə evlənir. Evlilik həyatı dərdi, acını və cənnəti paylaşmaqdır. Birlikdə cənnətdə olmaq üçün bu dünyada fədakarlığı öyrənməkdir. Ailə qurmaq üçün isə əsas olan həyat yoldaşını doğru seçməkdir. Burda da əsas şərt Allah rizasına nail olmaq və Onun qoyduğu təməllərə yönəlməkdir.

"Müşrik qadınlar iman gətirməyincə onlarla evlənməyin! Əlbəttə, iman gətirmiş bir kəniz, sizi heyran edən müşrik bir qadından daha xeyirlidir. Müşrik kişilər iman gətirməyincə [mömin qadınları] onlara ərə verməyin. Əlbəttə, iman gətirmiş bir kölə, sizi heyran edən müşrik bir kişidən daha xeyirlidir. Onlar sizi atəşə çağırırlar. Allah isə sizi Öz rizası ilə Cənnətə və bağışlanmağa dəvət edir. Daha doğrusu Öz mesajlarını insanlara bəyan edir ki, bəlkə, düşünüb ibrət alsınlar.” [Bəqərə, 221]

Allahın bunu söyləməsindəki əsas məqsəd aydındır: Bizə öyüd verir, bağışlanmağa dəvət edir, atəşin əzabından qoruyur.
Doğru seçim üçün sənə şərt bəyan edilib. Bundan sonra bilmirdim demə. Yanlış qərar verdinsə atəşə hazır ol. Həm bu dünyada, həm də axirətdə.
Bəqərə surəsinin bu ayəsi ilə uyğun gələn bir hədis də Rəsulullahdan nəql edilir: "Qadınla dörd şeyə görə evlənirlər: 1. Malı, 2. Gözəlliyi, 3. Nəsli, 4. İmanı. Siz İmanlı olanı seçin ki, eviniz bərəkətli olsun.” [Kutub-i Sittə və İmam Əhmədin Müsnədi]
İslam, evliliyin uzun ömürlü olması için doğru bir zövc seçimini əsas alır. Yuvanın hüzur, səadət, xoşbəxtçilik və qarşılıqlı güvənə söykənən prinsiplər üzərində qurulması üçün bu yuvada dinin ön planda olması vacib şərtdir. Çünki din üzərində qurulan evliliklərdə insan yaşlandıqca məhəbbət artar, münasibətlər daha da gözəlləşər, inkişaf edər və ailə bağları bir az da qüvvətlənər. Zənginlik, zahiri gözəllik, əsl-nəcabət kimi ünsürlər həm keçicidir, həm də insanı təkəbbürləndirir. Buna görə də Rəsulullah evliliyi qarantiyaya almağı tövsiyə edir. İmanlı biri ilə evlənin deyir. Məhz bunun üçün də evliliklər cəmiyyətin dəyərlərinə görə deyil, Allahın dəyərlərinə görə qurulmalıdır. İslama görə sağlam ailə qurmanın şərti möminlərin bir-biri ilə evlənməsidir.
Allahın və Rəsulun əmrinə uymaq bizə Quranda əmr olunub. İman etmisənsə bu əmri pozmaq kimi şansın yoxdur. "Allah və Rəsulu bir işə hökm verdiyi zaman artıq mömin bir kişiyə və qadına o işi öz istəyinə görə seçmə şansı yoxdur. Kim Allaha və Rəsuluna qarşı gələrsə o açıq-aydın zəlalətə düşüb” [Əhzab, 36]

Özünə mən Müsəlmanam deyən biri hər halı ilə Allahın rizasını düşünməlidir. Evlilik də bu riza üçün qurulmalıdır ki, "iman yarısı”nı əldə etmiş olasan. Peyğəmbərimiz Evlilik imanın yarısıdır deyir. Bu nə mənaya gəlir? Evlənməklə insanın imanımı artır?
1. Evlilik insanı zinadan, haramdan qoruyur. Cəmiyyəti məhvə sürükləyən amillərin başında zina gəlir. Möminlər Allahın əmrinə itaət edərək bu çirkin işə bulaşmaqdan çəkinərlər.
2. Evli cütlər ibadətdə bir-birinə yardımçı olur, bir-birinin əksiyini düzəldir.
3. Ümmətin çoxalması, dinin yayılması yalnız qanuni bir evliliklə mümkündür. Allahın dininə və Rəsulun sünnətinə uyaraq evlənənlərin sayı çoxaldıqca cəmiyyətin təməlləri möhkəmlənər.
4. Belə ailədə böyüyən uşaq körpəlikdən Allahı tanıyar, qadağalarını bilər, əmrlərinə sarılar. Təbii ki, burda valideynlərin üzərinə də böyük bir yük düşür. İlk başda təməlləri doğru atılmış bir ailə bünövrəsi möhkəmdirsə, niyyət Allahın razılığıdırsa o zaman övladın şansı çoxdur. "Öldükdən sonra savabı kəsilməyən ən gözəl işlərdən biri də saleh övlad yetişdirməkdir. Valideynləri öldükdən sonra belə övladın etdiyi dualar mütləq onlara çatar." [Müslim]

İslam, bir yaşam tərzidir; evlənməkdən boşanmağa, yeməkdən içməyə, yürüməkdən oturmağa, ibadətdən işləməyə, ticarətdən siyasətə, barışdan savaşa qədər bütün hərəkətlərini, İslami əsaslar üzərində nizamlayanlar, həqiqətən də möminlərdir. İslamın bir hissəsini həyatına tətbiq edən, bir hissəsini tərk edənlər isə müşriklərdir. Bunu biz deyil Quran deyir.


Şərhlər:
Baxılıb: 1524
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz