Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ərinə qarşı məhəbbətli ol!
Ərinə qarşı məhəbbətli ol!
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2462
Səs ver:

Ərinə qarşı məhəbbətli ol!
Əziz qadınlar! Ailə rabitələrinizi yaxşılaşdıra bilən məsələlərə səthi nəzərlə baxmayın. Onları öz həyatınızda tətbiq edin ki, qısa bir zamanda həyatınız yaxşılığa doğru dəyişilsin.

Hər bir kəs öz şəxsiyyətini sevir və istəyir ki, başqa insanlar da ona hörmətlə yanaşsınlar. Belə ki, ona hörmət edən şəxs sevdiyinə çevrilir, onu alçaldanlara isə nifrət bəsləyir. Siz ərinizi uca tutun və ona hörmət edin. Ərinizi uca tutub, ona hörmət etmək sizi heç də kiçiltməz. Əksinə, siz bu işlə ona mənəvi güc verər və onu daha çox çalışmağa ruhlandırarsınız.

Çünki özünü sevmə və ehtirama ehtiyac zəruri bir hissdir. Amma hamı ərinizin bu batini hissinə qarşılıq verməyə hazır deyildir. O, evdən kənarda müxtəlif insanlarla rastlaşır, bəzən şəxsiyyəti alçaldılır, mənliyinə zərbə dəyir. Belə olan halda əriniz yar və qəmxarı olan sizdən gözləyir ki, evdə onun hörmətini saxlayasız. Yenə də xatırladırıq, ona hörmət etməklə siz alçalmazsınız, əksinə bu işlə ona mənəvi dəstək olarsız.

Əziz qadınlar!
Sizə verəcəyimiz bu tövsiyələrə də diqqətli olun!

Həyat yoldaşınıza hər gün salam verin. Ona həmişə gözəl sözlərlə müraciət edin. Danışdığı zaman sözünü kəsməyin, ona hörmət göstərin, onunla ədəblə danışın və başı üzərində çığırmayın.
Əgər birlikdə qonaq getsəniz, onu önə buraxın. Onu adıyla səsləməyin. Başqalarının yanında onu tərifləyin.
Atasına hörmət etməyi övladlarınıza da da təlqin edin. Ədəbsizlik edərlərsə, tərk etmələrini istəyin. Əgər ərinizin qonaqları gəlsə, qonaqlarının yanında ona hörmət və qulluq göstərin. Məbada belə vaxtda həyat yoldaşınıza saymamazlıq edib, bütün diqqətinizi qonaqlara yönəldəsiz.
Həyat yoldaşınız evin qapısını döydükdə, qapını özünüz açmağa çalışın. Onu təbəssüm və gülərüzlə qarşılayın. Bilin ki, bu kiçik görünən əməl onun ruhunda çox böyük sevinc doğuracaq! Ona göstərilən hörmət onu daha da ruhlandıracaq. Bilin ki, evdən kənarda bir çox çətinliklərlə üzləşib, yorğun, solğun ruhla evə dönərkən sizin onu gülərüzlə qarşılamağınız, ona "xoş gəldin” deməyiniz, onun yorğun könlünə yeni ruh bağışlayır, ona aramlıq verir.

Mümkündür ki, xanımlar bu sözə təəccüb edib desinlər: Əcəb işdir! Qadın ərini qarşılayıb, "xoş gəldin” desin?! Ailə üzvüdür də, yad adam deyil ki, ona "xoş gəldin” deyəsən!
Lakin belə tərzi təfəkkür yanlışdır. Evə qonaq gələndə qarşılayıb, "xoş gəldin” dediyimiz kimi, evin sahibini də belə hörmətlə qarşılasaq, daha yaxşı olar. Axı o, səhərdən-axşama kimi evin təminatı, ailənin rifah və asayişi üçün çalışıb vuruşur və bu yolda yüzlərlə çətinlik və pis adamlarla üzləşir və sonda evin qapısını döyür ki, qazandıqlarını ixtiyarınıza versin. Sizcə, bu qədər zəhmətin müqabilində bir təbəssüm edilməməlidir? Məgər bu qədər zəhmət bir təbəssümə dəyməzmi ki, ona hörmət göstərib, ürəyini sevindirəsiniz?

Deməyin ki, hər gün ünsiyyətdəyik deyə, onun hörmət intizarı yoxdur. Nə bilirsiniz, bəlkə də o, sizdən hamıdan çox hörmət gözləyir. Əgər o, sükut edib bunu vurğulamırsa, bu o demək deyil ki, ona hörmət olunmasını istəmir, bəlkə sizə əziyyət etməmək üçün daxili ehtiyacını gizlədir.

Əziz qadınlar! Bilin ki, həyat yoldaşınıza hörmət etsəniz, o da sizə qarşılıqlı hörmət göstərəcəkdir. Aranızdakı məhəbbət bağı möhkəmlənəcək və ailə səadətiniz davamlı olacaqdır. Dediyimiz tövsiyələrə əməl etsəniz, həyat yoldaşınız ailəsinə, həyata, işinə ruhlanacaq və bunun müsbət nəticəsi yenə də sizə qayıdacaqdır.



Şərhlər:
Baxılıb: 2462
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz