Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Allahin ən sevimli bəndələri ŞƏHİDLƏR
Allahin ən sevimli bəndələri ŞƏHİDLƏR
Göndərən: suzana
Şərhlər:
Baxılıb: 1800
Səs ver:
Həzrət Mühəmməd Peyğəmbər (s):

«Bəndənin nail ola biləcəyi bütün yaxşılıqlardan (savablardan) daha üstün bir yaxşılıq var. Ən böyük yaxşılıq isə budur ki, insan Allah yolunda savaşıb şəhid olsun. Bundan üstün bir savab ola bilməz».

«Şəhidin qanının ilk damlası axıdılanda borcdan başqa bütün günahları silinər».

«Cənnətə daxil olan heç kəs, hətta bütün dünyanın nemətləri ona verilsə belə, cənnətdən çıxıb bir daha bu dünyaya qayıtmaq istəməz. Yalnız şəhid Allahdan o qədər mükafat görər ki, (bunların əvəzini vermək üçün) 10 dəfə dünyaya qayıdıb öldürülməyi arzu edər».

«Öz ailəsini zülmdən qoruyaraq öldürülən şəxs şəhiddir.
Öz malını zalımdan qoruyaraq öldürülən şəxs şəhiddir.
Öz qonşusunu zülmdən qoruyaraq öldürülən şəxs şəhiddir.
Allah naminə öldürülən şəxs şəhiddir».

«Özünü təcavüzdən qoruyaraq öldürülən şəxs şəhiddir».

«Zülmü aradan qaldırmaq yolunda öldürülən şəxs şəhiddir».

«Kim Allah yolunda savaşıb yaralansa, qiyamətdə bədənindən müşk ətri gələr. Kim şəhid olmağı sidq ürəklə Allahdan istəsə, hətta öz əcəli ilə yataqda ölsə belə, Allah ona şəhidin savabını verər».

«Allaha and olsun, istəyim budur ki, Allah yolunda şəhid olum. Sonra dirilib yenə şəhid olum, yenə həyata qayıdım, yenə şəhid olum».

«Qiyamət günündə üç dəstə izzət və cəlal sahibi olan Allahın qarşısında şəfaət edər və onların şəfaəti qəbul olar: peyğəmbərlər, alimlər və şəhidlər».

«Cənnətə ilk girən şəxs şəhid olacaq».

Həzrət Mühəmməd Peyğəmbər (s) qərəzli niyyətlə döyüşüb öldürülən şəxsin şəhid olmadığını, yalnız xalis niyyətlə haqq yolunda savaşıb həlak olan adamın şəhid sayıldığını vurğulayaraq buyurub: «Elə şəhidlər də var ki, qiyamət günündə onu Allahın hüzuruna gətirəndə Allah ona verdiyi bütün nemətləri bir-bir xatırladıb buyuracaq: «Bəs sən bunların əvəzində nə etdin?». O adam cavab verəcək: «Sənin razılığını qazanmaq naminə vuruşdum və şəhid oldum». Allah buyuracaq: «Yalan deyirsən! Sən yalnız qəhrəman sayılmaq naminə vuruşdun və öldün. Özün istədiyin kimi, sənin haqqında «qəhrəmandır» dedilər»… ».

«Ali-Mühəmmədin sevgisi ilə ölən kəs şəhiddir».

Həzrət Əli (ə):
«Ölümlərin ən yaxşısı qətlə yetirilməkdir. Əgər qətlə yetirilməsəniz də, axırda öləcəksiniz. Canım əlində olan Allaha and olsun ki, mənim gözümdə başına min qılınc zərbəsi dəyməklə öldürülmək Allaha ibadət etmədən rahat yataqda ölməkdən daha yüngüldür».

İmam Hüseyn (ə):
«Əgər bütün bədənlər ölmək üçün yaradılıbsa, Allah yolunda qılınc zərbələri altında ölmək nə xoşdur!».
«Mən ölümü xoşbəxtlik, zalımlara tabe halda yaşamağı isə zillət sayıram».

İmam Zeynül-abidin (ə):
«Allahın hüzurunda iki damlanın qədr-qiymətdə tayı-bərabəri yoxdur: Allah yolunda axıdılan qan qətrəsi və gecənin qaranlığında ibadət edən şəxsin Allah şövqü ilə gözündən axan yaş damcısı».

İmam Cəfər Sadiq (ə):
«Allah yolunda öldürülən şəxsin heç bir günahı qiyamət günündə elan edilməz (sayılmaz)».


Şərhlər:
Baxılıb: 1800
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz