Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ramazan bayramının əməlləri
Ramazan bayramının əməlləri
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1562
Səs ver:
Ramazan bayramına keçən gecə və bayram günü yerinə yetirilməsi müstəhəb olan bir çox əməllər var ki, bunların əksəriyyəti namaz və dua qismindəndir. Bəzi əməllərin icrası çox vaxt apardığına və yadda saxlanması çətin olduğuna görə, onları burada qeyd etmirik.

Aşağıda Ramazan bayramı ilə əlaqədar ən mühüm və qısa ibadət əməllərinin təsvirini diqqətinizə təqdim edirik.

1. Ramazan ayının son günündə (bayram axşamı günü), günəş batarkən ailənin öhdəsinə düşən fitrə zəkatını ayırmaq və ertəsi gün (bayram günü) günorta vaxtına kimi fitrə zəkatını öz ünvanına çatdırmaq lazımdır. Bayram namazı qılan şəxslərin namazdan əvvəl fitrə zəkatını vermələri məsləhətdir. Hər hansı səbəb üzündən fitrə zəkatını bayram gününün günortasına kimi verməyən adamlar sonrakı vaxtlarda imkan düşən kimi bunu etsinlər.

2. Ramazan bayramı günü səhər, bayram namazından əvvəl qüsl almaq müstəhəbdir.

3. Bayram günü təzə və səliqəli paltar geyinmək, ətir vurmaq müstəhəbdir. Xüsusilə, bayram namazı qılmaq üçün məscidə gedənlərin buna riayət etməsi daha çox təkid olunur.

4. Bayram namazına getməzdən əvvəl az da olsa yemək müstəhəbdir. Heç olmasa xurma və ya şirni yemək olar. Bunun mənası odur ki, Ramazan bayramı günü oruc tutmaq haramdır. Ona görə də insan həmin gün səhərdən qida qəbul etməklə oruc tutmadığını əməli surətdə sübuta yetirmiş olur.

5. Bayram namazını qılmaq. Bayram namazının son vaxtı zöhrə qədərdir. Bayram namazı həm camaatla, həm də təklikdə qılına bilər. Bu namazı açıq havada, tavansız yerdə, torpağın üstündə qılmaq daha böyük savaba malikdir, lakin evdə, məösciddə də qılına bilər. Bayram namazı iki rükətdən ibarətdir. Başqa namazlar kimi bayram namazı da niyyət və təkbirətül-ehramla (başlanğıc təkbirlə) başlayır. Əvvəldə Fatihə və surə oxunur. (Bayram namazının birinci rükətində Fatihədən sonra istənilən surəni oxumaq olar, amma Şəms və ya Ə’la surəsini oxumaq müstəhəbdir). Sonra 5 dəfə təkbir deyilir. Təkbir zamanı əlləri qulaq bərabərinə qaldırmaq və təkbirləri ucadan söyləmək müstəhəbdir. Hər təkbirdən sonra qünut tutulur. Beşinci qünutdan sonra daha bir təkbir deyib rükuya getmək, sonra iki səcdə etmək lazımdır. Ikinci rükətdə də Fatihə və surə oxunur (Bayram namazının ikinci rükətində Ğaşiyə və ya Şəms surəsini oxumaq müstəhəbdir). Ikinci rükətdə 4 təkbir var. Hər təkbirdən sonra qünut tutulur. Dördüncü qünutdan sonra yenə təkbir deyilir, rüku və iki səcdə yerinə yetirilir, təşəhhud və salamlarla namaz başa çatır. Bayram namazının qünutlarında istənilən duanı oxumaq olar. Oxunması müstəhəb olan bir dua var ki, o, belədir: "Əllahummə əhləl-kibriyai, vəl-əzəməti və əhləl-cudi vəl-cəbərut və əhləl-əfvi vər-rəhməti və əhlət-təqva vəl-məğfirəti. Əs’əlukə bihəqqi hazəl-yəvm, əlləzi cəəltəhu lil-musliminə idən və li Muhəmmədin səlləllahu ələyhi və alihi zuxrən və şərəfən və kəramətən və məzida, ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd və ən tudxiləni fi kulli xəyrin ədxəltə fihi Muhəmmədən və alə Muhəmməd, və ən tuxricəni min kulli su’in əxrəctə minhu Muhəmmədən və alə Muhəmməd, sələvatukə ələyhi və ələyhim. Əllahummə inni əs’əlukə xəyrə ma səələkə bihi ibadukəs-salihun və əuzu bikə mimməstəazə minhu ibadukəl-muxləsun."

6. Bayram axşamı məğrib və işa namazlarından, bayram günü sübh, zöhr və əsr namazlarından, həmçinin, bayram namazından sonra aşağıdakı duanı oxumaq da savabdır: "Allahü əkbər, Allahü əkbər, la ilahə illəllah. Vallahü əkbər, Allahü əkbər və lillahil-həmd. Allahü əkbərü əla ma hədana”. (Tərc.: Allah böyükdür, Allah böyükdür, Allahdan başqa məbud yoxdur. Allah böyükdür, Allah böyükdür, Allaha həmd olsun. Bizi hidayət etdiyinə görə Allah böyükdür).

7. Bayram namazından sonra və ümumiyyətlə, bayram günü ərzində çox dua etmək, günahların bağışlanmasını Allahdan istəmək, Ramazan ayı boyunca etdiyi əməllərə görə öz-özünə hesabat vermək də müstəhəbdir. Bayram gününə keçən gecə bu duanı oxumağın da savabı var: "Allahümmə la təc’əlhu axirəl-əhdi min siyami li-şəhri rəməzan. Və əuzu bikə ən yətlüə fəcrü hazihil-leyləti illa və qəd ğəfərtə li”. (Tərc.: Ilahi, bu orucu mənim ömrümdə sonuncu etmə. Günahlarımın bağışlanmadığı bir halda sabahkı günəşin üzümə doğmasından Sənə sığınıram).


Şərhlər:
Baxılıb: 1562
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz