Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Orucluğun sirri
Orucluğun sirri
Göndərən: Rufush Aliyeva
Şərhlər:
Baxılıb: 664
Səs ver:
Oruc tutmağın arxasındakı sirr nədir? Niyə insan oruc tutmalıdır ki?

Biz orucluğun sirrini anlaya bilmərik, ta ki, insanın sirlərini dərk edənə qədər. İnsan! Nədir insan? İnsanın hansı həqiqətləri var? Ayaq üstə duran bir bədəndirmi? Ət, qan və sümüklərdən yığılmış cəsəddən ibarətdirmi? İnsan sadəcə budursa necə də mənasızdır!

Xeyr... Heykəl kimi dayanan cəsəddən ibarət deyil insan. İnsan, ruhuyla insandır. Səmavi bir əmrlə yerdəki bədənə yerləşdirilmiş bir ruhdur insan. Torpaqdan hazırlanan bir qəlibdə yerləşdirilmiş sirli aləmdir insan. Rəbbani bir əmrlə yaradılmış insan, ruhani aləmə malikdir. Düşünən, təfəkkür edən, ağlını işlədən, hiss edən, duyğulanan, zövq alan, acı çəkən, səmalara yüksələn, yer üzünü idarə edən və məhz mələklərin baş əydiyi varlıqdır insan. "Bir zaman sənin Rəbbin mələklərə belə demişdi: "Mən palçıqdan bir insan yaradacağam. Mən ona surət verib Öz ruhumdan üfürdüyüm zaman ona səcdə edin!” (Sad, 71-72).

Bəli, insan yuxarıdan gələn ruhdan və yerdən olan cəsəddən yaradılmışdır. Bu cəsəd, bu bədən bir evdir, ruh da o evin sahibi və sakinidir. Bədən bir minikdir, ruh isə onun içində səfərə çıxıb. Nə ev öz özünə və özü üçün tikilmişdir, nə də minik öz özünə və özü üçün yaradılmışdır. Ev də, minik də sahibinə xidmət üçün yaradılıb. Amma təəssüf ki, bunların sahibləri xidmətlərindən istifadə etməkdənsə, bunlara xidmət edirlər. Ruh unudulmuş, bədənə xidmət edilir və hətta çox zaman sitayiş edilir."Nəfsini özünə tanrı edəni gördünmü? Sən ona vəkillikmi edəcəksən? Yoxsa elə güman edirsən ki, onların əksəriyyəti (sən deyən sözü) eşidəcək və ya (ağıllı-başlı) fikirləşəcək? Onlar heyvan kimidirlər, bəlkə, ondan daha çox zəlalət yolundadırlar. (Heyvan heyvanlığı ilə öz mənfəətini bilib ona zərər gətirən bir işi görməz. Bunlar isə nə xeyirlərini, nə də zərərlərini anlayarlar).” (Furqan, 43-44).

İnsan həm də bədəndən ibarət olduğu üçün, yer üzündə bədənlə yaşadığı üçün bədəninin də ehtiyacları və istəkləri vardır. İnsan həm ruhdur həm də cəsəddir. Bədənin dünya aləmindən olan ehtiyacları var, ruhun da yüksəklikdən, ruhani aləmdən ehtiyacları var. İnsan ruhunun istəklərini bədəninin tələblərinə uyğun hərəkət etdirsə, o zaman mələklər təbəqəsinə yüksələ bilməz və şeytana çevrilər. Amma İnsan ruhunun və nəfsinin qədrini bilsə, mələklərdən də üstün səviyyəyə yüksələ bilər. Necəki Rəbbimiz Beyyinə surəsinin 7-ci ayəsində buyurmuşdur; "İman gətirib yaxşı əməllər edənlər isə yaradılmışların ən yaxşılarıdır.”

Rəbbimiz də bizə oruc tutmağı buyurmuşdur ki, biz bədənimizin aşağılıq, dünyəvilik istəklərinə itaət edərək yaşamayaq. İnsanın şəhvani həvəs və arzuları ona sultan olmasın. Bədəni insanı həbs etməsin.
Rəsulullah (Allahın salam və duası olsun Onun üzərinə) buyurmuşdur ki; "Üç nəfərin duası geri çevrilmir (qəbul olunur). Oruc tutan iftar edincəyə qədər, adil olan başçı və məzlum.”


Şərhlər:
Baxılıb: 664
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz