Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Haram qazanclar
Haram qazanclar
Göndərən: Nazlı_qız
Şərhlər:
Baxılıb: 903
Səs ver:
Rüşvət:
Rüşvət bir işin görülməsinə qanunsuz şəkildə kömək etməsi üçün bir başqasına verilən pul və ya başqa mənfəətlərə deyilir.
Dinimizin əsas prinsiplərindən biri ədalətdir. Hər işdə ədalətli olmaq hüquqa riayət etmək dini vəzifələrimizdən biridir. Ədalətli olmayan, ədaləti qorumayan bir insan haqsızlıq eləmiş olur, bu isə günahdır.

Rüşvət niyə verilir?
Layiq olmadığı bir şeyi əldə etmək üçün verilir. Layiq olmadığı bir şeyi əldə etmək üçün bir şey vermək də,almaq da, vasitəçilik etmək də qadağan və günahdır. Çünki rüşvət haqlını haqsız, haqsızı da  haqlı göstərərək ədalətin bərqərar olmasına mane olur. Bu isə cəmiyyətdə böyük narazıçılığa səbəb olur.

Qurani-Kərimdə belə buyurulmuşdur:
"Bir-birinizin mallarını haqqınız olmadığı halda yeməyin, xalqın malların da bir qismini bilə-bilə haqsız yerə yemək üçün günah yolu ilə (rüşvət ilə)hakimlərə müraciət etməyin!"
Rüşvət insanlar üçün olduğu qədər cəmiyyət üçün də çox pis nəticələr doğurur.Rüşvətin yayıldığı yerdə ədalətsizlikdə çoxalır.Asayiş və təminat ortadan qalxır,intiriqaçılar iş başına keçir.Buna görə də sosial narazıçılıqlar artır.Bunun üçün Hz.Peyğəmbərimiz:"Rüşvət alan da,verən də cəhənnəmlikdir",-deyə buyurmuşdur.
 
Faiz:
Faiz də haram olan bir qazanc növüdür.
Faiz eyni növ malı bir-birilə dəyişdirmək üzrə bağlanan müqavilədə bir tərəfin lehinə müəyyənləşdirilmiş əvəzi olmayan artıq qazancdır.50 qr. qızılı 55 qr qızıl müqavilində satmaq kimidir.Buradakı 5 qr. bir tərəfin lehinə olan artıq qazancdır və faizdir.
Qurani-Kərimdə faizlə əlaqədər aşağıdakılar buyurulmuşdur:
"Sələm (müamilə,faiz) yeyənlər (qiyamət günü) qəbirlərindən ancaq cin vurmuş kimi qalxarlar.Bunların belə olmaları :"Alış-veriş də sələm kimi bir şeydir!"-dedikləri ucundandır. Halbuki , ALLAH  alış-verişi halal, sələm almağı isə haram (qadağan) etmişdir.
"Ey,möminlər! ALLAHdan qorxun! Əgər doğrudan da iman gətirmişsinizsə.ALLAHdan qorxub sələmdən qalan məbləğdən (faizdən) vaz keçin!.  (onu borclulardan almayın!). Əgər belə etməsəniz , o zaman ALLAa və onun Peyğəmbərinə qarşı müharibəyə girişdiyinizi bilin!.Yox,əgər tövbə etsəniz, sərmayəniz (mayanız ) sizindir.Beləliklə,nə siz zülm edərsiniz, nə də sizə zülm olunar!.
Peyğəmbərimiz yeddi təhlükəli şeydən çəkinmənizi,bunlardan birinin də faiz olduğunu bildirmişdir.
 
ALLAH günahlarımızı əfv edər inşAllah! AMİN!


Şərhlər:
Baxılıb: 903
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz