Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Başı suya salmaq və toz udmaq orucu pozarmı?
Başı suya salmaq və toz udmaq orucu pozarmı?
Göndərən: Zeynuş
Şərhlər:
Baxılıb: 1757
Səs ver:
Əhli-sünnə məzhəbinə görə, ağıza toz getməsi orucu batil etməz. Cəfəri məzhəbində bu məsələyə baxış fərqlidir. Bəzi müctəhidlər ağıza toz getməyin mütləq olaraq orucu pozduğunu söyləmişlər. Bəzi müctəhidlər isə, bunun ehtiyati-vacibə görə orucu batil etdiyini buyururlar.
Məsələn, Ayətullah Seyyid Əli Sistani ehtiyata görə, qatı tozun orucu pozduğunu yazır, qatı olmayan tozun isə oruca ziyanı yoxdur. Ayətullah Nasir Məkarim Şirazi isə şərt qoyur ki, ağız boşluğuna daxil olandan sonra ağız suyu ilə qarışıb gilə çevrilən toz udularsa, oruc batil olar. Əks halda, oruc düzdür. Başı suya vurmaq olarmı?
Əhli-sünnə məzhəblərinə görə, orucluq zamanı suya baş vurmaq, dənizə dalmaq orucu pozmaz. Amma bu zaman ağızdan və burundan su keçməsi ehtimalı yarandığı üçün, suya baş vuran adam çox diqqətli olmalıdır. Bunun üçün ağzı və burnu qapatmaq və suyun içəri keçməsinə mane olmaq lazımdır. Hətta bəzi alimlər (xüsusilə hənəfi məzhəbində) ağızdan və burundan su keçməsi təhlükəsini nəzərə alaraq, imkan daxilində orucluq zamanı suya baş vurmamağı məsləhət bilirlər.

Cəfəri məzhəbli alimlərin əksəriyyətinə görə, ehtiyati-vacibə əsasən, suya baş vurmaqla oruc pozular. Diqqət yetirin ki, burada yalnız başı bütövlükdə suya batırmaq nəzərdə tutulur. Amma əgər insan başını suya salmadan yuyunsa, orucu düzgün sayılır. Bəzi cəfəri müctəhidlər (o cümlədən, Ayətullahül-üzma Sistani) oruc zamanı başı tamamilə suya batırmağın orucu pozmadığına, amma şiddətli məkruh əməl olduğuna fətva vermişlər.


Şərhlər:
Baxılıb: 1757
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz