Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bu gün, 16 iyul, Ramazan ayının birinci Qədr gecəsidir
Bu gün, 16 iyul, Ramazan ayının birinci Qədr gecəsidir
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2773
Səs ver:
Ramazanın 18-dən 19-na keçən gecə (bu il 16 iyuldan 17-nə keçən gecə) birinci Qədr gecəsidir.

Məhz bu gecə Allah Quranı bəşəriyyətə nazil edib. Buna dair Müqəddəs Kitabda iki ayə var: "İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) Ramazan ayında nazil edilmişdir”. ("Bəqərə”, 185) və "Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsi (lövhi-məhfuzda dünya səmasına) nazil etdik!” ("Qədr”, 1). Bu ayələrdən aydın olur ki, Quran Ramazan ayında və Qədr gecəsi nazil olub.

Qədir gecəsinin konkret hansı gecə olduğu bəlli deyil. Amma Peyğəmbər (s) və imamlardan gələn rəvayətlərə görə, Qədr gecəsi Ramazan ayının son 10 gününün tək gecələrindən biridir və daha çox ehtimal budur ki, 19, 21 və 23-cü gecələrindən biridir (27-ci gecə haqda da məlumat var). Bu gecələr xalq arasında "Əhya gecələri" kimi də tanınır.

Qədr gecəsi olduqca fəzilətli gecədir. Bu gecənin şəninə ayrıca bir surə nazil olduğu buna sübutdur. Məhz həmən surədə buyurulur: "Qədr gecəsi min aydan daha xeyirlidir!” ("Qədr”, 3).

Qədr gecəsi səhərə qədər oyaq qalmaq və ibadətlə məşğul olmaq böyük savab sayılır. Bu gecənin müxtəlif əməlləri var. Onlardan bəziləri bunlardır:

1. Qüsl etmək.

2. Səhərə qədər məsciddə ibadət etmək.

3. İki rəkət Qədr gecəsi namazı qılmaq (bu namaz sübh namazı kimidir, amma hər rəkətdə "Həmd” surəsindən sonra 7 dəfə "İxlas” surəsi oxunur və namaz bitdikdən sonra alını səcdəyə qoyub 70 dəfə "əstəğfirullahə və ətubu ileyh” deyilir.)

4. Quranı baş üzərinə qoyub Allah, Peyğəmbər və imamların adlarına Allahı and verib bağışlanma diləmək.

5. İmam Əli (ə.s) və İmam Huseynin (ə.s) ziyarətnaməsini oxumaq.

6. 100 rəkət müstəhəb namaz qılmaq. Qəza namazı olanlar yaxşı olar ki, 6 günlük qəza namazı qılsınlar. Bunun savabı həm 100 rəkətli namazın savabını ödəyir, həm də, 6 günlük qəza namazı qılınmış olur.

7. İmam Səccadın (ə.s) Qədr gecəsində oxuduğu duanı oxumaq.
)
8. Peyğəmbər və Əhli-beytinə salavat hədiyyə etmək. ( Daha ətraflı: http://qadinlar.biz/cemiyyet/islam/36145-qedr-gecesinin-fezileti-ve-emelleri.html )

Allah ibadətlərinizi qəbul etsin!


Şərhlər:
Baxılıb: 2773
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz