Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Peyğəmbərimizin (s.ə.s) iftarı və sahuru necə idi?
Peyğəmbərimizin (s.ə.s) iftarı və sahuru necə idi?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 797
Səs ver:
Peyğəmbərimiz (s.ə.s) iftarı dərhal açardı. Bir neçə tikə ilə orucunu açıb axşam namazını qılardı. Ənəs bin Malik (r.a.) deyir: "Rəsulullah (s.ə.s) iftarını namazdan əvvəl bir neçə təzə xurma ilə, təzə xurma olmayanda quru xurma ilə, o da olmayanda bir neçə qurtum su ilə açardı”.

Xurma o dövrün Mədinəsində ən çox yayılan bitkidir. Xurma tapılmayanda isə hər bölgədə həmişə olan su tövsiyə edilmişdir. Xurma və su seçimini qış mövsümündə xurma,  yay və isti mövsümlərdə su kimi izah edənlər də var. Peyğəmbərimiz (s.ə.s): "İnsanlar nə qədər ki iftara tələsirlər, xeyirli yoldadırlar”, – buyuraraq ümmətinə iftarı gecikdirməməyi tövsiyə etmişdir. Əbu Hüreyrə (r.a.) Rəsullahdan (s.ə.s) nəql etdiyi bir qüdsi hədisdə Allah-Təala buyurur: "Dərgahımda ən çox sevilən bəndələrim iftarı dərhal açanlardır”.

İftarın gecikdirmədən açılması ibadətlə bağlıdır. Rəvayətlərə görə, Yahudi və Xristianlar ulduzlar görünənə qədər iftarı gecikdirirmişlər. onların əksinə iftarı dərhal açmaq müstəhəb sayılmışdır. Digər bir səbəb isə axşam namazını fikri dağınıq halda qılmağın qarşısını almaqdır.

Hənəfi fiqh alimləri orucluya 3 şeyin müstəhəb olduğunu bildirmişdir: sahur yemək, sahur yeməyini gecikdirmək və iftar açmağa tələsmək.

Peyğəmbərimiz (s.ə.s) iftarda xüsusi yemək axtarmaz, nə olsa yeyərdi. Abdullah bin Əbi Əvfa Peyğəmbərimizin sevik adlı şorba ilə iftar açmasından bəhs edir.

İftar əsnasında və ya iftardan sonra Rəsulullah (s.ə.s): "Susuzluq keçdi, damarlar nəmləndi. İnşallah, savab da hasil oldu”, – deyərdi. "Ey Allahım yalnız Sənin üçün oruc tutdum və Sənin ruzinlə orucumu açdım” sözləri də Rəsulullahındır.

İnsanlara yardım etməyi sevən və ümmətini də buna təşviq edən Peyğəmbərimiz (s.ə.s) ramazanda müsəlmanları oruclulara iftar verməyə səsləmişdir: "Ey insanlar!.. süfrəniz hər kəsin üzünə açıq olsun, yemək yedirdin… Beləcə Cənnətə girərsiniz!”, "Bir orucluya iftar verən onun savabı qədər savab qazanır, həm də oruclunun savabından heç nə azalmır”. Bu hədisdə Peyğəmbərimiz (s.ə.s)  iftar verənlərin  böyük  savab qazanacağını bildirir.

"Kasıbları və acları doyurmaq” mövzusu ayələrdə və hədislərdə müxtəlif şəkillərdə əksini tapmış, zəkat, sədəqə, kəffarə və fitrənin ölçüləri müəyyən edilmiş və geniş təhlil olunmuşdur. Lakin Peyğəmbərimiz (s.ə.s): "Süfrəniz hər kəsin üzünə açıq olsun”, – buyurmaqla varlı-kasıb, mömin-müşrik fərqi qoymamışdır. Ona görə də Müsəlmanlar başda olmaqla, hər kəsə, hətta qeyri-müsəlmana da yemək vermək bu əmrin məzmununa daxildir. Süfrəni hər kəsin üzünə açmaq, kim olur-olsun, qonaq etmək möminə xas davranışdır. Hər gələni Xızır bilmək, gülər üzlə qarşılamaq və süfrə açıb qonaq etmək… Allah Rəsulunu "yemək verin” sözünün məna halqası belə geniş götürülməldir.

Peyğəmbərimiz (s.ə.s) sahura qalxmış və ümmətini də sahura qalxmağa təşviq etmişdir. İbn Adiyydən gələn bir rəvayətdə Həzrət Əli (r.a.) Rəsulullahın (s.ə.s) belə buyurduğunu nəql edir: "Bir qurtum su ilə də olsa, sahur edin, bir qurtum su ilə də olsa, iftar açın”.

Amr ibnül-Asdan (r.a.) gələn rəvayətdə isə: "Bizim orucumuzun Əhli-Kitabın orucundan fərqi sahur yeməyidir”,– buyuraraq sahur yeməyinin oruc tutmağı asanlaşdırmasına diqqət çəkmişdir.

Allah Rəsulu: "Gecə yeyilən sahur yeməyi gündüz tutulan oruca, gündüz yuxusu (günorta, qaylulə) isə gecə namazına (təhəccüdə) köməkdir”, – buyurur.

Meysərə (r.a.) demişdir: "Rəsulullah (s.ə.s): "Bir loğma və ya bir qaşıq şorba ilə də olsa, sahur edin, çünki o bərəkət yeməyidir. Sahur sizin orucunuzla Xristianların orucu arasında hüduddur (fərqdir)”, – buyurdu” .

Həzrət Ənəsdən (r.a.) Rəsulullahın (s.ə.s) belə buyurduğunu nəql edir: "Sahur edin, çünki sahurda bolluq və bərəkət vardır”.

Bərəkət kəlməsi müxtəlif şəkillərdə izah edilmişdir:

a) Az yeməyə qüvvət verərək oruca kömək edir. Rəsullahın (s.ə.s) "Bir qurtum su ilə, bir xurma dənəsi ilə olsa da…” – buyurması buna dəlalət edir. Bu, Allahın bir hökmüdür.

b) "Bərəkət” sözü ilə hesaba çəkilməkdən qurtulmaq nəzərdə tutulur. Həzrət Əbu Hüreyrədən rəvayət olunan bir hədisdə Allah Rəsulu:

"Qul üç şeyə görə hesaba çəkilməz. Sahur yeməyinə, iftar yeməyinə və (din) qardaşları ilə birlikdə yediyi yeməyə görə”, – buyurur.

c) "Bərəkət” sözü ilə oruc kimi gündüz edilən ibadətlərdə qüv­vət əldə etməkdir.

Qazı İyaz: "Bu bərəkət sahura qalxan şəxsin zikr, namaz, istiğfar kimi əməllərindən ibarət də ola bilər. Çünki insan sahura qalxmasa, bunları edə bilməz”, – deyir.

Abdullah b. Ömər (r.a.) rəvayət edir:

"Rəsulullah (s.ə.s): "Şübhəsiz ki, Allah və mələkləri sahur ye­yənlərə xeyir-dua edərlər”,– buyurdu.

Əbu Ümamə (r.a.) nəql edir: "Mən Rəsulullahın (s.ə.s): "Ya Rəbbi, ümmətimin sahur yeməyini bərəkətli et. Ey ümmətim! Bir qurtum su ilə, bir xurma ilə, bir neçə quru üzüm dənəsi ilə də olsa, sahur yeyin. Çünki mələklər sizə xeyir-dua edərlər”, – buyurduğunu eşitdim.

Rəsulullah (s.ə.s) bir hədisində buyurur:

"Sahur bərəkətdir, bir qurtum su ilə də olsa, sahur edin. Çünki Allah-Təala ilə mələkləri sahur yeyənlərə xeyir-dua edərlər”.

Həzrət Aişə (r.a.) deyir:

"Allah Rəsulu (s.ə.s): "Bizə bərəkətli yeməyi, yəni sahuru gətirin”, – buyurdu. Halbuki çox vaxt bu yemək iki xurma dənəsindən ibarət olurdu.

Nəsayidə verilən hədisi-şərif: "Peyğəmbərimizin (s.ə.s) yanına girdim, sahur yeməyi yeyirdi. "Bu yemək bərəkətdir, bu sizə Allahın verdiyi bir bərəkətdir. Onu tərk etməyin”, – buyurdu”.

İftarı axşam vaxtı girəndə açan Allah Rəsulu (s.ə.s) sahuru şəfəq sökülənə qədər gecikdirir, vaxtın sonuna doğru yeyir və ümmətinə də belə etməyi tövsiyə edirdi. Bu barədə İbn Ömər (r.a.) belə demişdir: "Rəsulullahın (s.ə.s) iki müəzzini vardı: Bilal və İbn Ümmü Məktum. Rəsulullah (s.ə.s) buyurdu: "Bilal gecə erkən əzan oxuyur. Siz Ümmü Məktum əzan oxuyana qədər yeyin için”.

Zeyd ibn Sabitdən (r.a.) rəvayət edilir: "Biz Rəsulullahla (s.a.s.) birlikdə sahur yeməyi yedik, sonra isə sübh namazını qıldıq”. "Sahur yeməyi ilə sübh namazı arasında nə qədər vaxt keçdi?” – deyə soruşdular. "Əlli ayə oxuyacaq qədər”, – deyə cavab verdi.

Peyğəmbərimizin (s.a.s.) təkcə iftardan deyil, sahurda da qonaq qəbul edirdi. Həzrət İrbad b. Sariyə belə demişdir: "Rəsulullah (s.ə.s) məni ramazanda sahur yeməyinə dəvət etdi, "Bərəkətli yeməyə buyur!” − dedi.

Əbu Yalanın rəvayəti: "Rəsulullah (s.ə.s) sahur yeməyi və tirit (*Ət suyuna qızardılmış və ya bayat çörək qoyulmaqla hazırlanan yemək) haqqında bərəkət duası etdi”. Başqa bir rəvayətində isə: "Rəsulullah (s.ə.s) "Sahur bərəkətdir, tirit bərəkətdir, camaat da bərəkətdir”, –  buyurdu”, – deyir.


Şərhlər:
Baxılıb: 797
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz