Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Oxumaq mütləq lazımdır
Oxumaq mütləq lazımdır
Göndərən: pozitiv
Şərhlər:
Baxılıb: 1491
Səs ver:
Allah - bütün varlıq aləmini yaratmış və idarə edən fövqəltəbii qüvvə. Lüğəti mənada ibadət edilən, məbud deməkdir. Bəziləri səhv olaraq, İslamdakı Allah anlayışının digər dinlərdəki tanrı anlayışından fərqli olduğunu düşünürlər ki, bu da bəzən dinlərarasıanlaşılmazlığa gətirib çıxarır. Məsələn, "Lə ilahə illəllah" ifadəsini rus dilində çox vaxt "net Boqa krome Allaha" kimi tərcümə edirlər. Bu, səhvdir. Belə ki, rus dilində "Boq" sözünün verdiyi mə"na ərəb dilində "Allah" sözünün mə"nası ilə üst-üstə düşür. Bu baxımdan "Net Bojestva krome Boga" və ya "Netu Bojestva krome Allaha" tərcüməsi daha düzgündür. Lakin qeyd etməliyik ki, İslam dinində Allah təkdir və dinimiz digər tanrıların mövcüdluğunu inkar edir.

Abdəst - "dəstəmaz" sözünün sinonimidir. Müsəlmanları ibadətdən, xüsusilə namazdan əvvəl paklıq niyyəti ilə yuyunmasıdır.

Azan - namazdan əvvəl müsəlmanlar tərəfindən deyilən cümlələr. Azanın mətnində Allahın böyüklüyü, təkliyi, Həzrət Məhəmmədin (s) peyğəmbərliyi xatırlanır və namaza çağırış səslənir. Azanı obrazlı ifadə ilə "İslamın şüarı" adlandırırlar.

Ayə - lüğəti mənada nişanə və rəmz deməkdir. Lakin bir termin kimi Qurani-kərimin hər cümləsinə "ayə" deyilir.

Ayətullah - İslam aləmində ən yüksək dini rütbələrdən biridir. İslam elmlərinin incəliklərinə bələd olan alimlərə "ayətullah" deyilir. Lüğəti mənası "Allahın yer üzərində nişanəsi" deməkdir.

Amin - bütün duaların sonunda işlənən söz. Təqribi mənası "Dua qəbul olsun!" deməkdir.

Axirət - İslam əqidəsinə görə, bütün insanlar qiyamət günündə Allahın əmri ilə dirildilib, məhşər (sorğu-sual) meydanına çəkiləcəklər. Bu dünyada etdiyi əməllərə uyğun olaraq, hamının hökmü veriləcək. Yaxşı insanlar cənnətə, pis adamlar isə çəhənnəmə göndəriləcəklər. Bundan sonra həyat həmin yerlərdə (cənnə və cəhənnəmdə) davam edəcək.. Məhşər günündən sonrakı həmin aləmə "axirət aləmi" deyilir.

Aşura - lüğəti mənası "onuncu gün" deməkdir. Termin olaraq üçüncü İmam Hüseynin (ə) Kərbəla səhrasında faciəvi ölüm günü - yəni hicri-qəməri təqvimlə məhərrəm ayının 10-u "aşura" adlanır.

Axund - İslam aləmində ali dini rütbə. Lüğəti baxımdan bu sözün "oxumuş (təhsilli) adam" mə"nasını ifadə edən "ağaye-xundə" sözündən qaynaqlandığı ehtımal olunur.

Beyət - bir kəsin hakimiyyətini tanımaq bə ona tabeçiliyi etiraf etmək. Qədimlərdə hökmdarlar, şəhər valiləri və b. hakimiyyətə keçdikdə, tabeçilikdə olanlar bir-bir onların əlini sıxıb, itaət etdiklərini bildirirdilər; buna beyət deyilirdi.

Vəsiyy - İslam qanunlarına və milli adət - ənənərə əsasən, hər kəs, vəsiyyətlərini yerinə yetirmək üçün, ölümündən əvvəl bir nəfəri özünə canişin seçir. Bu adama "vəsiyy" deyilir. Mərhumun dəfnini təşkşl etmək, mirasını bölüşdürmək, vəsiyyətinin icrasına nəzarət etmək və s. məsələlər vəsiyyin öhdəsindədir.

Qüsl - İslam ehkamına görə, paklanmanın bir növüdür. Müsəlman şəxs cinsi əlaqədən sonra, habelə qadınlar heyz və nifas hallarından sonra mütləq qüsl almalıdırlar. Boynuna qüsl gəlmiş şəxs əvvəlcə başını və boynunu, sonra bədəninin sağ tərəfini, axırda isə sol tərəfini su ilə yumalıdır.

Dəstəmaz - paklanmanın bir növüdür. Qüsldən fərqli olaraq, dəstamaz alan şəxs bədəninin yalnız bəzi üzvlərini yuyur, yaxud onlara məsh çəkir (yə"ni yaş əlini həmin bədən üzvlərinin üzərinə sürtür). Namaz qılmaq, Quran yazısına, peyğəmbər və imamların adına toxunmaq üçün mütləq dəstəmazlı olmaq lazımdır.

Ehram - həcc zamanı hacıların geyindiyi xüsusi libas. Ehram iki ədəd tikişsiz, ağ parçadan ibarətdir. Hacılar bu parçaların birini çiyinlərinə salır, o birini isə bellərinə bağlayırlar.

Əcr -
"savab" sözünün sinonimidir. Dini inanclara görə, insanın etdiyi hər bir xeyir əməl müqabilində Allah-təala ona əcr (savab) verir.

İctihad - İslam dininin əsas mənbələrini, yəni Quran, hədis və s.-yə müraciət edərək, onların əsasında şəriət hökmü vermək "ictihad" adlanır. İctihad etmək üçün mütləq bir sıra dini elmləri mükəmməl bilmək lazımdır.

Ziyarət - Müqəddəs şəxslərin ruhuna salam göndərmək məqsədi ilə onların məzarı yerləşən yerə səfər etmək. Bə"zən dini şəxslərin görüşünə getmək də "ziyarət" adlanır.

Yəzdan - zərdüşt dinində "tanrı" deməkdir. Lakin fars dilində qəlqmə alınmış bə"zi İslam mənbələrində "yəzdan" sözü "Allah" mə"nasında işlənmişdir. Klassik Azərbaycan ədəbiyyatı nümunələrində (xüsusilə, Nəsimi və b.-nın yaradıcılığında) bu sözə tez-tez rast gəlinir.

Kəlmeyi-şəhadət - insanın müsəlmanlığını sübuta yetirən iki cümlə. "Əşhədu ən la ilahə illəllah. Əşhədu ənnə Mühammədən rəsulüllah" (Tərc: "Təsdiq edirəm ki, Allahdan başqa mə"bud yoxdur. Təsdiq edirəm ki, Məhəmməd (s) Allahın elçisidir, yə"ni peyğəmbərdir") cümlələrini deyən hər bir şəxs müsəlman sayılır və müsəlman icmasının bərabərhüquqlu üzvü hesab edilir. Qeyd: Cə"fəri məzhəbinə görə, kəlmeyi-şəhadətə aşağıdakı cümləni də əlavə etməyin çoxlu savabı vardır: "Əşhədu ənnə əliyyən vəliyullah" (Tərc: "Təsdiq edirəm ki, Əli (ə) Allahın dostudur"). Bir daha qeyd edilməlidir ki, bu cümləni demək vacib deyil, müstəhəbdir.

Gülab - gül yağı ilə suyun qarışığı. Milli adət-ənənəyə əsasən, dini məclislərdə (xüsusilə yas yərlərində) gülab paylayırlar (məclisə gələnlərin ovcuna azacıq gülab tükürlər). Gülab alan şəxs isə ovcundakı gülabı üzünə sürtüb salavat çevirir.

Laməkan - ərəb dilindən tərcüməsi "məkansız" denəkdir. İslam mənbələrində "laməkan" sözü - Allahın məşhur adlarından biri kimi xatırlanır. Allah-təala cism olmadığı və formadan məhrum olduğu üçün, məkan çərçivəsinə sığışmır bə buna görə də "laməkan" adlandırılır.

Münacat - Allaha müraciət şəklində deyilən şer və nəsr nümunəsi. Münacatın əsas məzmunu Allaha həmd, şükr və duadan ibarətdir. Duaların mətnində, habelə müsəlman ədəbiyyatında, o cümlədən Azərbaycan klassik ədəbiyyatında xeyli gözəl münacat nümunələri vardır.

Nət - ədəbiyyatda Həzrət Məhəmməd Peyğəmbər (s) haqqında deyilmiş şer nümunələrinə "nət" deyilir. Nizami, Füzuli, S.ə.Şirvani kimi Azərbaycan şairlərinin dəyərli nətləri məşhurdur.

Övliya - "vəli" (yəni Allah dostu) sözünün cəmidir. Dini kitablarda yüksək əxlaqi məqama, "kəramət" adlanan xariqul-adə və qeyri-adi işlər görmək bacarığına malik olan şəxslər "övliya" adlandırılmışlar.

Peyğəmbər - fars dilindən tərcümədə hərfi mənası "xəbər gətirən" deməkdir. Allahla insanlar arasında rabitə yaratmaq, Allahın əmr və qadağanlarını insanlara çatdırmaq vəzifəsi peyğəmbərlərə tapşırılmışdır. Tarix boyunca Allah bəşəriyyətə 124 min nəfər günahsız (mə"sum) Peyğəmbər gondərmişdir ki, bunların birincisi Həzrət Adəm (ə), sonuncusu isə Həzrət Məhəmməddir (s).

Rükət - şərti olaraq namazın bölündüyü hissələrə deyilir. Hər rükətdə mütləq qiraət (Quran surələrinin oxunuşu), rüku və iki səcdə olur. Sübh namazı iki rükət, məğrib namazı üç rük"ət, zöhr, əsr, və işa namazları isə dörd rük"ətdən ibarətdir.

Salavat - dua növüdür. Həzrət Məhəmməd Peyğəmbərin (s) adı çəkildikdən sonra onun ruhuna həmişə salavat demək lazımdır. Salavatın mətni belədir: "Allahümmə səlli əla Mühəmmədin və ali Mühəmməd" (Tərc: "İlahi, Məhəmməd Peyğəmbərin (s) və onun nəslindən olanların ruhuna salam olsun!") Peyğəmbərin adı çəkilmədən salavat çevirməyin böyük səvabı vardır.

Təsbih (yaxud təsbeh) - lüğəti mənada tərcüməsi "müqəddəsləşdirmək, həmd etmək"dir. Allahı gözəl adlarla öymək, onun müqəddəs sifətlərini tərifləmək "təsbih" sayılır. Lakin termin kimi ""təsbih"" adı altında, sapa düzülmüş 33 yaxud 100 dənədən ibarət əşya nəzərdə tutulur. Təsbihin dənələri su ilə yoğrulub qurudulmuş torpaqdan (bu, adətən müqəddəs yerlərin torpağı olur), şüşədən, bəzən isə qiymətli daşlardan ibarət olur. Təsbih çevirərkən adətən "zikr" adlı dualar oxunur. Elə təsbih çevirməyin məqsədi də 33 dəfə təkrarlanan zikrlərin sayını yadda saxlamaqdır.

Ümrə - Məkkə ziyarətinin bir növüdür. Həccdən fərqli olaraq, ümrə ziyarətini ilin müəyyən günlərində yerinə yerirmək vacib deyildir. İstənilən vaxt Məkkəyə getmiş şəxsin ziyarəti ümrə sayılır.

Fitrə zəkatı - zəkatın bir növü olub, hər il ramazanın sonunda ödənilir. Hər bir müsəlman özü və öhdəsində olan ailə üzvləri üçün fitrə zəkatı olaraq adambaşına təqribən 3 kq. buğda (buğda əvəzinə arpa, xurma, kişmiş də ola bilər), yaxud bunun pulunu verməlidir. Fitrə zəkatı yeməyə ehtiyacı olan kasıb adamlara verilir.

Xatəmul-ənbiya - ərəb dilindən tərcümədə "Peyğəmbərlərin möhrü" deməkdir. Peyğəmbərlərin sonuncusu olan Həzrət Məhəmməd (s) bu ləqəblə tanınır. Qədim dövrlərdə (s) yazıların lap sonuna möhür vurulardı. Buna görə də Həzrət Məhəmmədi (s) peyğəmbərlər siyahısının sonunda tamamlayıcı möhrə bənzədərək, ona bu ləqəbi vermişlər.

Hədis - Həzrət Məhəmməd Peyğəmbərin (s) dilindən söylənilən kəlam. Cəfəri məzhəbinə görə, on iki imamın dilindən rəvayət edilən hədislər də peyğəmbərin hədisləri qədər əhəmiyyətli sayılır. İslam tarixi boyunca on minlərlə hədisi əhatə edən iri hədis məcmuələri tərtib olunmuştdur.

Çavuş - qədimlərdə Həcc, Kərbəla və Məşhəd ziyarətinə gedənləri karvana toplayan şəxslərə "çavuş" dəyirdilər. Çavuşlar şəhərin içində məhəllə-məhəllə gəzib, uca səslə qəsidə oxuyar və camaatı hazırlaşmağa çağırardılar. Klassik şairlər çavuşların oxuması üçün "çavuşi" adlı xüsusi şə"rlər yazmışlar.

Cihad - döyüş, mübarizə deməkdir. İslamda cihadın iki növü vardır. İslam dişmənləri ilə, habelə Vətənin azadlığı uğrunda aparılan müharibə "cihadi-əsğər" (kiçik cihad), insanın öz nəfsi və tamahı ilə apardığı mibarizə isə "cihadi-əkbər"(böyük cihad) adlanır.

Şəhid - cihadda həlak olmui şəxslərə deyilir. Quranda, habelə Peyğəmbərin və imamların hədislərində şəhidlərin yüksək məqamı, axirətdə onlara veriləcək mükafat haqqında çoxlu məlumat vardır.

Abid -
lüğəti mənada "ibadət edən" deməkdir. İslam tarixində öz gözəl əxlaqı, çoxlu ibadətləri ilə məşhur olan şəxslərə "abid" demişlər. Həmin şəxslər həqiqətən ibadətdən zövq almış, günün əksər vaxtlarında Allaha ibadət etməyi özlrinə borc bilmişlər. Belə abidlərdən çoxlu fövqəladə hərəkətlər - kəramətlər müşahidə edilmişdir.

Bürhan - "dəlil, sübut" deməkdir. Hər bir elm sahəsində olduğu kimi, İslami fəlsəfə və kəlam elmlərində də bütün əsas prinsiplər dəlillər vasitəsilə sübuta yetirilir. Məsələn, Allahın varlığı, vahidliyi, ədaləti, peyğəmbərlərin və imamların zərurəti, onların məsumluğunun vacibliyi və s. məsələlərin hər biri çoxlu sayda bürhanlar vasitəsilə isbat olunur.

Qəsidə - klassik ədəbiyyatda şer formalarından biri. Adətən, əruz vəznində yazılır. Quruluş etibarı ilə qəzəli xatırladan qəsidə həcminin böyüklüyü, dini-irfani məzmunu ilə bundan fərqlənir. Qəsidənin ilk beytinin misraları bir-biri ilə qafiyələnir. Sonrakı beytlərin ilk misralarının qafiyələri sərbəst buraxılır, ikinci misra isə ilk beytlə həmqafiyə şəklində yazılır. Qəsidələrdə adətən, Allah-təala, peyğəmbərlər, imamlar mədh olunur. Azərbaycan ədəbiyyatında Nəsimi, Füzuli, Xətai, S. Ə. Şirvani və başqalarının dərin məzmunlu qəsidələri çox məşhurdur.

Diyə - şəriət terminlərindəndir. İlam qanunlarına görə, qəsdən cinayət törətmiş hər bir şəxs etdiyi əmələ müvafiq surətdə cəriməni zərərçəkənə ödəməlidir. Bu cəriməyə "diyə" deyilir. Diyənin miqdarı törədilən cinayətin ağırlığından asılıdır. Məsələn, xüsusilə ağır olan qətl cinayətinə görə, cani ya öldürülməli, ya da zərərçəkən tərəfə diyə ödəməlidir. Bəzən əks tərəf diyəni qəbul etməklə razılaşır və beləliklə cani ölümdən xilas olur. Diyənin hökmləri mürəkkəbdir, bu barədə ətraflı məlumat almaq üçün mütləq şəriət kitablarına müraciət olunmalıdır.

Ecaz - hər hansı hərəkətin təkraredilməzliyini, başqalarının bu işi təkrar etməyə aciz olduqlarını bildirən ifadədir. Dini ədəbiyyatda "ecaz" kəlməsi adətən, Quranla baglı islədilir. Allahın ən boyuk möcüzələrindən sayılan Qurani-Kərim heç bir insan tərəfindən təkrar olunmayacaq dərəcədə dəqiq söz və məna gözəlliyinə malikdir. Quranda işlənmiş hərf və sözlərin təkrarı, kəlmələrin məna rəngarəngliyi, xüsusi ahəngdarlıqla növbələşməsi bu kitabın ecazını göstərən xüsusiyyətlərdəndir. Böyük İslam ədibləri, filoloq və təfsirçilər Qurani-Kərimin ecazı barədə xeyli dəyərli əsərlər yazmışlar.

Əzləm -
İslamdan əvvəlki cahilliyə dövrü ərəblərin məxsusi atributlarından biri. Bütpərəst ərəblər hər hansı bir işi görmək istəyərkən əvvəlcə oxlarla fala baxırdılar. "Əzlam" adlı bu fal oxlarının sayı adətən üç ədəd olurdu. Oxların birinin üstünə "Tanrı əmr edir", o birinin üstünə "Tanrı qadağan edir" yazırdılar. Üçüncü oxu isə yazısız buraxırdılar. Həmin oxlar mötəbər sayılan bütlərin qarşısına qoyulurdu. Fal üçün müraciət edən şəxsin özü, yaxud kahin oxları qarışdırıb arasından birini götürürdü. Əgər birinci ox çıxırdısa, nəzərdə tutulan işi yerinə yetirirdilər. Qadağan oxu çıxsaydı, həmin əməldən çəkinirdilər. Yazısız ox çıxdığı təqdirdə proses təzədən təkrar olunurdu. Qurani-Kərimdə cahiliyyə dövrünün bəzi ənənələri sırasında fal oxları da qadağan edilmişdir: "Ey iman gətirənlər! Şərab, qumar, bütlər, fal oxları (əzlam) şeytan əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız!" ("Maidə" surəsi, 90-cı ayə).

İctinab - "çəkinmək, uzaq qaçmaq" deməkdir. İslam əxlaqında adətən günahlardan çəkinməyə "ictinab" deyilir. Günah və haram işlərdən ictinab etmək insanın əxlaqını kamilləşdirir, onu dünya və axirət xoşbəxtliyinə yetirir.

Zərih - müqəddəs şəxslərin qəbrini ətraf mühitdən ayıran maneəyə deyilir. Müsəlman aləminin müxtəlif nöqtələrində dəfn edilmiş şəxsiyyətlərin məzarı üstündə divarları taxta, dəmir, gümüş və yaxud qızıldan olan üstübağlı xırda otaq şəklində zərihlər qurulur. Mədinədə Həzrət Məhəmməd peyğəmbərin (s), Nəcəfdə İmam Əlinin (ə), Kərbəlada İmam Hüseynin (ə), Məşhəddə İmam Rzanın (ə) məzarları uzərində qurulmuş məhəccər şəkilli qızıl zərihlər müsəlman incəsənətinin şah əsərlərindən sayılır.

Kəramət -
gözəl əxlaqı, elmi və ibadəti ilə seçilən müqəddəs həyata keçirə bildikləri fövqəladə əməllərə deyilir. Məsum şəxslərin (Peyğəmbər və İmamların) qeyri-adi hərəkətləri "möcüzə" adlandığı halda, qeyri-məsum şəxslərin belə hərəkətləri "kəramət" adlanır. İslam tarixində böyük ariflər, alimlər, seyyidlər Allah yanında uca məqama malik olduqlarına görə, xalqın ehtiyaclarını yerinə yetirmək üçün Allaha dua etmiş, Allah da onlara kəramət göstərmək qüdrəti vermişdir.

Minarə - müsəlman memarlıq elementlərindən biri, məscid kompleksinə aiddir. Məsciddə azan verən şəxs səsinin daha böyük ərazilərə yayılması üçün minarəyə qalxır və oradan azan verir. Minarələrin daxilində vintvari pilləkən və müəyyən yüksəklikdə minarəni dövrələyən eyvan (azançının dayanması üçün) qurulur. Milli ənənələrdən və memarlıq üslublarından asılı olaraq, müsəlman ölkələrində dairəvi, kvadrat, səkkizbucaqlı və s. formalı en kəsiyinə malik minarələr tikilir. Məkkə, Mədinə, Qahirə, Dəməşq, Bağdad, Kərbəla və İstambul kimi qədim şəhərlərindəki məscidlərin minarələri öz orijinallığı, ornamentlərin rəngarəngliyi, gözə yatımlı forması ilə diqqəti cəlb edir.

Siyrə - müsəlman tarixçiliyi janrlarından biri. İslam müqəddəslərinin həyatı, fəaliyyəti və davranışları haqqında məlumatlara, habelə bu mövzuda yazılmış kitablara "siyrə" deyilir. Daha dar mənada Həzrət Məhəmməd peyğəmbərin (s) həyatı haqqındakı kitablar "siyrə" adlanır. İbn İshaq, İbn Hişam, Hələbi və s. müəlliflər tərəfindən qələmə alınmış siyrə kitabları xüsusilə məşhurdur.

Türbət - lüğəti mənada "torpaq" deməkdir. Adətən, İslam müqəddəslərinin məzarı üzərindən götürülmüş torpağa "türbət" deyilir. Dahi İmam Hüseynin (ə) dəfn olunduğu Kərbəla torpağı "turbət" adlanır. Türbətdən təbərrük məqsədilə istifadə edilir. Şiə məzhəbində namaz zamanı Kərbəla türbətindən düzəldilmiş möhürə səcdə etmək böyük savaba malikdir. Şəriət hökmlərinə görə, vəfat etmiş müsəlmanı dəfn edərkən yanağının altına və sinəsinə azacıq türbət tökmək savabdır. Türbətin bəzi şəfaverici xüsusiyyətləri də vardır. Tarixdə ağır xəstəliyə düçar olmuş şəxslərin türbət vasitəsilə sağalmaları haqqında çoxlu faktlar vardır.

Ücb - İslam əxlaqı terminlərindən biri, təvazönün ziddidir. Bir kəsin özünü hamıdan üstün tutmasına, başqalarını özündən əskik bilməsinə, özünün bütün nöqsanlarına göz yumub öz şəxsiyyətinə pərəstiş etməsinə "ucb" deyilir. İslam əxlaqının əsas mənbələri olan Quran ayələri və hədislər ücbü qətiyyətlə rədd edir. Ücb və təkəbbür insanı təkamül yolundan saxlayır, onu əxlaqi gözəlliklərdən məhrum edir, dünyagörüşünü məhdudlaşdırır, ətrafdakılarla münasibətini pisləşdirir, insanı dar və qapalı bir çərçivəyə salır.

Fürqan - tərcüməsi "fərq qoyan, bir-birindən ayıran" deməkdir. Qurani-Kərimin adlarından biri də "Fürqan"dır. Quran ayələrinin özündə Allah-təala bu səmavi kitabı həmin adla adlandırır. Qurani-Kərim haqla batili, yaxşı ilə pisi ayıran əsas meyar olduğu üçün ona bu ad verilmişdir. Çünki Quranın hökmlərinə əməl edən şəxs hər iki dünyada səadət əldə edir, bu hökmləri pozan adam isə ilahi əzaba düçar olur. Quranda buyurulur: "Aləmləri qorxutmaq üçün Fürqanı (yəni haqla batili ayıran kitabı) öz bəndəsinə endirən Allah nə qədər uca və uludur!" ("Furqan" surəsi, 1-ci ayədən).


Şərhlər:
Baxılıb: 1491
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz