Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İslamın mənası və dərəcələri
İslamın mənası və dərəcələri
Göndərən: pozitiv
Şərhlər:
Baxılıb: 1447
Səs ver:
İslamın mənası
Qur`ani-kərimin bə`zi ayələrində "İslam” və ondan düzələn digər sözlərdən istifadə olunmuşdur.

İslam dedikdə bəzən insanı Allah-taalaya tam təslim etmək istəyən ilahi dinlərin, bəzən Allahın yeganəliyi və Onun rəsulu həzrət Məhəmmədin (s) haqq olmasına dildə şəhadət vermək, bəzən də iman nəzərdə tutulur.

Ümumi şəkildə belə bir nəticə çıxarmaq olar ki, İslam təslim olmaq deməkdir. Qəlbən İslamı qəbul etmək iman adlanan etiraf və yəqindən, dildə İslamı qəbul etmək, onu iqrar edib şəhadət verməkdən, bədəni və xarici görünüşülə İslamı qəbul etmək Allah-taalanın əmrlərini yerinə yetirməkdən, İslamı mütləq qəbul etmək isə insanın bütün yönlərinə aid "təslim”çilikdən ibarətdir. Təbii ki, belə bir İslam həmişə imanla birgədir. Beləcə, hər bir müsəlmanı mö`min də adlandırmaq olar. Lakin İslam bə`zən yalnız dildə, yaxud əməldə görünür. Qur`ani-kərim belə insanları daxilən kafir olmaları aşkarlanana qədər müsəlman hesab edir.

İslamın dərəcələri
:

Birinci dərəcə: Dildə Allahın yeganəliyinə və həzrət Məhəmmədin (s) peyğəmbərliyinə şəhadət vermək; istər qəlbən qəbul etsin, istərsə də etməsin.

İkinci dərəcə: İnsan öz qəlbində Allah-taalaya və dini məsələlərə ümumi şəkildə iman gətirib, baş əyir. Bu dərəcədə insanın saleh əməllər yerinə yetirməsi tələb olunur. Onun bə`zən ilahi əmrlərdən boyun qaçırması da ehtimal edilir. "Zuxruf” surəsinin 69-cu, "Bəqərə” surəsinin 208-ci ayələrində İslamın bu dərəcəsinə işarə olunmuşdur.

Üçüncü dərəcə: İnsan qəlbində Allah-taalanın əmr və qadağalarını incəliklərinə qədər qəbul edir və Ona təslim olur. Bu dərəcədə insan canla-başla Allaha təslim olur və elə itaət edir ki, sanki Onu görür; əgər özü Onu görmürsədə, elə hiss edir ki, Allah onu görür. İnsani keyfiyyətlərə və səciyyəvi xüsusiyyətlərə malik olmaq, baş əymək, razı qalmaq, zahid və təqvalı olmaq... bu dərəcənin tələb etdiyi sifətlərdəndir.

Dördüncü dərəcə:
İnsan öz vücudunu tam mə`nada Allahın ixtiyarına verir. Bu dərəcəyə yalnız ilahi övliyalar malik ola bilər. Bə`zi alimlər İslamın bu dərəcəsini "böyük İslam” adlandırmışlar.

İslam və imanla bağlı aşağıdakı iki rəvayətə diqqət yetirmək çox faydalıdır:

1. Məsumlardan: (ə)"İnsanın mö`min adı qazanmasının minimum şərtləri hansılardır?” – deyə soruşulduqda, buyurdular: "Haqq Allahdan başqa heç bir mə`bud olmamasına şəhadət vermək, bir olan Allahdan başqa heç bir şeyə pərəstiş etməmək, Onun Rəsulunu (s) və imamları qəbul etmək.”

2. İmam Sadiq (ə) buyurmuşdur: "Bə`zi vaxtlar Allahın bəndələri mö`minlikdən öncə müsəlman olurlar, lakin müsəlmanlıqdan öncə mö`min ola bilmirlər. Buna əsasən, İslam imandan qabaqkı bir mərhələ və dərəcədədir. Onun (İslamın) imanla müştərək nöqtələri var. (Allah-taalanın qadağan etdiyi) Kiçik və böyük günahlara yol verənlərə iman (mö`min) yox, yalnız İslam (müsəlman) adı vermək olar. Əgər onlar tövbə etsələr, iman mərhələsinə qayıda bilərlər. Onları yalnız inkar və "istihlal”halı küfrə sövq edər. «İstihlalın» mənası budur ki, Allahın halalını haram, haramını isə halal bilib, buna qəlbən etiqad bəsləsinlər. Belə bir şəriatdə onlar İslamdan çıxıb, küfr vadisinə daxil olarlar.”

Beləliklə, yalnız icmali yəqin və elm həddində Allaha mərifəti olanlar mö`minlər zümrəsindən sayıla bilər. Qeyri-möminlərdə isə belə bir mərifət yoxdur. Onlar ya şəkk-şübhə, ya nadanlıq, ya güman, ya da hər üçünə qərq olmuşlar. Eləcə də, küfr, ikiüzlülük və şirkin yaranmasına yalnız mərifət və Allahı tanımaq maneələri yox, bə`zən əxlaqi və psixi amillər də öz təsirini göstərir.


Şərhlər:
Baxılıb: 1447
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz