Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Allah qadını necə yaratdı?
Allah qadını necə yaratdı?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2119
Səs ver:

 

http://imgs.su/tmp/1320411363-656.jpg


Qurani Kərimin açıq ifadəsiylə ilk insan Hz. Adəmdir. Cənabı Haqq onu yaradarkən torpaq ünsürünü seçmiş, ondan yaratmış, daha sonra da ruh vermişdir. İlahi hikmət, həm Hz. Adəmə bir can yoldaşı olması həm də insan növünün törəyib çoxalması üçün Həvva anamızı yaratmışdır.

Nisa Surəsinin 1 ci ayəsi kəriməsində bu yaradılış, "O insandan yoldaşını bədənə gətirdi" tərcüməsindəki cümləsiylə ifadə edilər.

Məşhur təfsirlərdə bu ayə açıqlanarkən belə deyilər:


Cənabı Haqq, Həvvanı Hz. Adəmin sol qabırğa sümüyündən yaratdı. O sırada Hz. Adəmi yüngül bir yuxu tutdu. Bir müddət sonra oyandığında Hz. Həvvanı gördü. İlk anda çaşdı, sonra çox sevindi. Ürəyi dərhal ona istiləndi və aralarında bir ünsiyət və ülfət meydana gəldi.

Bu məsələ hədisi şəriflərdə açıqca bəyan edilir. Bu barədə rəvayət edilən iki hədisi şərifin tərcüməsi belədir: Əbu Hüreyrə (r.ə.) rəvayət edir. Rəsulu Əkrəm Əfəndimiz (a. s. m.) belə buyurmuşlar:

"Qadın qabırğa sümüyündən yaradılmışdır. O, məmnun olacağın bir tərzdə dümdüz davam edə bilməz. Əgər ondan faydalanmaq istəyirsənsə bu əyri halıyla birlikdə faydalanarsan. Tam arzuna görə düzəltməyə qalxsan onu qırarsan. Onun qırılması da boşanmasıdır."

Hz. Əbu Hüreyrənin başqa bir rəvayətində də Peyğəmbər Əfəndimiz (a. s. m.) belə buyurarlar: "Allaha və Axirət gününə iman edən, bir məsələyə şahid olduğu, gördüyü zaman ya xeyr danışsın və ya sussun."


Qadınlar haqqında yaxşılıq və xeyr tövsiyə edin. Çünki onlar qabırğa sümüyündən yaradılmışlar. Qabırğa sümüyünün ən əyri tərəfi də üst tərəfi, uc qisimidir. Əgər onu istiqamətləndirib düzəltməyə cəhd etsəniz, onu qırarsınız. Öz halında buraxsanız daim əyri qalar. Elə isə bir-birinizə, qadınlara yaxşı davranmağı tövsiyə edin"

Hədisi şərif, ilk qadın olması etibarilə Hz. Həvva nın, bu səbəbdən bütün qadın sinifinin həm maddi baxımdan yaradılışına, həm də xasiyyət, xarakter, təbiət, mizaç və bünyəsinə işarə etməkdədir.

Hz. Həvva ilk qadın idi. Cənabı Haqq onu bir hikmət əsəri olaraq Hz. Adəmin bir parçasından yaratmışdı. Daha sonrakı bütün qadın və kişilər bu iki insandan törəmiş, çoxalmışdır.

Gərək Hz. Adəmin yaradılışında, gərəksə daha sonra Həvva anamızın yaradılışında necə bir yaradılış qanunu, hansı hikmətə görə cərəyan etmişdir, bilməyirik. Bu, qüdrəti İlahiyyəni göstərməsi yanında, eyni zamanda insan yaradılışına atanı birinci dərəcədə, ananı da , ikinci dərəcədə göstərir.


Yəni uşağın təşəkkülünə səbəb olan sperma kişidən gəldiyindən, bu vəziyyətdə ata birinci dərəcədə rol oynamaqdadır. Almalılı mərhumun ifadəsiylə "Təlkihi edən kişi və alan qadın olmaq şərəfiylə kişi muqaddəm, qadının tali var."

Ayrıca ilk kişi olan Hz. Adəmin, ilk qadın olan Həvvanın yaradılışı tamamilə istisnası bir vəziyyətdir. Bu nöqtəni də əhəmiyyətlə ifadə etmək lazımdır.

Elm adamlarımızın ifadəsinə görə insanın hər hüceyrəsində, proqram əsasında, bütün orqanlarının xarakterləri mövcuddur.


Buna görə, Hz. Həvvanın yaradılışında qabırğa sümüyündən bir hüceyrə, təməl olmuş ola bilər. Bu hüceyrə bir saç hüceyrəsi yaxud ciyər hüceyrəsi də ola bilərdi. İlahi hikmət bunu beləcə təqdir etmişdir.

 



Şərhlər:
Baxılıb: 2119
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz