Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Peyğəmbər(s.a.s)-ə 40 sual..(sual-7)
Peyğəmbər(s.a.s)-ə 40 sual..(sual-7)
Göndərən: Rahila
Şərhlər:
Baxılıb: 1044
Səs ver:
Sual-7
Beytul-məmur nədir və nədən yaranmışdır, ya Məhəmməd ?


Məhəmməd peyğəmbər cavab verdi ki, Beytul-məmur qızıl yaqutdan bir ev idi. Haqq-taala Adəm peyğəmbəri xəlq etdi. Sonra mələklərə xəbər verdi ki, yer üzərində xəlifə yaratdım. Gedin ona səcdə edin. Mələklər gəlib Adəmə səcdə etdilər, onu Cənnətə apardılar. Haqq-taala Həvvanı yaratdı ki, Adəmə övrət olsun. Onlara əmr olundu ki, Cənnətin bütün meyvələrindən yesinlər və şərabından içsinlər, amma buğda ağacının meyvəsinə toxunmasınlar. Lakin şeytan onları aldatdı. Şeytan Adəmə pıçıldadı ki, əsl meyvə buğda ağacının meyvəsidir. Kim ondan yeyərsə, o, əbədi Cənnətdə qalar. Əgər Cənnətdə qalmaq istəyirsinizsə, bu ağacın meyvəsindən dadın. Onlar da buna inanıb buğda ağacının meyvəsindən yedilər.

Bu səbəbdən Allah-taalanın əmriylə Adəmlə Həvvanı Cənnətdən çıxarıb hərəsini bir yana atdılar.
Həvvadan ayrı düşən Adəm bir dağın başında oturub ağlamağa başladı. Onun ahu-zarından dağlar, daşlar da ağladı.
Haqq-taalanın əmriylə Beytul-məmuru yer üzünə endirib indiki Kəbənin yerində qoydular. Kəbə evinin iki qapısı vardır. Biri məşriq tərəfə, digəri isə məğrib tərəfə açılır. Haqq-taala Adəmə əmr etdi ki, Beytul-məmuru ziyarət et. Adəm səcdə qılıb həcc etdi. Sonra Ərəfat dağına çıxdı. Haqq-taaladan nida gəldi ki, onun günahları bağışlanıb. Adəm və Həvva hər ikisi şad oldular. Adəm Həvvanı götürüb Hindistan vilayətinə gəldi. Ancaq ildə bir dəfə gedib, Beytul-məmuru ziyarət edərdilər. Ömürləri qurtaranda Adəm əleyhissəlam ilə Həvva ayrı-ayrı yerlərdə dəfn edildilər.

Sual olundu: - Ya Məhəmməd, səbəb nədir ki, Adəm ilə Həvva ayrı-ayrı yerlərdə dəfn olundu?

Peyğəmbər əleyhissəlam cavab verdi ki, Adəmin vücudu cənnətin abi-havası ilə pərvərdə olunmuşdu. Məlumdur ki, Adəmə cənnətdə buğdanı Həvva yedirtdi. Həvvaya da şeytan yedirtmişdi. Məhz bu səbəbdən Həvva ayrı yerdə dəfn olundu.

Təkrar sual olundu: - Ya Məhəmməd, bəs indi Beytul-məmur hardadır?

Allahın Rəsulu cavab verdi ki, Beytul-məmur Həzrəti Adəmdən sonra Nuh zamanınadək yer üzərində idi. Haqq-taala Nuh peyğəmbərin duası ilə yer üzünü tufana qərq edənə qədər mələklərə əmr etdi ki, Beytul-məmuru dördüncü göyə çıxarsınlar. Mələklər əmri yerinə yetirdilər...

Haqq-taala Beytul-məmurun içində yaşıl zümrüddən minbər yaratdı. Üç qapısı var. Biri sarı yaqutdan, biri yaşıl zəbərcədən, biri də altundan. Əlavə Beytul-məmurun orta qapısı üzərində bir minarə yaratdı ki, tərkibi ağ almazdandır. Həftənin cümə günündə, dünya mömünlərinin azançıları azan oxuyanda haqq-taalanın əmrilə Cəbrayıl o minarəyə çıxıb azan çəkir. Çəkdiyi azanı yeddi qat göylərin mələkləri eşidib Beytul-məmura toplaşırlar.

Mələklər cümə namazını qurtarıb dua edərlər. Cəbrayıl ayaq üstə durub deyir: "Ey mələklər, siz şahid olun ki, mən bu günkü savabımı dünyada dinə qulluq edən Məhəmməd ümmətinə bağışlayıram”. Sonra Mikayıl deyir: "Ya mələklər, siz şahid olun, bu gün haqq-taala mənə imamlıqdan nə qədər savab verdisə, mən də dünyada imamlıq edənlərə bağışlayıram”. Mələklər də ərz edirlər ki, qıldığımız namazın savabını dünyada bütün cümə namazı qılanlara bağışlayırıq. Ondan sonra Allah-taala buyurur: "Ya mələklərim, mənim həzrətlərimə səxavətimi göstərirsiniz? Əmin olun, o qulum ki, dərgahımda üzünü yerə qoyub cümə namazını qılmışdır, ona öz kərəm və ehsanımdan həmişə rəhmətimi nəsib edəcəyəm”.


Şərhlər:
Baxılıb: 1044
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz