Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İslam müqəddəsləri Ramazan ayı və oruc haqqında
İslam müqəddəsləri Ramazan ayı və oruc haqqında
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2344
Səs ver:
Həzrəti Muhəmməd Peyğəmbər (s):

- "Ramazan ayı Allahın ayıdır. Bu ayda savablar ikiqat artar, günahlar silinər. Ramazan - bərəkət, tövbə, bağışlanmaq, cəhənnəmdən xilas olmaq və behişt qazanmaq ayıdır. Bu ayda hər cür günahdan çəkinin, Quran oxumağı çoxaldın, Allahdan öz ehtiyaclarınızı istəyin, Rəbbinizi tez-tez xatırlayın. Ramazan ayında oruc tutmadığınız günlərdəki vəziyyətdə olmayın (yəni daha yüksək mənəvi səviyyədə olmağa çalışın)".

- Həzrəti Muhəmməd Peyğəmbər (s) Cabir ibn Abdullah adlı səhabəyə belə buyurub: "Ey Cabir! Hər kim Ramazan ayında gündüzlər oruc tutsa, gecələrin bir hissəsini oyaq qalıb ibadət etsə, cinsiyyət üzvünü və dilini günahdan, gözünü harama baxmaqdan çəkindirsə, camaata pislik etməsə, yeni doğulmuş körpə kimi günahlardan təmizlənər". Cabir dedi: "Sənə fəda olum, bu nə yaxşı hədisdir!". Peyğəmbər ona belə cavab verdi: "Amma bu savaba yetməyin şərtləri də necə çətindir!".

- Bir gün Muhəmməd Peyğəmbər (s) görür ki, həyat yoldaşlarından biri oruc tutduğu halda öz xidmətçisini söydü. Peyğəmbər xanımına tapşırdı ki, yemək yesin. Qadın təəccüblə soruşdu: "Orucluq zamanı nə yemək?". Peyğəmbər buyurdu: "Bəs sən necə oruc tutmusan ki, xidmətçini söyürsən? Oruc təkcə yeyib-içməkdən çəkinmək deyil".

- Bir gün Peyğəmbərimiz Ramazan ayının üstünlüklərindən danışarkən Həzrət Əli əleyhissalam qalxıb soruşur: "Bəs, bu ayda yerinə yetirilməsi ən çox savab olan əməl hansıdır?". Peyğəmbər cavab verir: "Allahın qadağan etdiyi işlərdən çəkinmək".

- "Hər şeyin qapısı var, ibadətin də qapısı orucdur".

- "Oruc - cəhənnəm atəşindən qorunmaq üçün bir sipərdir".

- "Oruc tutan adamın yuxusu da ibadət sayılar; bu şərtlə ki, öz müsəlman qardaşının arxasınca qeybət etməsin".

- "Müsəlman şəxsin oruc tutması Şeytanın üzünü qara edər".

- "Oruc tutan adam iki dəfə sevinər: iftar açanda və qiyamətdə - Allahın mərhəmətinin şahidi olanda".

- "Allah-təala buyurub: "Oruc mənim üçün tutulur, onun mükafatını da mən özüm verəcəyəm".

- "Canım ixtiyarında olan Allaha and olsun ki, oruc tutan adamın ağzının iyi Allah yanında müşk ətrindən daha üstündür".

- "Oruc tutun ki, sağlam olasınız".

- "Əsil yazıq şəxs odur ki, Ramazan ayında günahlardan bağışlanma fürsətini əldən vermiş olsun".

- "Ramazan ayında qılınmış bir vacib namaz, başqa aylardakı yetmiş namazdan əfzəldir. Bu ayda hər kim mənə çoxlu salavat göndərsə, qiyamət günündə əməllər hesablananda xeyir əməlləri ağır gələr. Bu ayda Qurandan bircə ayə oxuyan şəxs, başqa aylarda bütöv Qur’anı başa vurmuş adam qədər savab qazanar".

- Peyğəmbər iftar zamanı xurma ilə iftar açmağa çalışardı. Xurmanın təzəcə yetişdiyi vaxtlarda nübar xurma yeyərdi.

- Peyğəmbər Ramazanda əsirləri azad edər, dilənçilərə pay verərdi.

- Peyğəmbər Ramazanın son ongünlüyündə yatağını yığışdırıb kənara qoyardı. İyirmi üçüncü gecədə ailə üzvlərini yuxudan oyadardı ki, əhya saxlasınlar; yuxulu olanların üzünə su çiləyərdi.

İmam Əli (ə):

- "Ramazan ayında çoxlu dua və istiğfar edin. Dua sizdən bəlanı uzaqlaşdırar, istiğfar isə günahlarınızı məhv edər".

- "Sizə Ramazan ayında oruc tutmağı tövsiyə edirəm, çünki bu ayın orucu günahların qarşısını kəsən möhkəm divardır".

- "Dil orucu qarın orucundan, qəlb orucu isə dil orucundan üstündür".

- İmam Əli (ə) Ramazan ayında hər axşam ehsan süfrəsi açıb camaata iftar verərdi. Süfrə yığışdırılandan sonra camaata nəsihət verib xütbə söyləyərdi.

- İmam Əli (ə) xəlifəlik dövründə başqa günlərdə olduğu kimi, Ramazan ayında da axşamlar hava qaralandan sonra şəhərdəki kasıbların evinə, kimsəsiz qocalara, şəhid ailələrinə yemək aparardı, amma özünün kimliyini gizli saxlayardı. Yalnız Əli (ə) şəhid oduqdan sonra camaat başa düşdü ki, onlara yemək gətirən şəxs xəlifənin özü imiş.

Fatimeyi-Zəhra (ə):

- "Allah orucu vacib etdi ki, bəndələrin ixlası (səmimiliyi) sübut olunsun".

- "Dilini, qulağını, gözünü və qalan bədən üzvlərini haramdan çəkindirməyən adamın orucundan nə fayda?!"

İmam Həsən (ə):

- "Allah Ramazan ayını öz bəndələri üçün müsabiqə ayı etdi ki, ibadət vasitəsilə onun razılığını qazanmaqda bir-birini ötməyə çalışsınlar. Bir dəstə imkandan istifadə edib irəli getdi və qələbə qazandı, bir dəstə isə geri qalıb uduzdu".

İmam Zeynulabidin (ə):

- Ramazan ayında böyük qazanlarda ət xörəyi bişirtdirib iftar süfrəsi açardı. Hətta xörəklərin yaxşı bişməsini də özü yoxlayıb arxayın olardı. Amma iftar vaxtı özü o xörəkdən yeməzdi, sadə və zahidyanə yeməklə kifayətlənərdi.

İmam Cəfər Sadiq (ə):


- "Ramazanın hər gecəsində Allah çoxlu bəndəni gələcək cəhənnəm əzabından azad edər; bu şərtlə ki, halal ruzi ilə iftar açmış olsunlar. Ramazanın son gecəsində Allah bütün ay ərzində bağışladığı sayda bəndəsini bağışlayar".


Şərhlər:
Baxılıb: 2344
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz