Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kişi arvadını döyərsə, buna İslam dininin münasibəti?
Kişi arvadını döyərsə, buna İslam dininin münasibəti?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 4325
Səs ver:

http://imgs.su/tmp/1320309101-656.jpg

 

Kişi arvadını döyərsə, buna İslam dininin münasibəti necə olar?

 

İlk olaraq onu qeyd edək ki, İslam dininin hikmətinə görə, hər cür zorakılıq pislənilir. Bu hökm Qurani-Kərimdə bir neçə ayədə öz əksini tapıb. Ancaq yaşananlar çox zaman bu ehkamların əksini ortaya qoyur.

Arvad da ərini döyə bilər
2008-ci ildə Almaniyanın Frankfurt-Mayn şəhərində qəribə bir məhkəmə prosesi keçirilmişdi. Müsəlman qadın ərinin onu döydüyünü əsas gətirərək məhkəməyə üz tutmuş, boşanmaq üçün qanunla müəyyən olunan vaxtın bitməsini gözləmədən məhkəmə hökmünün çıxarılmasını tələb etmişdi. Alman hakim bu iddianı qəbul etməyərək, Qurani-Kərimdə qadınların cəzalandırılmasını, ər-arvadın da müsəlman olduğunu bildirirək qadının tələbini yerinə yetirməmişdi.
Qadına qarşı ailədə baş verən zorakılıqlar hər zaman mübahisə mövzusu olaraq qalır. Ərinin qadını döyə bilmək haqqının olub-olmadığının mübahisəsi ruhani alimlərə qədər çıxarılıb. Livanda yaşayan şiə ailimi Şeyx Məhəmməd Hüseyn Fəzlullah bir neçə il əvvəl namus cinayətlərinin iyrənc və rəzil bir hərəkət kimi dəyərləndirdi və belə fətfa verdi: "Əgər bir kişi arvadını döyərsə, qadının da eyni şəkildə əvəz çıxmaq haqqı meydana gələr, yəni döyülməyə qarşı döyülmək keçərlidir".


Hizbullaha ruhani liderlik edən Şeyx Fəzlullahın bu fətvası mübahisələrə səbəb oldu. Misirdəki əl-Əzhar Universitetinin əməkdaşı, ilahiyyatçı Suad Saleh verilən bu fətfada bəzi problemlərin olduğunu bildirdi. Suad Saley qeyd elədi ki, ailədə baş verən bu qarşılıqlı zorakılıqlar uşaqların tərbiyəsinə və davranışlarına ciddi zərbə vura bilər.

İnanclar, dəyərlər, adət və ənənələr daha çox ailədə qazanılır. Çünki uşağın şəxsiyyətini qazandığı dövr ailədə başlayır. Müasir dövrün əksər pedaqoqları bu fikri təsdiq edirlər ki, altı yaşına qədər uşağın xarakteri necə formalaşırsa, bundan sonrakı həyatında da onun xarakterində eyni izlər davam edir. Bu səbədən ilk illərdəki tərbiyə mühüm əhəmiyyət daşıyır. Ailədə valideynlərinin bir-birinə zorakılıq etdiyinin şahidi olaraq böyüyən övladların psixologiyasında sarsıntılar yaranır və bu cür insanlar arasında özünə inamın minimal səviyyədə olduğu aşkar olur. Valideynlər ilk növbədə öz övladlarının tərbiyəsində yarada biləcəkləri zədələri göz önünə alıb zorakılıqdan vaz keçməlidirlər.

Quranda döymək deyil, uzaqlaşmaq buyurulub?
Mübahisəyə səbəb olan məsələ Qurani-Kərimdə ərinin öz arvadını döyə bilmək haqqının olub-olmaması ilə bağlıdır. Müqəddəs Kitabdakı Nisa surəsinin 34-cü ayəsinə istinad edən alimlərin Allah-Təalanın kişilərə öz arvadlarını döymək haqqının verdiyi fikir üzərində israr edirlər. Lakin bu ayənin təfsiri barədə İslam alimlərinin fikirləri müxtəlifdir. Çikako Universitetində islami elmləri tədris edən İran əsilli Lalə Bəxtiyar Qurani-Kərimin məallarında keçən “döymək” ifadəsinin düzgün çevrilmədiyini, əslində bu kəlməni “uzaqlaşmaq” kimi tərcümə olunmasının düzgün olduğunu bildirib. Lalə Bəxtiyarın baxışlarıan görə, ailədə birgə yaşamaq mümkün olmadıqda uzaqlaşmağın gərəkli olduğu ortaya çıxır. Əslində Qurani-Kərim ərin arvadını döyməsinə icazə vermir.

 

Əl-Əzhar Universitetinin müəllimi Suad Salehin də fikirləri də amerikalı alimin düşüncələri ilə uyğunluq təşkil edir. Suad Saleh hesab edir ki, ərinə itaət etməyən qadınlardan yatağını ayırmaq, sonra onlardan uzaqlaşmaq ailədaxili problemlərin həllində ən düzgün variantlardandır. Ailə daxili mübahisə və problemlərinin həllinə baxış sisteminə diqqət edən alimlər ilk növbədə Hz.Məhəmmədin (s) ailə münasibətlərindən nümunə götürməyi tövsiyə edirlər. Hz. Peyğəmbərimiz (s) hər zaman ailəsinə qarşı mehriban davranmış və bu mənada ideal bir ailə modelini ortaya qoymuşdur.


İslam dini qadınların da kişilər üzərində haqqı olduğunu irəli sürür. Bu məsələ Qurani-Kərimin məntiqi ilə aşkar olunur. Allah-Təala bu haqqı qadınlara tanıyaraq buyurur: “(Kişilərin qadınlar) üzərində şəriətə görə hüquqları olduğu kimi, (qadınların da) onlar (kişilər) üzərində hüquqları vardır” (Bəqərə surəsi, ayə 228).

Yenə mübahisə doğuran məsələ kimi kişinin “ailə rəisi” kimi göstərilməsidir. Quran hikmətinə görə, ayələrin bəzilərində insanlar arasında ən üstün olanın günahlardan daha çox qorunan – təqvalı olan kəslərdir. Əgər insanların biri o birindən üstün deyilsə, onda ailə rəisliyi niyə kişiyə verilib? Ayələrin təfsirini verən alimlər bunlardan birinin ilahi hikmət, o birinin isə sosial məsuliyyət olduğunu göstərirlər. Qadın və kişi insan olduqları baxımından bir-birindən yalnız günahlardan qorunması ilə üstündürlər, əks halda Allah insanlara başqa üstünlük vermir. O biri ayədə isə kişinin öz ailəsini sosial, iqtisadi və s. baxımından təmin edə biləcək məsuliyyətə şərik edilib.

 

Beləliklə, ailə daxili zorakılıqları pisləyən dinimiz bu modelin qorunması üçün bütün hikmətləri ortaya qoyur. Ailə modelinin dağılması cəmiyyətdə əxlaqın aşınmasına yol açır. Ailədə və cəmiyyətdə əxlaqlı olmağın insanın ən gözəl sifəti olduğuna qiqqət çəkən Hz. Peyğəmbərimiz (s) buyurur: “Möminlərin iman baxımından ən mükəmməli əxlaqı ən gözəl olanıdır. Sizin ən xeyirlinzi də xanımlarına qarşı əxlaq baxımından xeyirli olanınızdır” (Tirmizi, Rada. 3-cü cild, səh. 457).

 



Şərhlər:
Baxılıb: 4325
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz