Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Mələklər bu evlərə girməzlər
Mələklər bu evlərə girməzlər
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2482
Səs ver:
Bir evə mələklərin daxil olması o evə xeyir-bərəkətin, əmin-amanlığın, sülh və salamatlığın gəlməsi deməkdir. Əksinə, bir evdən mələklərin uzaq olması əslində o evin və sakinlərinin Allahın mərhəmətindən, bərəkətdən məhrum qalması mənasına gəlir.

Mələklərin nifrət etdiyi və yaxın düşmədiyi canlılar donuz və itdir. Təsadüfi deyil ki, mələklər hər növ canlının cildinə girə bilərlər, yalnız donuz və it qiyafəsini almazlar. Çünki bu heyvanlar İslamda zatən (öz-özlüyündə, kənardan bulaşmadan) murdar sayılırlar və onların rütubətli halda toxunduğu hər şey pak olunmalıdır. Ona görə də mələklər it saxlanılan evə qədəm basmazlar. Əlbəttə, həyətdə saxlanılan keşikçi iti istisnadır, söhbət evin içində it saxlamaqdan gedir. İmam Cəfər Sadiq (ə) buyurmuşdu ki, mələklər it olan evə daxil olmazlar (Şeyx Səduq. Mən la yəhzürühül-fəqih, 1-ci cild, səh. 246, hədis 743).

Mələklər pak və məsum olduqları üçün murdarlıqdan uzaq dururlar. Ona görə də murdarlığa bulaşmış yerə yaxın düşməz, murdarlıq olan evə girməzlər. Əllamə Süyuti "Sünənün-Nəsai”yə yazdığı şərhdə Peyğəmbərin bu hədisini qeyd edir: "Sidik evdə qabın içində qalmasın. Həqiqətən, sidik olan evə mələklər girməzlər”.

Həzrət Mühəmməd Peyğəmbər (s) buyurub: "Cəbrail mənim yanıma gəlib dedi: "Biz mələklər içində it və bədən timsalı (heykəl və rəsm) olan, bir də sidik qabı olan evə girmərik” (Biharül-ənvar, 73-cü cild, səh. 159). Buradan aydın olur ki, mələklərin yaxın düşmədiyi və nifrət etdiyi əşyalardan biri də canlıların heykəli və rəsmidir. İslamda canlı varlıqların rəsmini çəkmək yaxşı qarşılanmır. İslam tarixinin ilk dövrlərindən başlayaraq uzun müddət bu hərəkət qadağan edilmişdi. Hal-hazırda insan və heyvan rəsmi çəkmək mövzusunda alimlərin fikri haçalansa da, hər halda bunun çox da bəyənilmədiyi məlum həqiqətdir. İmam Mühəmməd Baqirin (ə) də buyurduğuna görə, Cəbrail, içində insan rəsmi olan evə qədəm basmadığını Peyğəmbərə bildirmişdi (yux. mənbə).

Mələklər insanı Allahdan uzaqlaşdıran mənasız əyləncələrdən də xoşlanmazlar. İnsanın şəhvətini artıran, onu mənəviyyatdan uzaq salan, vaxtın əbəs yerə itirilməsinə yol açan hərəkətlər Allahın xoşuna gəlmədiyi üçün, mələklərin də narazılığına səbəb olar və onlar bu cür işlərin görüldüyü məkanlardan uzaq durarlar. Həzrət Mühəmməd Peyğəmbər (s) buyurub: "İçində məstedici içki (xəmr), dəf (zərb aləti), tənbur (simli alət) və nərd olan evə mələklər daxil olmazlar. Bu evdəkilərin duaları müstəcab olmaz və Allah oradan öz bərəkətini uzaqlaşdırar” (Əl-Kafi, 6-cı cild, səh. 433). Başqa bir hədisdə qumar alətləri də bura aid edilib. Ğina adlanan haram musiqi sədaları da mələkləri özündən uzaqlaşdırar. İmam Cəfər Sadiqin (ə) buyurduğu kimi, "içində ğina olan ev faciəli hadisələrdən amanda qalmaz, o evdə dualar müstəcab olmaz və o evə mələklər girməz” (Vəsailüş-şiə, 17-ci cild, səh. 315).

Mələklərin narazılığına səbəb olan səslərdən biri də zınqırov sədasıdır. Zınqırov səsi şeytana xas olan sədalardan sayılır. Burada qadınların ayaqlarına taxdıqları xalxalın cingiltisi xüsusi qeyd edilməlidir. Naməhrəmlərin diqqətini cəlb etmək üçün taxılan bütün bəzək əşyaları kimi zınqırov və xalxal da İslamda haramdır. Həzrət Mühəmməd Peyğəmbər (s) buyurub: "Özləri ilə köpək və zınqırov aparan yolçularla mələklər yoldaşlıq etməzlər” (Səhihü Müslim, hədis 2113 (5546)). Ümmül-möminin Aişə ayağında zınqırovlu xalxal olan qadınların onun evinə gəlməsinə icazə verməz, yalnız xalxalı ayağından çıxarandan sonra evə girmələrinə izn verər və deyərdi: "Allah Rəsulunun belə buyurduğunu eşitmişəm: "İçində zınqırov olan evə mələklər daxil olmazlar” (Sünənü Əbu Davud, hədis 4231).

Peyğəmbərdən rəvayət edilib ki, içərisində qohumluq əlaqələrini kəsən adamın olduğu qövmə mələklər nazil olmazlar (Kənzül-ümmal, 3-cü cild, səh. 367). Burada ümumilikdə qohumluq əlaqələrinə əhəmiyyət verməyən, bir-biri ilə soyuq davranan cəmiyyətlər nəzərdə tutulur. İslam müqəddəslərinin başqa hədislərindən də məlum olur ki, sileyi-rəhmə (qohumluq münasibətlərinə) diqqət yetirməmək bir çox fərdi və ictimai bəlalara yol açar. İmam Mühəmməd Baqir (ə) buyurub: ”Sileyi-rəhim əməlləri saflaşdırar, sərvəti artırar, bəlanı uzaqladırar, (qiyamətdə) hesabı yüngülləşdirər və əcəli yubadar" (Üsulül-Kafi, İman və küfr kitabı, Sileyi-rəhim babı, hədis 4).

Peyğəmbər camaata əziyyət verməmək üçün soğan və sarımsaq yeyəndən sonra məscidə gəlməməyi tapşırmışdı. O həzrət bu barədə öz tapşırığını verdikdən sonra səbəbini izah edərək buyurmuşdu: "Mələklər də Adəm oğlunun narahat olduğu şeylərdən narahat olarlar”. Hədisdən görünür ki, soğan və sarımsaq yedikdən sonra məscidə gəlməməyin hikməti yalnız orada olan müsəlmanları deyil, həm də məscidin ziyarətinə gələn və möminləri müşayiət edən mələkləri narahat etməməkdir.

Əksinə, mələkləri özünə doğru cəlb edən vasitələrdən biri Quran tilavəti və zikr sədasıdır. Mələklər Quran oxunan məkanlara enər, ayələrə qulaq asar, Quran oxuyan adam üçün dua edərlər. İslam tarixindən məlumdur ki, mələklər Peyğəmbərin yanına enib, Onun Quran oxumasını dinləyərdilər. İmam Əli ibn Əbu Talib (ə) buyurub: "İçində Quran oxunan və Allah zikr edilən evin bərəkəti artar, o evə mələklər gələr, şeytanlar oradan qaçar. Ulduzlar yer əhlinə işıq saçdığı kimi, bu ev də səma əhlinə işıq saçar” (Üsulül-Kafi, 2-ci cild, səh. 610). Yenə o həzrət buyurub: "Evinizdə Quran oxumağı artırın. İçində Quran oxunan ev öz əhli üçün geniş olar, o evin xeyir-bərəkəti artar, mələklər o evə gələr, şeytanlar oradan uzaqlaşar. Amma içində Quran oxunmayan ev öz əhlinə dar gələr, xeyir-bərəkəti azalar, mələklər o evə gəlməz, şeytanlar oradan kənar durmazlar” (İbn Əbu Şeybə. Əl-Müsənnəf, 7-ci cild, səh. 167).


Şərhlər:
Baxılıb: 2482
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz