Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hıçqırmaq və Əsnəmək Namazı Poza Bilər?
Hıçqırmaq və Əsnəmək Namazı Poza Bilər?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 3805
Səs ver:
http://imgs.su/tmp/1320155047-656.jpg

-Dinimizə görə, dünyasını dəyişən şəxsi təzim məqsədilə bir dəqiqəlik sükutla yad etmək, qəbrinin qarşısında əyilmək günahdır? Bu, Allaha şərik qoşmaq sayılır?
-Xeyr, bu işdə Allaha şərik qoşulan heç nə yoxdur. Allaha yalnız o zaman şərik qoşulardı ki, qarşısında təzim olunan heykəl Tanrı kimi qəbul olunsun və ona Allaha olan kimi munasibət olsun. Halbuki, bu halda belə deyil. Tarixi şəxsiyyətlərin qəbirləri onlara hörmət və ehtiram olunduğu üçün ziyarət olunur, ruhlarına fatihə oxunur və s. Bütün əməllər niyyətindən irəli gəlir. Güman edirik cavabımız sizi qane edəcək.

-Bilmək istərdim namaz qurtardıqdan sonra niyə məhz Fatimeyi- Zəhranın (ə) zikrini edirlər.
-Namazdan sonra istənilən zikri demək olar. Fatimeyi-Zəhranın zikrini (34 dəfə Allahu Əkbər, 33 dəfə Əlhəmdulillah və 33 dəfə Subhanəllah) deməyin isə savabı olduqca çoxdur. Bu barədə bir neçə mötəbər hədis mövcuddur.

-Namaz qılarkən səhvən "Həmd" ("Fatihə") surəsinin yerinə təsbihat-ərbəəni (Subhanəllahi vəlhəmdulillahi və la ilahə illəllahu vəllahu əkbə-zikrini) dedim, amma yadıma düşdükdən sonra səhvimi düzəldib "Həmd" surəsini oxudum. Bu kimi halda namazı yenidən qılmaq lazım idi, yoxsa davam etdirmək?
- Xeyr, bu kimi halda namazınızı təzələməyə ehtiyac yoxdur. Namazı qılıb qurtardıqdan sonra səhv səcdəsi etmiş olsaydınız, namazınızı düzgün qılmış olardınız.

-Hicab taxıram. Bu yaxınlarda kapyuşon taxsam da, ehtiyatsızlığım üzündən qonşu kişi saçımı azaçıq gördü. Bu işdə günahım var?
-Hicaba bu qədər diqqət yetirməyiniz tərifəlayiqdir. Təsvir etdiyiniz vəziyyətdə saçınızın naməhrəmə görünməsi nə sizin, nə də həmin şəxs üçün günah deyil.

-Səcdəyə gedərkən alınla yanaşı, burun da yerə toxunmalıdır?
-Xeyr, səcdə halında burnun möhürə və ya səcdə etdiyiniz əşyaya toxunması vacib deyil, səcdə halında burun yerə dəyə də bilər, dəyməyə də.

-Bəzi namaz qılanlar ayaq üstə durduqları və rukuda olduqları zaman ayaqlarını bir-birindən xeyli aralı, bəziləri isə adi qaydada, bir qədər yaxın qoyurlar. Bunlardan hansı düzgündür?
- Namaz qılarkən ayaq üstə dayanmağa "qiyam" deyilir və namazdakı qiyam insan adi halda necə ayaq üstə dayanırsa, həmin qayda ilə yerinə yetirilməlidir. Namazın özünəməxsus qiyam halı yoxdur. Daha dəqiq desək, ayaqların bir-birindən adi qaydadan artıq aralı qoyulması düzgün deyil.

-İçkili həyat yoldaşı ilə cinsi əlaqədə olmaq günahdır?
-Hər şeydən əvvəl hər vasitə ilə həyat yoldaşınızı şərab içməkdən çəkindirin. İçkili vəziyyətdə həyat yoldaşınızın sizinlə cinsi yaxınlıqda olmasının isə heç bir haramlığı yoxdur. Lakin əxlaqi baxımdan bu bəyənilməyən əməldir.

-Üz makiyajlı olduğu zaman dəstəmaz almaq olar?
-Dəstəmaz üzvlərinə (üz, əl, qol, iki ayağın və başın üstü) vurulan makiyaj və digər kosmetik vasitələr suyun bədənə çatmasına mane olmamalıdır. Mane olduğu təqdirdə dəstəmaz batil olur. Bunu siz özünüz müəyyən etməlisiniz. Yəni kosmetik vasitələrin yağlılıq dərəcəsini özünüz müəyyən edib suyun bədəninizə çatıb-çatmadığına əmin olmalısınız.

- Bir çox namaz qılanlar rəsm çəkməyin haram olduğunu deyirlər. Bu doğurdanmı belədir?
- Xeyr, rəsm çəkmək haram deyil. Əgər bir vaxtlar bu iş müsəlmanlara haram olmuşdusa, bundan məqsəd bütpərəstliyin ümumiyyətlə, hər növ sui-istifadələrin qarşısını almaq olmuşdur.

-Azan verilməzdən əvvəl dəstəmaz almaq olar? Namaz vaxtı hıçqırmaq və ya əsnəmək dəstəmazı pozur?
- Bəli, azan verilməzdən əvvəl dəstəmaz almaq olar. Hıçqırıq və əsnəmək isə dəstəmazın, namazın batil olmasına səbəb olmur.
Allah qəbul etsin!


Şərhlər:
Baxılıb: 3805
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz