Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Əgər Qapına Peyğəmbərimiz (s.a.s) Gəlsə Nə Edərsən?
Əgər Qapına Peyğəmbərimiz (s.a.s) Gəlsə Nə Edərsən?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1277
Səs ver:
http://imgs.su/tmp/1320154702-656.jpg

Əgər bir gün qapına yer üzünə indiyə qədər gələnlərin və bundan sonra gələcək insanların ən gözəli olan, istər idarəetmədə, istər mənəviyyat yönündən seçilmiş, ən yüksək mərtəbədə olan insan, Allahın aşiq olduğu bəndə, Allahın dostu olan qul-
Həzrəti Məhəmməd (s.a.s) gəlsə nə edərsən?
O dəqiqə qapıya qaçarsan. Göz yaşları içində, üzündə də təbəssüm qapını açarsan "Peyğəmbərimiz bizə qonaq gəlib" deyə...Indiyə qədər gələn ən gözəl qonaq və həyatımızın ən gözəl hissəsi... Bəlkə o gəlmədən öncə onun gəlişinə hazırlaşarsan?
Tez yataq otağına qaçıb, şkafdakı müğənnilərin kaset və disklərini toplayıb, bir yerə gizlədərsən? Onların yerinə dini kassetlər və disklər qoyarsan. Sonra da divardakı Hollivud ulduzlarının şəkillərinin yerinə "Allah" yazısı olan şəkilləri
yapışdırarsan. Pəncərənin qırağındakı mənasız romanlar kitablarını və boş-boş şairlərin mənasız kitablarını toplayıb bəlkədə balkondan aşağı atarsan. Onun yerinə dini elmihallar, Quran, dualar kimi gözəl kitablar yığarsan. Peyğəmbərimizin s.as.
sevməyəcəyi bütün əşyaları toplayıb bir yerdə gizlədərsən.
Əziz müsəlman qardaşım! Bəlkə O gəlməmişdən öncə biraz saqqalını uzadarsan. Çünki Onun da saqqalı var və saqqal saxlamaq sünnətdir. Bəlkə diş fırçanın yanına bir dənə də misvak qoyasan?

Əziz müsəlman bacım! Peyğəmbərimizin qabağına açıq saçlarla, dar paltarla, üz-gözündə bir neçə kiloluq bəzək düzəkləmi çıxacaqsan? əgər Peyğəmbərin qabağına belə çıxsan o bəlkə də elə bilər ki- qapını səhv salıb və müsəlman olmayan kimsənin
evinə gəlib. Bəlkə də gözlərini bağlayıb üzünə belə baxmazdı. Arxasını çevirib başqa bir qapıya gedərdi. Onda halın necə olardı? Peyğəmbərimiz gələndə valideynlərinin üstünə qışqıracaq, söyəcəkdinmi? Onlarla bacardığın qədər gözəl rəftar edəcəkdinmi?

Əgər Peyğəmbərimiz səndən "sabah namazına qalxırsanmı? Məscidə camaat namazlarını qılmağa gedirsənmi? Və hamımızın problemi olan – Gecənin üçdə birində Allahla söhbət edirsənmi?" soruşsa cavabın və olacaq? Yalandan – hər gün sabah namazlarını qılıram, hər gün hər gecə Allahla söhbət edirəm, gecələri namaz qılıram, hər gün namazlarımı
camaatla qılıram –deyəcəkdinmi?

Yaxşı, Peyğəmbərlə oturub nə söhbət edəcəksən? Müğənnilərin ən son kliplərindənmi? Ən son Hollivud kinosundanmı? Bəlkə futboldan danışacaqsan? Bəlkə "cim-bom" deyib qışqıracaqsan? Bəlkə internetdə dostunun sənə yolladığı "anekdotu və ya açıq saçıq fotolaramı"göstərəcəksən?
Səni belə daşürəkli edən nədir? Səni Allahdan döndərən nədir? Sənin önündə 1000 qapı açan və ömrünü bərəkətləndirən Allahdan niyə qaçırsan? Sən bu sözləri Qiyamət günü mütləq xatırlayacaqsan. Şübhəsiz. Ya Allaha şükür edib yaxşıki bu sözlərə uydum və Cənnəti qazandım deyəcəksən ya da ki, Cəhənnəm odunda- heyiflər olsun mənə, niyə bu sözləri eşidəndə qulaqlarımı tutdum, eşitmədim deyəcəksən...

Allah hamımıza hidayət versin... Amin!!!


Şərhlər:
Baxılıb: 1277
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz